Ürək-damar
sistemi
Müalicə
tədbirlərinin siyahısı
Ürək
dərmanları. Nəbzin pozulması heç
də ürəyin xəstə olması demək
deyildir. Müxtəlif hallardan, əksər hallarda
isə əsəblikdən baş verən ürək
narahatlıqlarını vaxtında müalicə
etmək olar. Ürəkdə narahatlıq hiss
olunarsa, hər şeydən qabaq düzgün qidalanmaq,
az-az və tez-tez yemək məsləhətdir.
Xüsusilə kök adamlar yemək məsələsində
diqqətli olmalıdırlar. Xəstəlik zamanı
süd işlətməkdən, duzlu yeməkdən
çəkinmək, xəstəyə gündə
3 dəfə, hər dəfə 1 qaşıq,
mərəcüyüddən hazırlanmış
şərbət vermək lazımdır. Bu şərbəti
belə hazırlayırlar: mərəcüyüdün
uc hissəsini həvəngdə döyüb onun
şirəsini çıxarır, durulmaq üçün
bir qədər saxlayırlar. Sonra şirəni
qaba süzüb, həmin qabı da içərisinə
su tökülmüş başqa bir qaba qoyurlar.
Şirəyə özündən bir yarım
dəfə çox şəkər qatıb od üzərində
qatılaşana qədər bişirirlər.
Damarlarda yaranan hər cür yağlı çöküntüləri
təmizləmək əsas müalicə usullarından
biridir. Bunun üçün 10 gün ərzində
üzüm rejiminə keçmək məsləhətdir.
Bə”zən uzunmüddətli üzüm rejiminə
də keçirlər. Böyrək narahatlığından
yaranan ürək zəifliyi zamanı, üzüm
şirəsi ürək əzələlərinin
enerjesini artırır, zərərli maddələri
bədəndən çıxarır və ürəyi
fəaliyyətini asanlaşdırır.
Ürək zəifləyərsə və döyüntülər
nizamsız olarsa, bal işlətmək ən faydalı
vasitələrdən biridir. Ürək-damar çatışmazlığı
hallarında da bal olduqca tə”sirli hesab edilir. Bu
zaman zirinc şərbətindən də (gündə
30 - 150q) istifadə etmək olar. Bu şərbətin
hazırlanma üsulu əvvəldə şərh
edilmişdir.
Ürəyi xəstə olanlar çox duz və
su işlətməkdən çəkinməlidirlər.
Çay əvəzinə pişikotu və sümürgən
çiçəyini dəmləyib içmək məsləhət
görülür. Meyvə şirəsi, o cümlədən
alma, heyva və üzüm şirəsi ürək
üçün faydalıdırlar. Ürək
xəstəlikləri olanlar müntəzəm
olaraq limon yeməli və ya limon şirəsi işlətməlidirlər.
Zə”fəran ürəyi və mə”dəni
qüvvətləndirir, darçın çayı
ürək zəifliyi zamanı məsləhət
görülür. Lakin onu işlətməkdə
ifrata varmaq olmaz. Ürək ağrıları
zamanı 10q pişikotu kökünü 0.5 L suda
dəmləyib gündə 3 dəfə, hər
dəfə 1 qaşıq olmaqla işlətmək
lazımdır. Ürək xəstəliyi zamanı
çox çay içmək olmaz, bunun əvəzində
ayran, süd, meyvə şirəsi (alma, armud, limon)
işlətməli, qızılgül və ya
sümürgən çiçəyindən dəmlənmiş
çay içmək lazımdır. Ürək
zəifliyi zamanı kök, çuğundur, başqa
tərəvəz və göyərtilər işlətmək
məsləhət görülür.
Ürək döyüntüsü, halsızlıq
və ruh düşkünlüyü zamanı
işlədilən vasitələr. Qızılgülün
suyunu içmək ürəyi möhkəmləndirməklə
yanaşı, onun döyüntüsünü
azaldır və bütün daxili orqanlar üçün
faydalı hesab olunur. Qızılgülü iyləmək
də faydalıdır. Həmçinin almanın
içini çıxarandan sonra oraya zə”fəran
doldurub iylədikdə də ürəyin döyüntüsü
azalır.
