Ağız,
dil, diş
Müalicə
tədbirlərinin siyahısı
Dil ağırlaşarsa
büllür, sirkə və duzu zə”fəran,
sürmə və naşatırla birgə döyür,
bal ilə qatıb ona sürtürlər; bu zaman
həmçinin çiy kələmi çeynəmək
xeyir verir. Kəklikotunu xardalda qaynadıb qarqara
etmək dilin ağırlaşması və keyləşməsinə
qarşı çox yaxşı tə”sir edir.
Dil şişəndə və onun iltihabı zamanı
yaşıl zəyin yanığını dilin
altında bir müddət saxlamaq iltihab prosesini
zəiflədir. Kahı suyu, turş ayran və
gulab da bu cəhətdən xeyirlidir. Iltihab zamanı
dildə xırda sızanaqlar əmələ gələrsə,
ona şaftalı sürtmək faydalıdır.
Bunun üçün daha tə”sirli dərman kimi
balın süd və ya razyana ilə qatışığından
istifadə edilir.
Dil gərginləşərsə və qabalaşarsa
çobanyastığı, mərzə və şüyüdü
qaynadıb boyuna təpitmə qoyduqda, onların
yağı ilə qarqara etdikdə gərginlik
aradan qalxır, dil yumşalır. Sumaq yarpağını
yaxşıca qaynatmaq, onu bal ilə qatıb bir
müddət ağzında saxlamaq da dili yumşaldır.
Nanə yarpağını dilə sürtükdə
yaxşı tə”sir göstərir.
Ağız böşluğunda yara və selikli
qişanın iltihabı zamanı tərxunu həll
çeynəyib ağızda saxlamaq lazımdır.
Bu mə”nada kamfora da yaxşıdır. Uşaqlarda
selikli qişa iltihabının qarşısını
almaq üçün xına yarpağını
əzib dilə sürtmək lazımdır. Piyə
qatılmış şirin və turş nar şirəsi
isə daha faydalıdır. Ağızda yara olanda
süd ilə yaxalamaq yaxşı tə”sir edir.
Yaranı daha yaxşı sağaltmaq üçün
balıq ödünü qaynadıb bala qataraq məlhəm
qoymaq da yaxşı nəticə verir. Ağızı
təmizləmək üçün saqqızağacının
meyvəsini bal sirkəsi ilə qatıb dişləri
və ağızı qarqara etdikdə yapışqanlı
seliyi təmizləyir. Nanə suyu ilə də
ağızı yaxalamaq müsbət tə”sir
göstərir. Çöl nanəsi, quluncan, darçın,
qərənfil və naringi qabığını
çeynədikdə ağızdan xoş iy gəlir.
Naringi dənəsini qaynadıb onun suya ilə
ağızı qarqara etmək pis qoxunu aparır.
Tut yarpağını çeynəmək ağızdan
sarımsaq qoxusunu yox edir. Sədəfotunu çeynəmək
də sarımsaq və soğan qoxusuna qarşı
yaxşı vasitədir. əgər ağız
iyi mə”də ilə bağlıdırsa, bu zaman
fıstıq yağı yemək lazımdır.
Cövüz çeynəmək və şüyüd
yemək də tə”sirli vasitə hesab olunur.
Nar çiçəyini qaynadıb ağız boşluğunu
qarqara etdikdə dişin dibini bərkidir və
qanaxmanı kəsir. Sürvə (ada çayı),
şərab və zeytun yağının qatışığı
da bu cəhətdən xeyirlidir. Çöl nanəsi
çeynəmək daha faydalıdır.
Gülxətminin kökünü qaynadıb onun
suyu ilə ağızı qarqara etməklə
ağrı sakitləşir. Ağrını azaltmaq
üçün darçını dişə sürtmək
və çeynəmək də kömək edir.
Xardalı döyüb dişin dibinə qoymaq şişli
ağrıya qarşı çox faydalıdır.
Nəsrin yağını pambıqla dişin dibinə
qoymaq da müsbət tə”sir göstərir. Küt
ağrılar olarsa, istiotu sirkədə qaynadıb
dişin dibinə qoyurlar.
