Əsəbilik,
yorğunluq və yuxusuzluq
Müalicə
tədbirlərinin siyahısı
Əsəb narahatlığı
müxtəlif amillər və səbəblərlə
bağlıdır. Bu narahatlığın aradan
qalxmasında əsas şərtlərdən biri,
insanın iradəli olmasıdır. Belə olduqda
bədənin müqaviməti artır, o, xəstəliyə
üstün gəlir. Bununla yanaşı, əsəb
zəifliyi törədən amillərə qarşı
müalicə aparmaq lazımdır. Həssas adamlar
əsəb xəstəliyinə daha tez tuturlar.
Bir sıra qidalar əsəblərin möhkəmlənməsində
mühüm rol oynayır. Bu baxımdan armud, yumurta,
süd, düyü, lobya, noxud, kartof, kələm,
kahı, çörək, alma, zeytun yağı,
təzə xama, pendir, badam içi kimi qida məhsulları
mühüm əhəmiyyət daşıyır.
Əsəb zəifliyi olan şəxslərdə
adətən yuxusuzluq halları da müşahidə
edilir. Belə şəxslər ilk növbədə
yuxusuzluğa qarşı mübarizə aparmalıdır.
Tə”sirli müalicə üsullarından biri
açıq havada gəzinti, çimmək, müxtəlif
əyləncə ilə məşğul olmaqdır.
Əsəb xəstəliyi zamanı xüsusilə
ürəyin qayğısını çəkmək
lazımdır.
Bir sıra mənfi amillər – nigarançılıq,
təngə gəlmək və s. yorğunluqa
və nəticə e”tibarilə əsəblərin
zəifləməsinə səbəb olur. Həddindən
çox yorğunluq əsəbləri qıcıqlandırır,
yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir,
ürək zəifləyir. Bu cür zəif adamlar
yemək rejimini gözləməli, özünü
çox yormamalı, yuxu rejimini saxlamalıdırlar.
Əsəbi yorğunluq və narahatlıq hallarında,
bir sıra bitki mənşəli dərmanların
işlədilməsi müsbət tə”sir göstərir.
Çobanyastığı çiçəyi yorğunluq,
əsəb ağrıları və başağrıları
zamanı faydalıdır. Bunun üçün
1 xörək qaşığı quru çiçəyi
100q qaynadan suda 1 saat dəmə qoyur, sonra süzərək
bir azca şirin edir və işlədirlər.
Onun yağını isə əsəbdən ağrıyan
yerlərə sürtmək məsləhətdir.
Bədmüşk yarpağının qaynanmış
suyu və ya çiçəyinin dəmləməsi
(150q qurumuş çiçəyi 1L qaynar suda 12 dəq
ərzində dəmləyib bir az şəkər
qatırlar) gündə 3 dəfə olmaqla yeməkdən
əvvəl 1 fincan tövsiyə edilir.
Əsəb pozğunluğunda 15–30q quru razyananı
xırdalayıb 1L soyuq suya tökür, od üzərində
1 dəq qaynadırlar. Sonra onu 10 dəq ərzində
dəmə qoyur, süzüb bir az bal əlavə
edərək yeməkdən sonra 1fincan işlədirlər.
Bu zaman baş ağrısı dayanır, yuxu gəlir
və əsəblər sakitləşir. Bu baxımdan
10q pişikotu kökünün 1L suda qaynamasından
alınan məhlul da faydalı sayılır.
Əsəbdən doğan ağrılar zamanı
5q xırdalanmış tərxunu 1 fincan qaynanmış
suda bir müddət dəmə qoyur, yeməkdən
sonra içirlər. Əsəbi narahatlığı
olanlar üçün üzüm xeyirli vasitələrdən
biri sayılır. Onun şirəsini işlətmək
daha yaxşıdır. Ispanaq və vəzəri
də yorğunluq və əsəbi narahatlıq
zamanı faydalıdır. Xaşxaş yuxu gətirəndir
və əsəbləri sakitləşdirir. Onun
çiçəyindən də istifadə edirlər.
Əsəb ağrıları olan yerlərə
qozun qərzəyindən, bişmiş kələm
yarpağından təpitmə qoymaq müsbət
tə”sir göstərir. Sarımsağı döyüb
yumşaldır, onu kamfora yağı ilə qatıb
fəqərə sütununa sürtürlər.
Bu cür masaj həm yorğunluğu çıxarır,
həm də əsəbləri sakitləşdirir.
Əsəbi hallardan sonra, çox fikirli və qəmli
olarkən, 50 q-dək reyhanı (çiçək
və yarpağı ilə birlikdə) 1L qaynanmış
suda bir müddət dəmə qoyub süzür,
bal ilə şirinləşdirib, yeməkdən
sonra 1 fincan içirlər. Əsəbləri möhkəmləndirmək
üçün badamı suda isladaraq qabığını
soyub yemək məsləhətdir. Hər dəfə
10 ədəd badam yemək tövsiyə edilir.
