Qulaq
Müalicə
tədbirlərinin siyahısı
Qulaq ağrısını
sakitləşdirmək üçün narın
içərisini çıxarır, oranı gül
yağı ilə doldurub isidir və yarımisti
halda ondan qulağa damcıladırlar. Turş nar
dənələrini əzib şirəsini qaynatdıqdan
sonra, onu eyni miqdarda bal ilə qarışdırıb
qulağa damcıladanda da yaxşı tə”sir
alınır.
Soyuqdəymə nəticəsində baş verən
qulaq ağrısını kəsmək üçün
sarımsaq şirəsini zeytun yağı ilə
qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır.
Sarımsaq şirəsinin badam və çobanyastığı
yağı ilə qaynadılmış qatışığı
da buna yaxşı tə”sir edir.
Ana südü qulaq ağrısının şiddətini
azaldır. Badam və ya qoz yağını ilıq
halda qulaqa damcılatmaqla bir neçə günlüyə
ağrının qabağını almaq olur. Yumurta
sarısını qulağa damcıladanda ağrı
sakitləşir. Iltihablı ağrıları
kəsmək üçün yumurtanın ağını
və sarısını gül yağı ilə
qarışdırıb, təpitmə kimi qulağa
çəkmək çox xeyirlidir. Şirin nar dənələrini
şərabda qaynadıb, həvəngdəstədə
yumşalınca döydükdən sonra qulağa
məlhəm şəkildə qoyanda da tə”siri
yaxşı olur. Ladanı gül yağında
bir müddət saxladıqdan sonra qulağa damcılatdıqda
xeyirli dəyir. Çuğundur şirəsi, sədəfotunun
şirəsi və gül yağının nar
qabığının içərisində ilıq
hala gətirilmiş qatışığından,
həmçinin gül, yaxud süsən yağında
qaynadılmış ağ rəngli, sıx toxunmuş
hörümçək torunun qatışığından
da istifadə etdikdə yaxşi nəticə verir.
Qaz piyi və ya azacıq isidilmiş toyuq piyi iltihab
zamanı qulaq gurultusunun qarşısını
alır. Qulaqda qurd olarsa, onu aradan qaldırmaq üçün,
naşatırı ana südü ilə qatıb
qulağa tökmək faydalıdır. Ilıq
soğan şirəsindən də istifadə etmək
olar.
Qulaq sulanması zamanı nar şirəsini mis
qazanda üçdə bir hissəsi buxarlanınca
qaynadıb, qalan hissədən 2 dancı ilıq
halda qulağa damcılatmaq xeyir eləyir. Balqabağın
tumunu çıxarıb içərisinə zeytun
yağı tökəndən sonra bir müddət
gözləyib, sonra onu qulağa damcılatmaqla
qulağın sulunmasının qarşısını
almaq olur.
Qulağda uğultu olarsa, gənəgərçək
yağı və şaftalı tumunun yağını
isidib qulağa damcılatmaq məqsədəuyğundur.
Bunun üçün acı badam yağı və
ya qoyun ödü ilə çöl soğanı
şirəsinin qatışığından da
istifadə etmək olar. Heylufər yağı
ilə özünü asqırtmaq faydalıdır.
Kibritin kükürdünü buxarlandırıb
qulağa onun buxarına vermək də kömək
eləyir. Xardalı quru əncir ilə döyüb
piltə şəklində qulağa qoymaq məqsədəuyğundur.
Söyüd yarpağı, çobanyastığı,
zəncəfil, şüyüd və süsən
kökündən ilıq suda cövhər hazırlayıb
qulağa qoymaq eşitmə prosessini gücləndirir.
Turpu duz ilə döyüb onun şirəsini qulağa
damcılatmaq da müsbət nəticə verir.
Kərkəs piyini əridib onunla qulağa piltə
qoymaq və bu işi bir neçə dəfə
təkrar etmək yaxşı tə”sir bağışlayır.