Şəkər
xəstəliyi
Müalicə
tədbirlərinin siyahısı
Orta əsr təbabətinə
görə bu xəstəliyin əsas səbəblərindən
biri yemək rejiminin və böyrəyin funksiyasının
pozulmasıdır. Çoxlu ət, ət məhsulları
və heyvan yağları işlədilən ölkələrdə
şəkər xəstəliyinə tutulurlar.
Ağır yağlar, xörəklər işlədilən
adamlara bu xəstəlik tez tə”sir göstərir.
Keçmiş həkimlər bu xəstəliyin
səbəbini böyrək funksiyasının
pozulmasında gördüklərindən, onlar
müalicəni də böyrəyin qüvvətlənməsi
və onun funksiyasının normallaşması
istiqamətində aparmışlar. Əgər
xəstələrin (xüsusilə cavan yaşlıların)
ümumi vəziyyəti imkan verirsə, onlardan
həcəmət qoymaq yolu ilə qan alırlar.
Susuzluq zamanı xəstələri soyuq su içməyə
qoymur, onları sərin yerdə yatızdırır,
böyrək nahiyəsinə sərin kompres qoyur,
xüsusilə turş meyvələr verirlər.
Şəkər xəstəliyi olan şəxslərdə
böyrəyin tənzimlənməsi üçün,
soyuq və qəbizlik xüsusiyyəti olan yeməklər,
turp yeməklər, qora, zirinc, limon, keşniş,
düyü işlətmək, sərin havada olmaq
tövsiyə olunur. Qədim təbabətdə
xəstələri şəkərli maddələr,
o cümlədən bal yeməkdən çəkindirməmiş,
yalnız xəstəliyin şiddətli dövründə
onlara həmin qidaları işlətməyi qadağan
etmişlər.
Keçmiş təbiblərin əqidəsincə,
xəstələr yağlı yeməklərin
üzərinə darçın səpsələr,
onun zərərini xeyli azaltmış olarlar. Darçın
yağların həll olunmasına yaxşı
kömək göstərir. Bu xəstəliyə
tutulanlara paxla, lobya və dənli bitkilər işlətmək
məsləhət görülür. Onlar pəhriz
məqsədilə çöl dovşanı və
keçi əti yeməlidirlər.
Meyvələrdən çiyələk, böyürtkən,
əzgil, nar (narı içərisinin tumları
ilə birlikdə yemək lazımdır), zirinc,
zoğal axtası, qarağat, alma və armud daha
faydalıdır.
Bu xəstəliyi olanlar üçün ən yaxşı
qida maddələrindən biri yeralmasıdır.
Onlar kartofu kabab kimi və ya buxarda bişirib yeyə
bilərlər. Vəzəri, xiyar işlətmək
də faydalı vasitələrdir. Qoz, fındıq
və püstə şəkər xəstələri
üçün xeyirli hesab edilir.
Xəstələrin şəkərə olan ehtiyacını
tə”min etmək üçün, şəkər
əvəzinə təbii bal işlətmək
daha münasibdir. Belə xəstələr səhərlər
acqarına 40 gün ərzində gündə
30q abqora içsələr, onların şəkəri
aşağı düşər. Onlara çayı
tut qurusu ilə içmək, qatıq, qurut kimi
qida maddələri işlətmək məsləhət
görülür. Şəkər xəstələri
şabalıd, çuğundur, kök, şalğam,
banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər.
Susuzluq. Xəstələr tez-tez susuzluqdan şikayət
edirlər. Xüsusilə soyuqdəymə hallarında,
bədən üzvlərinin iltihablaşmasında
daha çox susuzluq yaranır. Bu zaman ən sadə
və çox işlənən vasitələrdən
biri limon şərbətidir. Quşüzümü
şərbəti də bu baxımdan faydalıdır.
Onun şirəsinə şəkər qatmaqla bir
qədər şirinləşdirib işlədirlər.
Qızdırma olduqda bu şərbətə daha
çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş
qabaq tumunun şirəsini susuzluq hallarında istifadə
edirlər.
Yemiş və qarpızda çox su olduğundan,
onlar da susuzluq hallarında olduqca faydalıdır.
Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu
yatırmaqda sınanmış meyvələrdən
hesab edilir. Heyva şirəsi daha yaxşıdır.
Bu zaman tə”sirli vasitələrdən biri də
portağal və ya narıngidən hazırlanmış
çox şirin olmayan şərbətdir.
Susuzluğu aradan qaldırmaqda ayran sınanmış
bir içkidir.