Başqa
tədbirlər
Müalicə
tədbirlərinin siyahısı
Kökəlmə
və arıqlama. Qaynanmış lobyanı
zeytun yağı ilə yemək adamı kökəldir.
Ağ xaşxaş yağı və bağayarpağı
suyu içmək də bu baxımdan faydalıdır.
Kökəlmək üçün lazım olan
qidalardan yağlı toyuq, qaz və ördək
əti, dana və quzu əti, inək və qoyun
südü, təzə pendir və südlü
sıyığı göstərmək olar. Şirin
nar, üzüm, yemiş yemək də kökəlməyə
müsbət tə”sir göstərir. Ən faydalı
vasitələrdən fındıq, püstə,
qoz ilə şəkər və ya badam içi
ilə şəkər hesab olunur. Kökəlmək
üçün şirin və yağlı yeməklər
məsləhət görülür. O cümlədən,
30 misqal qabığlı noxudu inək südündə
1 gün isladır, bu müddətdə 3 dəfə
südü təzələyir, sonra yeyirlər.
30 misqal yuyulmuş düyünü, həmin miqdarda
şəkər, ağ xaşxaş, buğda və
qabıqsız arpa, 50 misqal badam ilə qatışdırıb
döyür, hər gün ondan 20 misqala qədər
işlədirlər.
Arıqlıq fikirdən, qəmdən olarsa həyat
tərzini dəyişmək, şənlənmək,
xoş ətirlər iyləmək, yumşaq paltar
geymək və rahat yataqda məsləhət görülür.
Kəskin, turş və acı yeməklərdən
pəhriz saxlamaq münasibdir. Arıqlamanın
səbəbi mə”də zəifliyi, həzmin
pis olması, keyfiyyətsiz qida, qan azlığı,
qara ciyər və dalığın xəstəliyi
ola bilər. Bu halda həmin səbəbləti
aradan qaldırmaq lazımdır.
Arıqlamanın əsas səbəbi həzmin
pozulmasıdır. Qidalanma və həzm prosesini
nizamlamaq üçün meyvə-tərəvəzi
çox işlətmək, həm də iştaha
açan yeməklərdən istifadə etmək,
bununla yanaşı açıq havada gəzmək,
hərəkət etmək, yaxşı da istirahət
etmək lazımdır.
Kökəlmək üçün, səhərlər
üzüm, kişmiş, əncir, noxud, yerkökü,
tut, pendir-çörək, kərə yağı
ilə bal yemək faydalıdır.
Arıqlamaq tədbirləri. Arıqlıq
köklükdən yaxşıdır. Köklük
halında bədən hərəkətdən
aciz qalar, damarlar daralar, qan dövranı adi vəziyyətdən
çıxar, qəflətən ürəksıxılması,
ürəkdöyüntüsü, təngnəfəslik,
iflic və s. törədə bilər.
Arıqlamaq üçün pəhriz saxlamaq, yağlı
və şirin xörəklərdən çəkinmək,
xörəkdə turş, duzlu və kəskin
ədviyyələrdən (istiot, zəncəfil,
cirə, xardal) istifadə etmək, nisbətən
quru çörək, arpa və darı çörəyi
yemək, soğan, sarımsaq, vəzəri işlətmək
məsləhətdir. Yeməkdə sirkə işlətmək
də bu baxımdan faydalıdır. Bu zaman 2.4q
sədəfotu toxumunu 16.8q yarpağı və
zoğu ilə qatıb, bir neçə gün ac
qarına yemək məsləhətdir. Həmçinin
tərqovucu vasitələr işlətmək çox
müsbət tə”sir göstərir. Arıqlamaq
məqsədilə kökəlmənin əksinə
olan tədbirlər işlətmək, tez-tez hamamlanmaq,
hamamda tərləmək, mə”dən sularında
çimmək, çoxlu hərəkət etmək
kimi profilaktik tədbirlər görmək məsləhətdir.