Ürək döyüntüsünü azaltmaq
üçün ən sadə və faydalı dərman
kərə yağı və beçə balı
yeməkdir. Banan da ürək döyüntüsü
və ruh düşkünlüyünə qarşı
xeyirlidir. Nanə qoxulamaq və yemək bəlğəmli
astma ilə müşayiət olunan ürək
döyüntüsünə qarşı işlənən
faydalı dərman sayılır. Ürək döyüntüsü,
ürək sıxıntısı və susuzluqla
müşayiət olunarsa turş nar şirəsi,
gavalı və xurma şirəsi, naringi şirəsi
və abqoranı şəkər şərbəti
ilə qatıb işlətmək olduqca faydalıdır.
Bu baxımdan tə”sirli vasitələrdən biri
cüllab adlanan şərbətdir. Həmin şərbəti
hazırlamaq üçün 2 rətl ağ nabat
və ya şəkərə 6 rətl gülab
qatıb, mülayim od üzərində yarıya
çatana qədər bişirir və kəfini
yığırlar. Sonra 1 dirhəm zə”fəranı
gülabda həll edərək həmin şərbətə
qatıb ağzı, bağlı şüşə
qabda saxlayırlar. Sonralar bu şərbətə
bədmüşk (və ya kasnı) arağı
və döyülmüş reyhan toxumu qataraq işlədirlər.
Təngənəfəslik. Cirə
yəmək nəfəsalmanı asanlaşdirır.
Onu süsən kökü ilə qaynadıb içmək
daha faydalıdır. Çobanyastığı
da eyni tə”sirə malikdir.
Badam yağını bal, süsən kökü,
mum və gül yağı ilə qatıb istifadə
etmək təngnəfəsliyə qarşı
yaxşı vasitədir. Buna qarşı işlədilən
dərmanlardan biri də təzə süddür.
Dəvə südü isə ən faydalı
hesab edilir.
Təngnəfəsliyə qarşı işlənən
tə”sirli dərmanlardan heyva şirəsi, quru
əncir suyu və ilıq hala gətirilmiş
üzüm sirkəsi də xüsusi qeyd edilməlidir.
Xörəkdə darçın işlətmək
nəfəs yolunu genişləndirir. bu cəhətdən
kərəviz yemək də faydalıdır. Zə”fəran
ağ ciyərləri möhkəmləndirir və
nəfəsalmanı asanlaşdırır.
Ürəkkeçmə zamanı istifadə
olunan vasitələr. Ürəkkeçmədə
süsən iyləmək faydalı, zə”fəran
isə zərərli hesab edilir. Turş narın
suyunu çıxarıb, yarısını qədər
şəkərlə qataraq süzgəcdən
keçirmək və istifadə etmək ürəkküçmə
zamanı çox faydalıdır. Yaxşı dərmanlardan
biri də şirin badam yağıdır. Ürəkkeçmədə
gavalı yemək və bal şərbəti içmək
məqsədəuyğundur.
Ürəkkeçmənin başlanğıcında
ən sadə və sınanmış vasitələrdən
biri su və ya şərbət içməkdir.
Eyni zamanda, təzə xiyar qoxulamaq da məsləhətdir.
Sınanmış dərmanlardan biri də turş
heyva suyudur. Heyvanın qabığını soyub,
içini təmizləyəndən sonra döyüb
suyunu çıxarır və süzüb bir gecə
saxlayır, sonra isə ona bal və şəkər
qatıb dərman kimi istifadə edirlər.
Ürəkkeçmə zamanı xəstənin
rəngi qaçarsa, bədəni soyuyarsa və
onu soyuq tər basarsa, üzünə sərin
su və gülab çiləmək, gülab, kafur,
müşk və ənbər iylətmək, limon
və naringi yedirtmək məsləhətdir. Qızılgülün
suyunu da damcı-damcı içirtmək çox
faydalı hesab olunur.