Açıq
yaralar, yanıqlar
Müalicə
tədbirlərinin siyahısı
Gigiyena məqsədilə
açıq yaraları sarımsaqlı sirkə
ilə yumaq olar. Bu məqsədilə 30q sarımsağı
xırdalayaraq 0.5L sirkədə 10 gün saxlayır,
sonra istifadə edirlər.
Yanıqdan sonra əmələ gələn yaralar
və həmçinin çiban yarası üçün
çiy kartofu əzib zeytun yağı ilə qataraq,
təpitmə kimi onun üzərinə qoyurlar.
Şişi olan yaraları kələm ilə bağlamaq
məsləhət görürlər. Kələmin
yarpağını təmiz yuyur, sonra qaynar suda
saxlayaraq onu yumşaldır. Həmçinin almanı
həvəngdə əzib öz şirəsində
bişirir, məlhəm kimi yara üzərinə
sürtürlər. Ona özü miqdarda zeytun
yağı əlavə etmək daha faydalıdır.
Yaraları yumaq üçün, qozun 50–60q yaşıl
qərzəyini 1L suda qaynadaraq məhlul hazırlayırlar.
Yaraları bitişdirmək baxımdan ən tanınmış
vasitələrdən biri bağayarpağıdır.
Yaraları yumaq, sağalmasına da kömək
etmək üçün, dəfnə yarpağından
hazırlanan məhluldan da istifadə edilir. Bunun
üçün 20–30q dəfnə yarpağını
1L dağ suda dəmləyir, sonra süzüb yaranı
yuyur və ya parçanı həmin suda isladaraq
yara üzərinə qoyurlar.
Yemiş içini yanıq üzərinə qoymaq
yaxşı tə”sir göstərir. Kartofu əzərək
yanıq üzərinə qoymaqla, ağrıları
sakitləşdirmək olar. Onu əzərək
zeytun yağı ilə təpitmə hazırlayır,
yanıqdan sonra əmələ gələn yaralar
üçün istifadə edirlər. Ispanaq yarpağını
yağda bişirib, ondan yanığa qarşı
istifadə etmək olar. Bu baxımdan kahı yarpağı
da faydalı basitə hesab edilir. Yarım fincan
heyva şirəsinə onun döyülmüş
toxumlarını qatır, bir müddətdən
sonra əmələ gələn şirəni
yanıqdan, yaranın şiş üçün
işlədirlər. Günəşdən yanmanın
qarşısını almaq üçün, dərini
heyva üçərisində olan qəliz maye ilə
sürtürlər.