Kökəlmənin qarşısını almaq
üçün, əsasən yağlı xörəklərdən
ət, süd, pendir, kərə yağı, yumurta,
düyü və s. kimi qidalardan pəhriz saxlamaq,
xörəkdə az duz işlətmək, üzüm
rejiminə keçmək, portağal, limon, şaftalı,
çiyələk və qarpız yemək yaxşı
nəticə verə bilər. Səhər yeməyi
əvəzinə portağal, limon və alma ilə
qənaətlənmək olar. Köklüyə
qarşı kahı, şalğam və başqa
tərəvəz məhsulları, turş alma,
heyva, turş nar, limon, portağal çox işlədilməlidir.
Həşərat və ilan sancmasına
qarşı vasitələr. Keçmişdə
adamı arı, əqrəb, ağcaqanad, ilan və
s. sancarkən zəhərlənmənin qarşısını
almaq üçün müxtəlif tədbirlər
görürdülər. Onların bə”ziləri
ilə tanışlıq maraqlıdır.
Həşərət və ya arı sancarkən
onun tikanı dəridə qalarsa, əvvəlcə
tikanı çıxarır, həmin yerə yumurtanın
ağı sürtülmüş tərə yarpağı
və ya kəklikotu yarpağından təpitmə
hazırlayıb qoyurlar. Bə”zən yalnız
turşəng sürtməklə kifayətlənmək
olar. Ağcaqanad və başqa həşəratın
dişlədiyi yerə soğan qoymaqla, qaşınmanın
qarşısını xeyli almaq mümkündür.
Sancılan yerə bir az zə”fəran qatılmış
nişasta sürtmək də faydalıdır.
Cə”fəri yarpağının təpitməsi
həm şişmənin qarşısını
alır, həm də yaranı sağaldır.
Faydalı təpitmələrdən biri də
kələmin bişmiş üz yarpağından
hazırlanır.
Qoz yarpağını bədənin açıq
yerlərinə sürtüb sonra arı pətəyinə
yaxınlaşdıqda, arılar adama hücüm
etmirlər. Cücələrin sancması nəticəsində
dəri üzərində balaca yaralar əmələ
gələrsə, lobya yarpağından hazırlanan
təpitmədən istifadə etmək olar. Əqrəb
turpdan qaçır. Qırmızı turpun qabığını
soyub, əzərək əqrəb üzərinə
qoyduqda və ya onun suyunu çıxarıb, əqrəb
üzərinə damcılatdıqda o süstləşir.
Turp suyunu bədənə sürtməklə,
cücülərin sancmasının qarşısını
almaq olar. Arı və əqrəb sancarkən,
xam neft ilə kompres qoymaq zəhərlənmənin
qarşısını alır. Zəhərlənməyə
qarşı limon faydalı bir vasitədir.
Əqrəb sancarsa, parçanı bir neçə
dəfə duzlu su ya ya sirkəyə batırıb,
həmin yerə qoymaqla ağrını sakitləşdirmək
olar. Yaxud bu zaman qaba süd töküb sancılan
bədən üzvünü südün içində
saxlayırlar, südün rənginin saralması
zəhərin südə keçdiyini göstərir.
Həşərat sancması nəticəsində
olan zəhərlənməyə qarşı,
işlənən yaxşı vasitələrdən
biri, zirinc və almadan hazırlanmış şərbətdir.
Bu mə”cunu hazırlamaq üçün bərabər
miqdarda zirinc və alma şirəsini bir-birinə
qatır, alınan şirənin dörddəbiri
qədər limon şirəsi, o qədər də
şəkər əlavə edib, mülayim od üzərində
bişirirlər. Qatı hala düşəndən
sonra ondan istifadə edirlər.
Ilan sancarkən zəhərin qana keçib, bədənin
başqa hissələrinə yayılması üçün,
dərhal sancılan yeri parça ilə möhkəm
bağlayırlar, sonra neştər ilə sancılan
yeri kəsir, zəhəri çıxarırlar.
Burada süd və ya qatıqdan istifadə edirlər.
Yabanı dağ soğanın bişirilmişindən
hazırlanan təpitmə, ilan və başqa cücələrin
sancması zamanı işlənir. Təpitməni
hazırlayarkən bir qədər də sirkə
qatılır.