Göz
Müalicə
tədbirlərinin siyahısı
Göz ağrısı
temperaturla olarsa gülabdan, yumurta ağından,
soyuqdan olarsa müşkdən, gözdən su
axarsa sürmə və tutiyadan, quru olarsa ana südü,
heyva dənəsinin şirəsi və badam içindən
istifadə edirlər. Sarı zanbağın yağını
gözə kompres kimi qoymaq göz şişinə
kömək edir. Şibyəni çöl tərəfdən
göz qapağına sürtmək göz iltihabına
qarşı yaxşı dərmadır, onu gözün
özünə çəkmək göz qızartısını
aradan qaldırır. Tutiya gözü yaşartsa
da çox faydalıdır. Təsədüfi deyildir
ki, Fizuli “Ziyanı olmaz ol göz yaşının
kim, tutiyadandır” demişdir.
Yumurta ağını gülab ilə gözə
çəkmək şişi müalicə edir.
Ənlik-kirşanı sirkə və gül yağı
ilə qarışdırıb, göz qapağının
çöl hissəsini yağlamaq iltihabı aradan
qaldırır. Sumağı gülabda qaynadıb
gözə damcılatmaq göz iltihabının
başlanğıcı üçün xeyirlidir.
Saqqızağacını yandırıb hisini
göz qapağına çəkmək ağrını
kəsir və göz sulanmasının qarşısını
alır.
Ana südü göz ağrısını sakitləşdirir.
Mərciməyi su, gül yağı və ya zəncəfil
yağı ilə qarışdırıb məlhəm
kimi gözə qoymaq, istiliklə müşayiət
olunan şişməyə qarşı yaxşı
vasitədir. əzvay yemək göz iltihabına
qarşı faydalıdır. Təbaşiri narın
toz halında gül yağı ilə qarışdırıb
gözə məlhəm şəklində qoymaq
temperaturlu iltihab və göz çirki üçün
münasib dərmandır. Yumurtanı qaynadıb
onun sarısını çıxararaq, zə”fəran
və gül yağı ilə qarışdırıb
gözə məlhəm kimi qoymaq güclü
göz döyünməsinin qarşısını
alır.
Toyuq bərk qabıqsız yumurtlayan zaman onun pərdəsini
tünd sirkədə qaynatmaq və 10 gündən
sonra onu tam yumşaq halda gözə çəkmək
göz sulanmasına qarşı yaxşı vasitədir.
Zirənin şirəsini çıxarmaq və gözə
çəkmək göz çirkinin və qan axmasının
qarşısını alır. Turş narın
şirəsini gözə çəkmək göz
çirkini təmizləyir. Narın dənələrini
döyüb əzmək və öz şirəsinə
qarışdırıb gözə çəkmək
göz çirkini daha yaxşı təmizləyir.
Köhnə zeytun yağını gözə
sürtmək mirvari suyuna qarşı tə”sirli
vasitə olmaqla bərabər, gözü işiqlandırır.
Sürmə göz əzələlərini və
kirpiklərin kökünü möhkəmləndirir,
göz iltihabının qarşısını
alır və göz işığını
artırır. Sumaq şirəsini gün altında
saxlayaraq qatılaşdırıb gül yağı
kimi gözə çəkmək mirvari suyunu aradan
qaldırır. Balı göz yarasına çəkmək
yaranı sağaldır və göz sulanmasının
qarşısını alır. Zə”fəranı
narın halda döyüb gülaba və göz
yarasına çəkmək faydalıdır. Qarağac
göz işiğını artırmaq, göz
sulanmasının qarşısını almaq və
göz yarasını sağaltmaq üçün
qüvvətli dərmandır.