Qan
azlığı və zəiflik
Müalicə
tədbirlərinin siyahısı
Baş gicələnməsi,
zəiflik, yorğunluq, yuxusuzluq, həzmin pozulması
amilləri ilə müşahidə olunan qan azlığı
üzüm və üzüm şirəsi işlətməklə
müalicə olunur. Üzüm mövsümü
olmadıqda onun şirəsindən və ya kişmişdən
istifadə etmək olar. Qanazlığı olan
şəxslər bədəninə (xüsusilə
bel, qarın nahiyəsi, böyrək və ayaqlar)
abqora sürtməli, sonra günəş vannası
qəbul etməlidirlər. Banan belə adamlar üçün
yaxşı qida maddəsi hesab olunur. Bir həftə
müddətində hər gün günortadan
qabaq 1 ədəd banan əzib 2 qaşıq bal
və qaymaqla qarışdırıb yeyirlər.
Qanazlığı olan uşaqların bədənini
zeytun yağı ilə sürtmək məsləhətdir.
Qanazlığı olanlar çiyələk vaxtı
hər gün 300-500q çiyələk yeməlidirlər.
Bir müddətən sonra onlar bədənlərin
qüvvətləndiyini və üzlərinin rənginin
yaxşılaşdığını hiss edəcəklər.
Belə şəxslərə bir müddət
qovulmuş qarğıdalı yemək də yaxşıdır.
Qarğıdalı xörəyi qan azlığı
olan xəstəlikdən təzə duran adamlar
üçün faydalıdır. Hər hörəkdən
sonra 5–6 ədəd təzə və ya qovurulmuş
fındıq yemək də xeyirlidir.
Qanazlığına düçar olanlar 20–30q qurudulmuş
gicitkəni 0.5L soyuq suda mülayim od üzərində
3–5 dəq qaynadır, 10 dəq dəm çəkməyə
qoyduqdan sonra süzüb, ondan hər gün 3–4
fincan içirlər. Bu zaman ərik yemək də
tövsiyə olunur. Lakin ağır yeməklərdən
sonra ərik yemək, bundan sonra isə soyuq su içmək
məsləhət deyil. Portağal, yaxşı
bişirilmiş çörək və təzə
pendir, şirin alma yemək qan azlığı
zamanı faydalıdır. Vəzəri, cə”fəri,
keşniş, cuğundur, ispanaq işlətmək
yaxşı nəticə verir. Hətta qozun yarpaq
və ya qərzəyinin dəmləməsini də
qanazlığı zamanı tövsiya etmişlər.
Gündə acqarına 2 fincan yerkökü şirəsi
içmək və ya xurma yemək qan azlığında
məsləhət görülür. Ümumi bədən
zəifliyi olanlar kəklikotu vannası qəbul
etməlidirlər. Həmçinin bel fəqərələrini
sarımsaqdan düzəldilmiş məlhəmlə
sürtmək yorğunluğu çıxarır
və rahatlıq gətirir. Kasnı şərbəti
də zəif bədəni gücləndirir. bu
şərbəti 500 q şəkəri həmin
miqdarda kasnı kökünün təmiz şirəsinə
qatıb, mülayim od üzərində qaynadaraq
hazırlayır, ağzı bağlı şüşə
qabda saxlayırlar. Zəif uşaqlara hər səhər
acqarına ondan 3 çay qaşığı vermək
tövsiyə olunur. Həmçinin onların qarnını
və sinəsini balıq yağı ilə massaj
edib, azca balıq yağı və bal yedirtmək
masləhət görülür.
Arpa, buğda və rəzyana da zəif adamlar üçün
tövsiya edilir. Zehni fəaliyyətlə məşğul
olan şəhslər zəifləməyə qarşı
soğan və mərəcüyüd işlətməlidirlər.
Ümumiyyətlə bədən zəifliyi, qan
azlığı zamanı qüvvətli yeməklər
və çoxlu meyvə-tərəvəz işlətmək
məsləhət görülür.