Analar
və qadınlar üçün tövsiyələr
Müalicə
tədbirlərinin siyahısı
Həmiləlik zamanı
qalınların çoxunda ürəkbulanması
baş verir. Adətən səhərlər baş
verən bu halın qarşısını almaq
üçün, bir sıra tədbirləri yerinə
yetirmək məsləhət görülür:
ürəkbulanma səhərlər yataqdan qalxarkən
üz verirsə, yuxudan oyanan kimi qalxmağa tələsməmək,
az sonra yavaş-yavaş yataqdan qalxmaq məsləhətdir.
Yeməyə iştaha varsa, səhər yeməyini
yeyib bir müddət istirahət etmək yaxşıdır,
az-az, lakin tez-tez yemək və turşməzə
meyvə şirəsi içmək unudulmamalıdır.
Ilıq halda olan maye, adətən ürəkbulanmaya
kömək etdiyindən ilıq su, ilıq meyvə
şirəsi və s. içmək olmaz. Həm
də çox yağlı xörəklərdən
pəhriz saxlamalı, mayedən daha çox istifadə
etməli, mürəbbə, meyvə yemək lazımdır.
Həmiləlik dövründə bə”zən
bir sıra qidalara qarşı böyük meyl
yaranır. Bu meyl daha çox turş şeylərə,
hətta bə”zən də tabaşirə, kömürə
qarşı da şiddətli olur. Hamilə qadınlar
gündəlik yeməklərində lazımi qida
maddələri ilə tə”min olunsalar, onlarda
bu meyl azalır.
Həmiləlik zamanı bağırsaq quruluğu
və qəbzlik halları baş verir. Səbəbi
ana bətnində olan uşağın bağırsaqlar
üzərinə təzyiq göstərməsi,
bununla da onların fəaliyyətinin azalmasıdır.
Bunun qarşısını almaq üçün
qida rejimini tənzimləmək, daha çox maye
işlətmək, açıq havada gəzmək,
yeməkdən sonra 1 çay qaşığı
zeytun yağı içmək məsləhətdir.
Hamiləlik zamanı təngnəfəs olma halları
baş verərsə bir qədər hərəkət
etmək, açıq havada gəzmək, yataq otağının
havasını həmişə təmiz saxlamaq
vacibdir.
Əllərdə, ayaqlarda üz verən mülayim
qaşınma hallarının qarşısını
almaq üçün, qadınlara ilıq su ilə
hamamlanmaq, yemək rejimində müəyyən
pəhrizlər gözləmək, yumurta, balıq,
çiyələk və bir çox ədviyyələr
yeməmək məsləhətdir. Hamiləliyin
son dövründə bə”zən qadınlar mə”də
göpündən narahat olurlar. Belə hallarda,
əsasən, pəhriz saxlamaq, kələm, xiyar,
badımcan, qızardılmış xörəklərdən
az istifadə etmək lazımdır. Həmilə
qadınlarda ayaq ağrısı, daha doğrusu
bud nahiyəsində ağrılar müşahidə
edildikdə ayaq üstə çox dayanmaqdan, dar
paltar geyməkdən çəkinmək lazımdır.
Yatan zaman həmişə böyrü üstə
uzanmaq olmaz. Ağrılar çox olarsa, xüsusilə
gecə vaxtı baş verərsə, zeytun yağı
ilə masaj etmək məsləhətdir.
Hamiləlik zamanı qida rejimi. Həmiləlik
dövrü lazımi qida maddələrindən
faydalanmaq həm ananın, həm də uşağın
sağlamlığını və gözəlliyini
qoruyub saxlayır. Klassik təbabətdə belə
fikir vardır ki, hamilə qadının yeməyi
adi qadının yeməyindən 2 dəfə
çox olmalıdır. Lakin bu çoxluq kəmiyyət
baxımından deyil, keyfiyyət baxımından
nəzərə alınmalıdır. Həkimlərin
nəzərincə uşağın sağlam doğulması
üçün, hamilə qadın öz qida rejimini
gözləməlidir.
Gündəlik yeyilən yeməklərin tərkibində
yağ və şəkər ilə yanaşı,
mineral maddələr də olmalıdır. Bu,
orqanizmin tam inkişaf və fəaliyyətini tə”min
etməklə yanaşı, ana bətnində olan
uşağın da lazımi maddələrdən
faydalanmasına imkan verir. Uşaq və ana üçün
lazım olan mineral maddələr göyərti
və meyvələrin tərkibində çoxdur.
Hamilə qadınlar üçün nəzərdə
tutulan qida maddələrini altı qrupa bölürlər:
Birinçi qrup – süd və süd məhsulları.
Həmiləlik zamanı süddən çox istifadə
etmək məsləhət görülür, daha
çox süd məhsullarından istifadə etmək,
yay zamanı qatıq yemək çox xeyirlidir.
Ikinci qrup – tərəvəzlər. Ispanaq, kahı,
kələm, lobya, noxud, göy bibər, yerkökü,
xiyar, soğan, çuğundur, turp, badımcan.
Bunların tərkibində bədənə lazım
olan qida maddələri vardır. Onlardan bə”ziləri
çiy, bə”ziləri isə bişmiş şəkildə
məsrəf olunur.
Üçüncü qrup – meyvələr. Buraya
təqribən bütün meyvələr, eyni
zamanda sitruslar daxildir.
Dördüncü qrup - ət, balıq, quş
əti, yumurta. Hamilə qadın öz sağlamlığını
saxlaması və sağlam uşaq doğması
üçün, anada qan azlığı və
zəiflik üz verməsin deyə, lazımi miqdarda
ət məhsullarından da istifadə etməlidir.
