Oynaqlar
Müalicə
tədbirlərinin siyahısı
Kəklikotunun qaynanmış
suyunda çimmək, yel xəstəliyi olan adamlar
ücün faydalıdır. Bu əməl eyni
zamanda dərialtı qan dövranını tənzimləyir.
Bunun üçün 500 q kəklikotunu torbaya doldurub,
15 dəq ərzində suda qaynadır, sonra onu
qaynanmış su ilə birlikdə hərarəti
35 – 40C olan su doldurulmuş vannaya tökürlər.
Xəstə 20 dəq vannada uzanır, sonra yatağa
girib özünü tərlədir. Yaxud kəklikotu
çiçəyini və yarpağını əzib
ocaqda isidir və isti-isti ağrıyan yerə
qoyub dəsmal ilə bağlayırlar.
Yel xəstəliyindən olan ağrıların
müalicəsi üçün 2–3 almanı doğrayıb,
qabığı ilə birlikdə 1L suda 15 dəq
qaynadır, ona bir qədər şirinbiyan əlavə
edərək işlədirlər. Bərabər
miqdarda quru fındıq və qoz yarpağına
bir qədər qəlyan külü və narın
döyülmüş duz qatıb qarışdırır,
sonra onu zeytun yağında bişirərək
ağrıyan yerlərə sürtür və
masaj edirlər. Zeytun yağını döyülmüş
sarımsaqla qatıb məlhəm düzəldir
və ağrıyan yerlərə sürtürlər,
bu yel xəstəliyi, əzələ və ya
əsəb ağrıları üçün xeyirlidir.
Sarımsaqdan hazırlanan təpitmələr yel
xəstəliyinin ağrılarını sakitləşdirir.
Sarımsağı doğrayaraq 2 özü qədər
kamfora yağında qatışdırır, məlhəm
kimi ağrıyan yerlərə çəkirlər.
Incidən yerlərə çobanyastığı
yağı sürtmək də məsləhətdir.
Səhərlər acqarına yerkökü şirəsi
içmək yel, xəstəliyi və oynaq ağrıları
zamanı faydalıdır. Dərman minaçiçəyi
bu xəstəliyə qarşı yaxşı
tə”sir göstərir. Onun 30–40 q-nı 1L suda
10 dəq qaynadıb işlədirlər. Həmçinin
1 çay qaşığı quru məryəmnoxudu
çiçəyini 1L qaynanmış suya tökür
və gündə ondan 4 fincan içirlər.
Kəkotu da bu xəstəliyin müalicəsi üçün
xeyirlidir. Onun 15–25 q-nı 1L suda dəmləyərək
işlədirlər. 25–30q tərxunun 1L suda qaynanmışı
yel ağrılarına qarşı istifadə
olunur. Həmçinin 5 q xırdalanmış tərxunu
1 fincan qaynanmış suda 10 dəq ərzində
dəmləyərək bel ağrıları zamanı
məsrəf edirlər. Moruq yel xəstəliyinə
tutulan adamlar üçün xeyirlidir. Xronik yel xəstəliyi,
oynaq ağrısı olan şəxslərin alma
yeməyi məsləhətdir. Bu xəstəliyə
qarşı görülən tədbirlərdən
biri də 21 gün ərzində, hər gün
1 stəkan dəmlənmiş kərəviz suyu
içməkdir. Bununla yanaşı kərəvizi
döyüb düyü ununa qatır və təpitmə
düzəldib ağrıyan yerlərə sürtürlər.
Müalicənin daha tə”sirli olması üçün
bir neçə gün ərzində kərəviz
salatı yemək lazımdır. Bundan ötrü
kərəvizə bir qədər soğan, limon
suyu və zeytun yağı qatırlar.
Yel xəstəliyinə düçar olan şəhslər
mərəçüyüd və ispanaq işlətməkdən
çəkinməlidirlər.
Armud öz tərkibinə və xassəsinə
görə, yel və oynaq ağrıları üçün
ən münasib meyvələrdən biridir. Bu
zaman sulu və tam yetişmiş armud işlətmək
lazımdır. Həmçinin yarım ovuc quru
cə”fərini 0.5L suda qaynadıb istifadə edir,
30-60q yemlik kökünü 0.5L suda qaynadır,
səhərlər işlədirlər. Yel xəstəliyi
olanların üzüm işlətməyi, onun
şirəsindən istifadə etməyi daha məqsədəuyğundur.
Yeməkarası gündə 3 dəfə, hər
dəfə 1 kiçik fincan şirə içmək
faydalıdır. Quşüzümü sidikqovucu
olmaqla yanaşı, revmatizmi olanlar üçün
də faydalı hesab edilir. Bu baxımdan yemiş
də istifadə edilə bilər.
Oynaq ağrıları zamanı şalğamı
bişirib xırda-xırda doğrayıb, xəmir
halına salır və təpitmə kimi ağrıyan
yerlərə qoyurlar. Kələm yarpağını
təpitmə kimi qoymaq ağrıları sakitləşdirir.
Bunun üçün yarpağı əvvəlcə
bir qədər əzişdirir, sonra od üzərində
azacıq bişirib, gündə 2 – 3 dəfə
ağrıyan yerə qoyur və üstünü
yun parça ilə bağlayırlar.