Qan
dövranının tənzimlənməsi
Müalicə
tədbirlərinin siyahısı
Qan dövranının
pozulması hallarında 40q yemişanı 1L suda
dəmləyərək istifadə edirlər. Zirinc
şərbəti qan dövranının pozulması
hallarında tənzimləyici vasitə kimi işlədilir.
Bunu hazırlamaq üçün, 500q təzə
dərilmiş zirinci 2L soyuq suda tökür və
2–3 saat saxlayırlar. Sonra şirəsini sıxıb,
ona 600q şəkər qataraq, mülayim od üzərində
şəkər həll olana qədər qızdırırlar.
Lakin şirə qaynamalı deyil. Daha sonra onu süzüb,
ümumi miqdarı 1 L-ə çatanədək
qaynanmış su əlavə edir və şüşə
qaba doldurlar. Bu şərbəti ayrıca və
yahud bir qədər su əlavə etməklə
istifadə olar. Gün ərzində hər dəfə
30–150q miqdarında içmək lazımdır.
Qan dövranının pozulması və qan tərkibinin
pisləşməsi hallarında acqarına 1 baş
sarımsaq işlətmək müsbət tə”sir
göstərir. Səhərlər acqarına böyürtkən
yemək və ya bir stəkan yerkökü şirəsi
içmək yaxşıdır. Bu baxımdan qarpız,
innab, kasnı, çiyələk və s.-ni də
göstərmək olar. Qan tərkibinin yaxşı
olması, qanın özünün saflığı
və təmizliyi sağlamlıq üçün
çox əhəmiyyətlidir. Şahtərə
işlətmək qanın saflığı üçün
xeyirlidir. Üçyarpaq yonca bu baxımdan faydalı
olmaqla yanaşı, infeksiyaya qarşı da tə”sirlidir.
Kərəviz zəhərli maddələri dəf
edir, böyrəyi, qara ciyəri təmizləyir,
qanı saflaşdırır. Səhər-səhər
ac qarına 1 ədəd alma yemək qan üçün
çox faydalıdır. Toyuq pətənəyinin
dərisini qurudaraq yemək bədəndə təmiz
qan yaranmasına kömək edir. Gicitkən yarpağının
dəmləməsi də bu baxımdan xeyirlidir.
Bir sıra xəstəliklərdə qan qatı
olur və laxtalanmağa başlayır, qan dövranı
pozulur. Belə xəstələr portağal şərbəti
(gün ərzində 6–8 stəkana qədər)
içməlidirlər. Bu şərbətin tərkibi
1 hissə portağal və ya naringi, 4 hissə
su və 30q şəkərdən (1L su üçün)
ibarət olmalıdır. Xəstələr bir
neçə gündən sonra qanın durulmağa
başladığını hiss edir, 4–6 həftə
ərzində isə qan laxtalanmasından törənən
hallar – baş gicəllənməsi, bədəndə
hiss olunan gərginlik aradan qalxır.
Bə”zi adamlarda qan həddindən artıq duru
olur. Əgər xəstənin hər hansı
bir yeri kəsilərsə və ya yaranlanarsa, onun
qanını kəsmək çətin olur. Bu çür
şəxslər üzüm şirəsi və
ya limon suyu ilə özlərini müalicə
edə bilərlər. Üzüm vaxtı çoxlu
üzüm yemək, başqa vaxtlarda isə portağal
və ya limon işlətmək məsləhət
görülür.
Qanın təmizliyi bədənin sağlamlığı
üçün əsas şərtlərdən
biridir. Bunun üçün gicitkənin yarpağı
və ya toxumundan 2–4q qədər dəmləyir
və mülayim qaynatdıqdan sonra içirlər.
Qan-damar sisteminin tənzimlənməsi üçün
yeməkdə kərəviz, soğan və sarımsaq,
meyvələrdən çiyələk, gilas və
limon işlətmək yaxşıdır. Həmçinin
şabdar bu baxımdan xeyirlidir. Sidikqovucu və
qan təmizləyən olan gülümbaharın
dəmləməsindən istifadə etmək məsləhətdir.
Qaynanmış kələm suyu damarları təmizləyir,
lakin qatı qan yaradır. Dəfnə yarpağı
damarları genişləndirir. Bu baxımdan darçın
da faydalıdır. Yumurta sarısı, bal damarları
daraldır. Istiot soyuqtəbiətli adamlarda qanı
duruldur. Qatı qanı durulaşdırmaq üçün
nanə işlətmək lazımdır. Noxud
təmiz qan yaradır.
Uzunqulaq südü qan iltihabı əleyhinə
faydalı sayılır. Şəkər qamışının
suyu qocalar üçün münasibdir, təmiz
qan yaradır və sümükləri bərkidir.
Qırqovul əti, kabab, noxud, üzüm, püstə,
turp, kahı, şirin tut, təzə pendir təmiz
qan yaradır. Innab, dələmə, çiyələk
yemək iltihaba qarşı faydalıdır, qanı
təmizləyir. Qanı durulaşdırmaq üçün
kahı, sarımsaq, qarpız və kəlləpaça
yemək faydalıdır. Sıxılıb qaynadılmış
arpa suyu təmiz qan yaratmaqda münasib vasitədir.
Armud yemək qanı mə”tədilləşdirir.
Tam bişmiş beçə təmiz qan yartmaqda
çox faydalı dərmanlardan sayılır.