əsasə
   
  xalq tabəbəti
   
  türkəçarələr
   
  dərman bitkiləri
   
  müalicə tədbirləri
Bayramlar
Matəm günlər
Adət və ənənələr
Xalq sənətkarlığı
Milli geyim
Xalq tabəbəti
Cari
     
   

Çiban, ziyil

Müalicə tədbirlərinin siyahısı

Çibanı olanlar əvvəlcə abqora aşı yeməlidir. Bundan sonra çibanın yetişməsi və çirkin təmizlənməsi üçün aşağıdakı tədbirləri görürlər: arpa unundan xəmir düzəldib çiban üzərinə qoyduqda təpitmə çibanın açılamsına və çirkin çıxmasına kömək göstərir; süddə bişirilmiş təzə və ya quru ənciri ilıq halda təpitmə kimi çiban üzərinə qoyduqda, bu əməliyyat ağrıları sakitləşdirməklə yanaşı, onun tez açılmasına kömək edir.
Başqa faydalı vasitələrdən biri yaranın tez sağalmasına kömək edən paxla unu təpitməsidir. Çibana qarşı ən sadə və olduqca faydalı vasitələrdən biri soğandır. Onu isti küldə bişirib, yarıya bölərək çibanın üzərinə bağlayırlar. Bu çibanı tez yetişdirir, onun müalicəsini sür”ətləndirir. Müxtəlif çibanları müalicə etmək, şişini çəkmək üçün şalğamdan istifadə etmək olar. Bu zaman bişmiş şalğamı xırda-xırda doğrayaraq, təpitmə şəklində çiban üzərinə qoyurlar. Çibanı, başqa xırda və çirkli yaraları müalicə etmək üçün, meynəni yandırıb külünü su ilə qatışdırır, 1 saat ərzində mülayim od üzərində bişirir, sonra isə süzüb kompres şəklində işlədirlər. Limon qanın tərkibini tənzimləyib saflaşdırdığından, yara, çiban, dəridə sızanaq çıxaran adamlar limon işlətməlidirlər.
Ziyilin qopub düşməsi üçün, böyük bir soğanın ortasını oyaraq oraya duz töküb saxlayır, duz əriyəndən sonra həmin mayedən götürüb, gündə bir neçə dəfə ziyilin üzərinə sürtürlər. Bunun üçün yetişməmiş əncirdən çıxan südü də onun üzərinə sürtür, cavan qoz ağacı yarpağını bişirərək ziyil üzərinə bağlayır, yaxud gicitkən yarpağını bal ilə təpitmə kimi qoyurlar. Bu həm də çibanın açılmasına kömək edir. Əhəngi sirkə ilə qatıb ziyili sürtməklə də onu yandırıb aradan çıxarmaq olur.

 
Copyright © 2003-2007 Nigar Babazade. All rights reserved.