Diş ağrılarını kəsmək üçün
tutun yarpağını və qabığını
qaynadıb qarqara etmək və yaxud yovşanı
çeynəyib uzun müddət ağızda saxlamaq
da xeyirlidir. Dişin ağrısı üzə
və qulağa vurarsa, baş tükünü
yandırıb gül yağı ilə qatışdıraraq
ağrıyan diş tərəfdə olan qulağa
damcılatmaq lazımdır. Dişi kariyes zədələdikdə
deşilmiş yerə kamfora qoymaq faydalıdır.
Diş ətrafı ətini möhkəmlətmək
üçün zeytunu duzlu suda saxlayıb sonra həmin
su ilə qarqara etmək faydalıdır. Səndərək
ağacının meyvəsini əzib dişin
dibinə qoymaq daha yaxşı nəticə verir.
Kəklikotunu çeynədikdə dişin dibindəki
əti möhkəmlədir. Şirin və turş
nar şirəsini piyə qatıb dişin dibinə
qoyanda da buna yaxşı kömək edir. Diş
dibinin əti zədələndikdə üzüm
sirkəsini duzlu suya qatıb ağzında saxlamaq
xeyir verir. Mərcanı toz şəklində döyüb
dişə qoydukda bu həm dişin dibindəki
əti möhkəmləndirir, həm də qanaxmanı
kəsir.
Diş dibi ətinin iltihabı və zədələnməsi
zamanı qızılgülü döyüb suyunu
çıxarır, onu şarabda qaynadaraq qarqara
edirlər. Təzə qoz qərzəyi də bu
cəhətdən faydalıdır. Onu yumşaq
halda döyüb suyunu çıxarır, üzüm
şirəsi əlavə edib iltihablı hissəyə
qoyurlar. Iltihab irinləşməyə doğru
gedirsə əzvay yarpağını döyüb
bal qatır, məlhəm kimi irinli yerə yaxırlar.
Şirin badam, püstə və fındıqdan
hazırlanmış dərman da çox faydalıdır.
Dişin dibindəki ətdə iltihabla yanaşı
yara olarsa, ardıcı yumşaq halda əzib bal
ilə qatır, zədələnmiş yerə
sürtürlər.
Dişlərin xarab olmasının, qurd yeməsinin
və çürüməsinin səbəbləri,
əsasən, onların arasında yemək qalıqlarının
qalıb xarab olması, damağın, əsəblərin
və dişin minasının zədələnməsidir.
Keçmişdə dişlərin təmiz saxlanması
və qorunmasına da böyük diqqət yetirmiş,
hətta diş üçün müxtəlif tozlar,
xəmirlər hazırlanmışlar. Bunun üçün
daha çox dəniz sahilində toplaşan sədəf
muncuqdan istifadə etmişlər. Bunlar əslində
ölmüş balıqların belində, dəri
altında yerləşən enli və qalın
pulçuqlardılar ki, sonradan dalğalar onu sahilə
çıxarır. Hətta XİX əsrin sonu
XX əsrin əvvələrində əttarlar
bu növ sədəf işlətmişlər.
O asanlıqla döyülüb əzilir, limon şirəsində
tez həll ola bilir. Onu döyüb toz halına
salır və diş tozu kimi istifadə edirlər.
Bu, dişlərin xarab olması və qurd yeməsinin
qarşısını alır, minanı möhkəmləndirir.
Arpanı yandırıb, külünü həmin
toza qatıb işlətmək daha faydalı hesab
edilir. Bu həm dişlərin rəngini ağartır,
həm də onların minasını möhkəmləndirir.
O cümlədən tozu limon şirəsinə
qatıb məhlul düzəldir və dişləri
yuyurlar. Həmçinin tozu bala qatıb dişləri
təmizləmək olar. Bundan əlavə ilkin
maddə kimi başqa növ sədəflərdən
və balıqqulaqlarından da istifadə edirlər.
Əsəbləri keyləşdirmək və
diş ağrısını sakitləşdirmək
üçün keçmişdə daha çox tiryəkdən
istifadə etmişlər. Maraqlı vasitələrdən
biri də qəndin yanığıdır. Bu zaman
qəndi od üzərində əridərək
ona bir qədər döyülmüş qara istiot
qatır, sonra dişin oyuğuna, qurd yeyən yerə
qoyurlar. Keyləşdirici vasitə kimi batbat toxumdan
da istifadə edilmişdir.