Yaddaşın
möhkəmləndirilməsi
Müalicə
tədbirlərinin siyahısı
Ipək paltar beyni
itiləşdirir, zehni qüvvətləndirir,
gözü işıqlandırır. Qırıqovul
əti yemək, yasəmən iyləmək fəhmi
artırır, beyni möhkəmləndirir, yaddaşsızlığa
qarşı çox yaxşıdır. Püstə,
cücə və fərə əti və beyni
yemək, hafizə və zehni möhkəmləndirməkdə
faydalı dərmanlardan biri sayılır. Mərzə
çeynəmək beyin üçün münasibdir.
Şamama və nərgiz iyləmək beyni isidir
və qüvvətləndirir. Xardal yemək yaddaşsızlığa
qarşı faydalı sayılır. Əncir,
mixək, findıq, beyni gücləndirir, fəhmi
artırır. Qabaq mürəbbəsi beyni möhkəmləndirməkdə
tə”sirlidir. Heyva iyləmək beyni və əhvaliruhiyyəni
yaxşılaşdırır. Alma yemək də
bu baxımdan faydalı hesab edilir. Boymadərəndən
hazırlanan təpitmə baş və beyni qüvvətləndirir.
Gül yağı baş və beyin üçün
olduqca münadibdir. Buruna gülab çəkmək
huşusuzluğa qarşı faydalı olmaqla,
beyni və diqqəti möhkəmləndirir. İstiot
və zəncəfil hafizəni gücləndirir.
Zə”fəran diqqəti qüvvətləndirir.
Xiyar iyləmək beyni açır, insanı ruhlandırır.
Kəklikotu çiçəyinin mürəbbəsi
zehni qüvvətləndirir. Çətənə
yemək isə beyni keyləşdirir, diqqəti
pozur.