Zehni əməklə məşğul olan şəxslər
yorğun və əsəbi olurlar. Onlar üçün
yemək zamanı mərcimək və ərik
işlətmək məsləhət görülür.
Kahı əsəbilik, yuxusuzluq, əsəbdən
olan üz ağrıları, ürək döyüntüsü,
əsəbi qıcıqlar və öskürək
zamanı məsləhət görülür.
Çox yorğun olan və əsəbi narahatlıq
keçirən adamlar üçün bal ən yaxşı
qidalardan biridir. Alma, ərik və limon şərbəti
də əsəbləri möhkəmləndirir,
zehni fəaliyyəti gücləndirir. Əsəbi
böhran və gərginlik hallarında portağal
və naringi yemək əsəbi amilləri tənzimləməyə
kömək edir. Mərəçüyüd və
sumaq isə əsəblər üçün zərərdir.
Əsəb xəstəliyi olanlar dağətəyi
yerlərdə, yaxşı abhavası olan yaylaqlarda,
sakitlik şəraitində istirahət etməlidirlər.
Yuxusuzluğu törədən səbəblər
müxtəlif ola bilər. Bundan asılı olaraq,
yuxusuzluğu aradan qaldırmaq üçün müvafiq
tədbirlərdən istifadə olunur.
Bə”zi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından
irəli gəlir. Belə olduqda ürəyin fəaliyyəti
pisləşir, qan dövranının normal davam
etməsi pozulur. Bu zaman həzm prosesini gücləndirən
tədbirlər görmək lazımdır.
Yataq yeri rahat, otağın havası təmiz, qış
zamanı yatarkən ayaqlar isti olmalıdır.
Rahat yatmaq üçün yatmazdan əvvəl xaşxaş
qabığının qaynanmış suyundan 1
fincan içmək lazımdır. Bunun üçün
10q yetişmiş, quru xaşxaşın qabığını
200q suda 5 dəq qaynatdıqdan sonra, 10 dəq müddətində
dəm çəkməyə qoyurlar. Sonra onu süzür,
azca bal əlavə edərək 1 fincan içirlər.
Yuxusuzluğa qarşı işlənən dərmanlardan
biri də pişikotunun dəmləməsidir. Bunun
üçün onun 60–100q quru kökünü
1L suya tökərək 12 saat saxlayır, sonra
süzüb ondan 1 fincan içirlər.
Başqa bir vasitə kimi, 25q təzə dərilmiş
və ya quru itburnu meyvəsini 1L soyuq suda 3 saat
isladırlar. Sonra mülayim od üzərində
5 dəq qaynadır, 15 dəq dəm aldıqdan
sonra süzüb bir azca şirin edərək,
gün ərzində bir neçə dəfə
içirlər.
Yuxusuzluq və əsəbi narahatlığı
olan alamlar, şam yeməyi zamanı kahı yeməlidirlər.
Axşamlar yatmazdan əvvəl alma yemək də
bu baxımdan faydalıdır. Belə adamlar özlərinin
yemək rejimlərini elə tərzdə tənzim
etməlidirlər ki, ardıcıl sürətdə
çox ət, yumurta və tərkibində nişasta
olan başqa yeməklərdən bir növ pəhriz
saxlamış olsunlar. Bunun əvəzində yemək
zamanı daha çox göyərti və turş
meyvələr, o cümlədən limon işlətmək
məsləhətdir.
Zehni əməklə məşğul olan şəxslərə
yemək zamanı soğan işlətmək məsləhət
görülür. Zəiflik, əsəbi və
fiziki yorğunluq zamanı, soğan orqanizm tərəfindən
tez məsrəf olunur, nişasta tərkibli maddələrin
həzmini asanlaşdırır və beləliklə
orqanizmi yatmaq üçün hazırlayır. Bu
baxımdan şam yeməyi zamanı qara turp işlətmək
də faydalı hesab edilir.
Yuxusuzluq zamanı 25q pərpərəni 1L suda
dəmləyərək işlədirlər. Qocaların
yaxşı və çox yatması üçün
yeralması yemək tövsiyə edilir. Xiyarın
da yuxu gətirmək xüsusiyyəti vardır.
Şam yeməyindən sonra naringi yemək də
rahat yuxu gətirir. Balqabaq tumunun şirəsini
süd və ya suda bişirib işlətmək,
yuxusuzluq hallarında tövsiyə edilir.
Yuxusuzluğa qarşı işlədilən vasitələrdən
biri də bədmüşkdür. Onun 50q qurumuş
yarpağını 1L qaynar suda 2 dəq qaynadır,
10 dəq ərzində dəmə qoyurlar. Sonra
süzərək gündə 3 dəfə, hər
dəfə 1 fincan işlədirlər. Bədmüşkün
50q qurumuş çiçəyini 1L olduqça qaynar
suda 12 dəq dəmləyir, sonra şirinləşdirib
gündə 3 dəfə, hər dəfə də
3 fincan yeməkdən əvvəl işlədirlər.