Qan
təzyiqi
Müalicə
tədbirlərinin siyahısı
Klassik Şərq
əczaçılıq kitablarında, ayrıca
başlıq altında qan təzyiqi üçün
işlədilən dərmanlardan bəhs edilmir.
Lakin sadə dərmanların müalicə-profilaktik
xüsusiyyətləri izah olunarkən, onlardan
bə”zilərinin qan təzyiqini sakitləşdirmək
cəhətləri qeyd olunur. Həmin dərman
vasitələrinin əksəriyyətinin, qan təzyiqini
nizamlamaq xüsusiyyətləri, müasir baxımdan
diqqəti çəlb edir.
Maraqlı haldır ki, bu dərmanlar qan təzyiqini
sakitləşdirməklə yanaşı, digər
müalicə tə”siri də göstərir. Həmin
vasitələri yaxınlaşdıran ümumi
cəhətdən ödü, susluğu yatırmaq,
iştaha açmaq və mə”də üçün
faydalı olamaq və s. məziyyətlərdir.
Turş və turşməzə alma yemək və
ya onun şirəsini içmək qan təzyiqini
sakitləşdirir. Bu baxımdan qan və öd
şiddətini, susluzluğu yatıran albalı
meyvəsi və ya şirəsi, xiyar və ya onun
suyu da diqqətəlayiqdir. Pəhriz məqsədilə
arpa unundan bişirilmiş yeməklər, o cümlədən
əriştə və ya umac hazırlayıb,
turşularla yemək məsləhətdir. Pəhriz
kimi altıaylıq çəpiş əti yaxşı
tə”sir göstərir. Qırxbuğumun adi, qırmızımtıl
rəngə çalan dişi növü də
qan təzyiqini sakitləşdirir. Pərpərən
qan təzyiqini və öd şiddətini yatırır,
innab, söyüdün çiçəyini və
yağını yemək, qan təzyiqini sakitləşdirməklə
yanaşı qanı təzyiqini yatırmaqla ödü
sakitləşdirir, susuzluğu yatırır, mə”də-bağırsaq
üçün faydalıdır. Zirincin meyvəsi
və od üzərində qatılaşdırılmış
şirəsi, qan təzyiqini sakitləşdirməklə
susuzluğu və mə”də hərarətini
aradan qaldırmaq və iştaha üçün
çox faydalıdır. Müalicə xüsusiyyətinə
görə qarağat zirinci asanlıqla əvəz
edə bilir. Bu baxımdan əzgil və yemişan
da yaxşı tə”sir göstərir. Kahı
duru və təmiz qan yaratmaqla bərabər qan
təzyiqi və od şiddətini yatırır.
ərik yemək və ya ərik şirəsi içmək
susuzluq, mə”də iltihabı, qan təzyiqi və
ödü yatırmaqda yaxşı tə”sir göstərir.
Şaftalı və onun suyu da eyni müalicə-profilaktika
xüsusiyyətlərinə malikdir. Balqabaq turşusu
qan təzyiqi və ödü sakitləşdirir.
Müalicə-profilaktika əhəmiyyəti olan
vasitələrdən bir də təzə, yağı
tamam yığılmış ayrandır. O susuzluğu
və qan təzyiqini sakitləşdirməklə
yanaşı iştihanı açır. Qurut qan
təzyiqi və ödü yatırır. Qatıq
də öz tə”sirinə görə ayrana yaxındır.
Limon işlətmək qan təzyiqini və ödü
sakiləşdirməklə mə”dəni gücləndirir.
Ağ rəngli təzə arpanın qaynanmış
suyu təmiz qan yaratmaqla bərabər qan qəzyiqi,
ödü və susuzluğu yatırır. Turşməzə
sulu armud, turş tut, qırmızı, meyxoş
və turş nar yemək qan hərarətini, qan
təzyiqini və ödü sakitləşdirməklə
susuzluğu aradan qaldırır və iştahanı
açır. Abqora qan hərarəti və təzyiqini,
ödü və mə”də iltihabını sakitləşdirir.