Cinsi
fəaliyyət
Müalicə
tədbirlərinin siyahısı
Cinsi fəaliyyətin
saxlanması və gücləndirilməsi məsələsi,
qədimdə və orta əsrlərdə təbabət
elmini diqqət mərkəzində dayanmışdır.
Bu məsələdə əsas yer qadalanmaya verilir.
Cinsi fəaliyyətin zəifləməsi orqanizmin
tez qocalmasına, insanın ruhi və mə”nəvi
cəhətdən tez düşməsinə səbab
olur. Keçmiş təbiblərin fikrincə razyana
və rəhvəni çox işlətmək cinsi
fəaliyyəti zəiflədir, bunun əksinə
olaraq darçın, istiot, əncir, kahı və
püstə cinsi fəaliyyəti gücləndirir.
hindqozunun içərisində olan süd kimi maye
və yabanı kökdən hazırlanmış
mürəbbə ğıcıqlandırıcı
xassəyə malikdir. Balıq kürüsü
yaxşı qida olmaqla yanaşı, cinsi fəaliyəti
qüvvətləndirir. bu məqsədlə ləpəli
meyvələrdən qoz və püstə, başqa
bitkilərdən mərəçüyüd, səhləb,
nanə, südlə bişirilmiş şalğam,
səməni halvası və yetişməmiş
buğdanı süddə bişirib yemək də
yaxşı tə”sir göstərir.
Toyuğun içalatı, xaya, balıq və kürü,
təzə yumurta, zəncəfil, mixək və
başqa istilik gətirən ədviyyələr,
cinsi fəaliyyətə müsbət tə”sir
göstərən təbii vasitələrdir. Ancaq
bunları həddən çox işlətmək
olmaz.
Bal sağlamlığı möhkəmləndirməklə
yanaşı, cinsi fəaliyyəti gücləndirir,
onu tənzimləyir. Kabab və kükü, sərcə
və bildirçin əti, kərə yağı
və qaymaq, bir sıra mürəbbələr
(albalı, cırhavuc, yerkökü, qabaq və
qoz mürəbbələri), şəkər və
kişmiş cinsi həvəsi gücləndirir.
Bu zaman zirəni istiot və bal ilə və ya
ağ xaşxaşı bal ilə işlətmək
də faydalıdır.
Bir sıra qida maddələri, orqanizmi qüvvətləndirmək
və cinsi fəaliyyəti artıqmaqla yanaşı,
həm də sperma yaratmaqda mühüm əhəmiyyətə
malikdir. Belə vasitələrdən beçə
əti, beyin, badam, lobya, göy lobya və düyü
həm uzun ömürlük, həm də çoxuşaqlılıq
rəmzi kimi tanınmışdır. Noxud (düyü
və ya darı ilə), südlü sayıq,
çiyid içi və s. də buraya daxil edilir.
Keçmişdə, cinsi həvəs oyatmaq üçün
budların iç nahiyəsini şir piyi, qaplan
qanı ilə sürtər, beli isə gicitkən
toxumu, çöltərxunu kökündən alınan
yağla yağlayarmışlar.
Yarıbişmiş yumurta və püstə ilə
zəncəfil, yonca və gicitkən toxumu sperma
yaratmaqla cinsi meyli artırır. Bədənin
həssas yerlərini mixək şirəsi və
ya təbii soda qatılmış bal ilə yağlamaq
cinsi həvəs oyadır. 2q xardal toxumunu şərabla
içmək, budun iç nahiyəsini onunla sürtmək
cinsi həvəs oyadır. Bu baxımdan 2 q-dək
mixəyi döyüb, südlə qataraq içmək
də yaxşı tə”sir göstərir.