Beşinci qrup – çörək məhsulları.
Həmiləlik dövrü təkçə ağ
buğda unudan hazırlanmış çörək
deyil, arpa, çovdar və başqa dənli bitkilərdən
hazırlanmış çörək, fətir
və digər mə”mulatlar işlətmək
olduqca faydalıdır.
Altıncı qrup – yağlar. Kərə yağı
və bitki yağlarının lazımi miqdarda
işlənməsi, orqanizmin sağlamlığı
və zəifləməməsi üçün
olduqca zəruridir.
Ümumiyyətlə, hamilə qadınlar qida rejimində
lazım olan, bütün qida maddələrindən
ehtiyac daxilində faydalanmalı, lakin yağ və
ət məhsullarının işlənməsində
müəyyən qədər ehtiyatlı olmalıdırlar.
Gündəlik yeməkdə süd, ət, yağ,
çörək, meyvə və tərəvəz
işlənməli, imkan daxilində gec və çətin
həzm olunan qida maddələri, çox yağlı
yeməklər, təzə şirniyyat, çox
şor və duzlu xörəklər az istifadə
olunmalıdır.
Ana südü. Ana südü uşaqlar
üçün əvəzedilməz qida maddəsidir.
Ana südünün azlığı və ya
olmaması, uşaqların sağlam və təbii
inkişafına mane olur. Ona görə də hələ
qədimdən ana südünü artırmaq məqsədilə
müxtəlif qidalardan çox istifadə etmişlər.
Ana südünün artırılması və
tərkibinin yaxşılaşması üçün
səməni xalvası işlədirlər. Buna
bə”zən suhan və ya İsfahan halvası
da deyilir. Uşaqlara süd verən analar üçün
lazımi qida maddələri, paxlalı bitkilərdə
daha çox olur. Bu baxımdan paxla, lobya, noxud və
maş faydalı qida maddələri hesab edilir.
Pərpərən də süd verən analar üçün
məsləhətdir. Analar südü artırmaq
üçün inək və ya keçi südü
işlətsələr yaxşı olar. Bu baxımdan
münasib bitki kimi razyana, kərəviz və cirəni
də göstərmək olar. Südün tərkibinin
uşağın orqanizminə lazım olan, bütün
qida maddələri ilə tə”min olunması
üçün ananın yeməyi rəngərəng
olmalıdır.
Südü az olan analar müntəzəm çay
içməli, sulu meyvələr və bostan bitkilərindən
çox istifadə etməlidir. Müxtəlif çeşiddə
yemişdən, qarpızdan istifadə etmək
olar. Şirin meyvələr – tut, üzüm, armud
çox xeyirlidir. Meyvələrin şirəsindən
istifadə etmək daha yaxşıdır. Bunlarla
yanaşı müxtəlif şərbətlər
də işlətmək məsləhətdir.
Gül şərbəti, bənövşə
şərbəti faydalı hesab edilir. Süd verən
analar südün tərkibini yaxşılaşdırmaq
məqsədilə zeytun, qoz, badam və ya onun
şirəsini işlədə bilərlər.
Badam şirəsi belə hazırlanır: bir ovuc
badamı yarımisti suda bir qədər saxladıqdan
sonra qabığını soyur, bir qədər
su əlavə edib, onları həvəngdə
döyür, xəmir halına salırlar. Sonra
həmin miqdarda balı su ilə qatıb şərbət
düzəldir və badam xəmirini də ona əlavə
edərək, tam həll olana qədər qarışdırırlar.
Alınan şirəni süzgəcdən keçirib
işlədirlər. Süd verən analar, həmçinin
yeralması, sirkə ilə kahı yesələr
südləri artar və tərkibi yaxşılaşar.
Süd qatı olarsa, təzə çəkilmiş
limon şirəsi işlətmək tövsiyə
edilir.
Süd yolları tutularsa və döş şişərsə,
mərcimək unu və kələm yarpağı
ilə təpitmə qoymaq məsləhətdir.
Faydalı təpitmələrdən biri də
cə”fəridən hazırlanır. Həmçinin
bu zaman, reyhanı iki gecə-gündüz gülab
içərisində saxlayır, sonra həmin su
ilə kompres düzəldib, sinəyə və
döş üzərinə qoyurlar. Həmin reyhandan,
həmçinin təpitmə kimi də istifadə
edirlər.
Qadınların gigiyenası. Aybaşını
çətin keçirən qadınların, 15q
razyana toxumunu 1L suda dəmləyib, hər yemək
zamanı 1 fincan içməsi faydalıdır.
Tərxun həm gigiyena, həm də aybaşını
tənzimləmək baxımdan xeyirlidir. Bətni
təmizləmək üçün 3–4 ədəd
heyva doğrayıb, 1L suda yarım saat qaynadır
və istifadə edirlər.
Aybaşını tənzimləmək üçün
15q zə”fəranı 1L suda dəmləyib gündə
2–3 dəfə işlədirlər. Bu baxımdan
qaraçörək otu və qara zirə də
faydalıdır. Ağ gicitkən bətnidə
olan qanaxma v başqa iltihablı proseslərə
qarşı tə”sirli vasitədir. Onun 30q quru
çiçəyini 1L qaynanmış suda dəmləyərək
işlədirlər. Bətn üçün xeyirli
bitkilərdən həmçinin qırxbuğum
bə göy soğan göstərilə bilər.
Cə”fəri gigiyena baxımdan bətni saflaşdırdığına
görə, kasnı qanı təmizləməklə,
əncir isə qan dövranını tənzimləməklə
qadınlar üçün faydalı hesab edilir.