Bel,
boyun, onurğa
Müalicə
tədbirlərinin siyahısı
Bel ağrısı
həzm pozğunluğu, əsəbi narahatlıq,
psixoloji amillər, yorğunluq və s. səbəblərdən
meydana çıxa bilər. Bə”zən mə”də,
dalaq, qara ciyər və öd kisəsi xəstələnərkən
beldə ağrılar olur. Adi bel ağrılarının
qarşısını almaq üçün yol
gedərkən beli düz saxlamaq, oturarkən beli
əyməmək, ürək və mə”də
fəaliyyətinin yaxşı olması üçün
dərindən nəfəs almaq lazımdır.
Bu həm də qan dövranına yaxşı
tə”sir göstərir, nəticə e”tibarilə
bel ağrısının qarşısını
alır.
Həmçinin dar ayaqqabı və paltar geymək
lazım deyil. Buna qadınlar daha çox diqqət
yetirməlidir. Həmişə hərəkətdə
olmalı, yataq yerinin çökək olmasına
xüsusilə fikir verməlidir. Bel ağrısı
olanlar ispanaq yeməlidirlər. Limon şirəsi
işlətmək bel ağrısını sakitləşdirir.
Bu baxımdan halva da faydalıdır.
Boyun ağrısı zamanı boyunu aşağı,
yuxarı, sağ və sol istiqamətlərində
masaj etmək məsləhətdir. Ağrını
sakitləşdirmək üçün təzə
kəklikotu yarpaqlarını xırdalayıb,
ağzı örtülü qabda su əlavə
etmədən bişirir, sonra onu isti-isti parçaya
büküb, boyunun ağrıyan nahiyəsinə
qoyurlar.
Onurğa sütununun sağlamlığını
qorumaq üçün, yuxarıda qeyd edildiyi kimi
oturarkən, yol gedərkən beli düz saxlamalı,
yumşaq, çökək olmayan və münasib
yataqda yatmaq, müntəzəm hərəkət
etmək lazımdır. Onurğa ağrısı
bir sıra hallarda, həzm orqanlarının işinin
pozulması nəticəsində də baş verir.
Belə hallarda, ilk növbədə bu orqanları
müalicə etmək lazımdır.
Onurğa sütunu ağrıları olan adamlara
limon işlətmək məsləhət görülür.
Bel fəqərələrini limon şirəsi
ilə masaj etmək də bu baxımdan faydalıdır.
Bel və onurğada olan ağrılar bə”zən
də əsəbilik, əzələlərdə
olan yorğunluq, gərginlik nəticəsində
baş verir. Bu halda sarımsağı döyüb
zeytun yağı ilə qarışdırır,
sonra həmin yağla bel fəqərələrini
masaj edirlər. Bu, yorğunluğu çıxarır
və insana yeni qüvvə verir. Keşniş
dəmləməsi, təzə nanə əsəbi
şəraitdən tərənən ağrılar
üçün faydalıdır. Bu baxımdan 30–40q
minaçiçəyinin 10 dəq ərzində 1L
suda dəmləməsi və ya 15–30q çökə
çiçəyinin 1L suda dəmləməsi yaxşı
tə”sir edir.
Bə”zən bel və dizdə əsəblə
əlaqədar olan ağrılar baş verir. Bu
zaman qoz yarpağı və yetişməmiş
qozun qərzəyini döyüb, təpitmə
kimi ağrı olan nahiyələrə qoyur, yaxud
da gündə 2–3 dəfə kələmin üz
yarpağını bir az döyüb yumşaldır,
sonra odda bişirib nazik yun parçaya bükür,
ağrı olan yerə bağlıyırlar.
Ümumiyyətlə, beldə, onurğa fəqərələrində
və oynaqlarda olan ağrılar zamanı, ayı
piyi ilə ağrıyan yerləri sürtmək
və masaj etmək məsləhətdir.