əsasə
   
  xalq tabəbəti
   
  türkəçarələr
   
  dərman bitkiləri
   
  müalicə tədbirləri
Bayramlar
Matəm günlər
Adət və ənənələr
Xalq sənətkarlığı
Milli geyim
Xalq tabəbəti
Cari
     
   

Sidik kisəsi

Müalicə tədbirlərinin siyahısı

Yemiş və qarpız sidikqovucu xassəyə malik olmaqla yanaşı, sidik kisəsi üçün faydalı hesab edilir. Şirinbiyanın kökü sidik kisəsi xəstəliyi zamanı tə”sirli vasitələrdən biridir. Xırda doğranmış 50q şirinbiyanı 1L suda 5 dəq qaynadır, yarım gün saxladıqdan sonra süzüb işlədirlər.
Sidik kisəsi ağrıyan zaman təpəni qaynar suda bir qədər saxlayır, sonra onu nahiyəyə təpitmə kimi qoyurlar. Çiy soğan həm sidikqovucudur, həm də iltihab zamanı faydalı hesab olunur. Bu baxımdan qara turp və bişirilmiş çuğundurdan da istifadə etmək olar.
Suda bişirilmiş almanı, şirinbiyanın dəmlənmişi ilə qatıb işlətmək sidikqovucu xassəyə malik olmaqla, həm də sidik kisəsi daşına qarşı faydalı dərman hesab edilir. Həmçinin 25q yabanı kasnı yarpağını 1L suda dəmləyir və daşa qarşı işlədirlər. Səhərlər acqarına yerkökü şirəsi içmək də bu baxımdan faydalıdır. Sidik kisəsində daşlaşma gedərsə sadə müalicə üsullarından biri üzüm rejiminə keçməkdir. Bir müddət hər gün yemək arası fasilələrdə hər dəfə 1 fincan üzüm şirəsi içmək məsləhət gürülür.
Yazda dəfnə ağacının yarpaqlarını və budaqlarını kəsərkən, çıxan rəngsiz və tamsız mayedən hər gün, acqarına 1 qaşıq içmək də sidik kisəsi daşına qarşı yaxşı vasitədir. Sidik kisəsi xəstə olanlar ispanaq və turşəng yeməkdə ehtiyatlı olmalı, duzu az işlətməlidirlər. Ağrı zamanı bağayarpağının özünü və kökünü dəmləyərək şərbətlə işlətmək müsbət nəticə verir. Gicitkən toxumunu şirinbiyan kökü ilə birgə qaynadıb suyunu içmək ağrıları sakitləşdirir. Kəklikotu və razyana suyu da bu baxımdan münasibdir.
Dəmirtikanın qaynanmış suyu ağrıları sakitləşdirir. Bu zaman onu şəkərlə içmək də faydalıdır. Soyuqdan olan ağrı üçün turunc yağı surtmək yaxşı tə”sir göstərir.
Nargil yağı (buna hindqozu da deyirlər) içmək və ya sürtmək, nərgiz yağı sürtmək ağrını yatırır. Şüyüdü sarımsaq, sədəfotu və heyva ilə döyüb yumşaldır, üzüm çiçəyinin yağı ilə qatıb təpitmə qoyurlar. Həmçinin pərpərən və arpa unundan təpitmə qoymaq münasibdir.
Sidik kisəsinin yarası və sidik kanalının gicişməsi. Zanbaq yağı və ya uzunqulaq südündə 0.2q mumiyanı əridib yemək yaranı sağaldır. Gəvən kitrəsi də bu baxımdan münasibdir. Mərəçüyüdün qaynanmış suyunu şəkər ilə içmək faydalıdır, buna bir qədər yemiş tumu əlavə etmək tə”siri daha da artırır. Gülxətmi, kərəviz toxumu, ağ xaşxaş, kəhraba, zə”fəran, çiyid içi, pərpərən və turşəng toxumu, badam içi, gavalı, qovrulmuş fındıq, kətan və xiyar toxumunu turp suyu ilə içmək yara üçün münasibdir. Şam qozasının içi, kətan və xiyar toxumu sudik kisəsi gicişməsinə qarşı münasibdir. Bu zaman qarpız da faydalıdır. Gicişmə zamanı toyuq əti, arpa sıyığı, badam yağı yemək, inək, keçi, uzunqulaq və at südü içmək məsləhətdir. Sızıltı və gicişməni sağaltmaq üçün kahı yemək, qasığa şirin badam yağı sürtmək, təzə keşniş suyu və ispanaq yemək tövsiyə edilir. Sızıltı temperaturla olarsa pərpərən toxumunun şirəsi, xiyar tumunun içi, şəkər qamışı münasibdir. Bal şərbəti və gülab sidik kisəsini təmizləyir. Xəstəni kükürd suyunda oturdub çimdirmək yaxşı tə”sir göstərir.
Sidikqovucu vasitələr. Bal sidikqovucu xassəyə malikdir. Kəklikotu, kərəviz və ilanotunun qaynanmış suyu, gicitkən toxumunun dəmləməsi də sidikqovucu tə”sir göstərir. Boymadərənin qaynanmış suyunda yarımisti halda oturmaq, ispanaq, yarpız və zirə yemək sidik ifrazını artırır. Andız kökünün və bənövşənin, gülxətmi kökünün dəmləməsini içmək, heyva, nar, qarpız, tut, yerkökü, yemiş, əməköməci yemək də sidiyin ifraz olunmasına kömək edir.
Üzərlik toxumu, şüyüd və çobanyastığı dəmləməsi, əncir, dəmirtikan və xiyar suyu içmək sidik tutulmasını zamanı yaxşı nəticə verir. Üzüm doşabı, arpa suyu, şalğam və şəkər qamışı suyu, bulaqotu və yonca suyu da yaxşı tə”sir göstərir.
Dovşan əti yemək və badam yağı içmək, cirə və saqqızağacı meyvəsini dəmləyib içmək də bu baxımdan faydalıdır.

 
Copyright © 2003-2007 Nigar Babazade. All rights reserved.