Böyrək
və sidik yolları
Müalicə
tədbirlərinin siyahısı
Böyrək bədənin
mühüm orqanlarından biridir. Böyrəyin
zəifləməsi orqanizmin zəifləməsinə
və başqa orqanların fəaliyyətinin pisləşməsinə
gətirib çıxarır. Ta qədimdən,
təbiblər onun sağlamlığının
qorunması haqqında düşümüşlər.
Ilk növbədə profilaktik tədbir kimi böyrənin
xəstələnməsinin və ya zəiflləməsinin
qarşısını almaq məsləhət
görülür. Bunun üçün bədən
müntəzəm olaraq, lazımi miqdarda maye qəbul
etməlidir. Maye işlətmək böyrəyin
funksiyasını tənzimləyir. Əsəbi
narahatlıq, həyəcanlanmaq, qorxu, təşviş
və nigarançılıq qan təzyiqini pozur,
bu da böyrəklərin fəaliyyətinə
mənfi tə”sir göstərir. Böyrək
daşına səbəb olan amillərdən biri
xronik boğaz ağrısıdır. Böyrək
narahatlığı hiss edənlər çox yağlı
yeməklərdən, duz, yumurta, ədviyyə
və sirkə işlətməkdən çəkinməlidirlər.
Gavalı böyrəyin işini asanlaşdırır,
xurma böyrək yollarını təmizləyir.
Qara turp yemək böyrəkdə olan zərərli
maddələri və zəhərləri dəf
edir.
Böyrək sancması zamanı almanı doğrayıb
0.5L qaynar suya tökür və 2 saat dəmləyirlər.
Sonra ona bir qədər şəkər qatıb
gündə bundan bir neçə dəfə istifadə
edirlər. Böyrək ağrısı olanlar
1 həftə limon rejiminə keçməli, hər
gün səhər-səhər hamamlandıqdan
sonra limonun şirəsini azacıq su qatmaqla içməlidirlər.
Ikinci gün 2, üçüncü gün 3 və
bu minval ilə yeddinci gün 7 kiçik limonun şirəsini
işlədirlər. Ikinci həftə isə hər
gün 1 limon azaltmaqla həmin prosesi davam etdirirlər.
Böyrəyi xəstə olanlar, adətən
çoxlu mə”dən suları, üzüm və
qarpız işlədirlər.
Böyrək iltihabı və yarası.
Yemiş tumunun şirəsini şəkər və
ya nilufər şərabı ilə içmək
sidiyi qovur, istiliyi yatırır, ağrını
sakitləşdirir və yara üçün münasibdir.
Xiyar tumunun şirəsi də belə tə”sir
göstərməklə yanaşı, böyrək
quruluğunu aradan qaldırır.
Gül yağı içmək və ya sürtmək
iltihabı sağaltmaqla yanaşı, yara üçün
faydalı hesab edilir. Iltihab və temperatur zamanı
ayran, balqabaq suyu, xiyar və qarpız suyu, iskəncəbi,
limon şərbəti, alma və heyva şərabı,
nar suyu içmək və kətan paltar geymək
münasibdir. Bunlar sidiyi qovur, böyrəyi təmizləyir,
hərarəti aşağı salır və sidik
yollarını açır. Həmçinin mərcimək
aşı, abqora ilə arpa sıyığı
yemək məsləhətdir. Iltihab qan ilə
müşahidə olunarsa, nar suyu, pərpərən
şirəsi və xiyar suyunu bənövşə
şərabı, nilufər şərabı və
yaxud gavalı şərabı ilə içmək
münasibdir. Bu halda arpa unu, sirkə, təzə
keşniş suyu və bağayarpağının
ifraz etdiyi qatı mayedən ibarət qoymaq faydalıdır.
Təpitmənin tə”sirini gücləndirmək
üçün ona yumurta ağı, gül yağı,
pərpərən suyu, qırxbuğum, bənövşə,
neylufər, səndəl, balqabaq, xiyar və quşüzümü
suyu əlavə etmək lazımdır.
Böyrək ağrıları. Turp
yemək ağrıları azaldır. Tənək
çubuğunu qaynadıb suyunu ilıq halda içmək
böyrək və sidik kisəsi ağrılarını
sakitləşdirir. Qəliz yeldən olan böyrək
və sidik kisəsi ağrısına qarşı
şüyüd toxumu işlətmək, yel və
maddə ilə müşahidə olunan böyrək
ağrısı zamanı şaftalı tumunun
yağını içmək faydalıdır.
Temperaturla müşayiət olan böyrək və
sidik kisəsi sancmasına qarşı pərpərən
şirəsi içmək münasibdir. Şirin
badam yağı yemək böyrək ağrısını
kəsir, soyuqdan olan böyrək ağrısı
üçün turunc yağı yemək və
ya sürtmək yaxşı tə”sir göstərir.
Böyrəyin böyüməsi və şişi
zamanı, əməköməci yarpağını
gül yağında qaynadıb böyrək və
sidik kisəsi nahiyəsinə qoymaq, çəpiş,
qırqovul, kəklik, turac və ya fərə
əti yemək lazımdır.
Böyrək daşı. Bu zaman mə”də yumşaldıcı
şeylər yemək, hamama getmək müalicəni
səmərələşdirir. Kətan üstündə
yatmaq hərarəti aşağı salır, dəri
üstündə yatmaq isə onu qaldırır.
Yarpız, şüyüd, razyana, xiyar, mərəçüyüd,
zirə böyrək daşının narçalanmasına
kömək edir. Əməköməci yarpağını
qaynadıb bal və inək yağı ilə
yemək daşı öz yerindən tərpədir.
Daş qırıntıları çıxandan
sonra çobanyastığı, xəşəmbül
və gülxətmini qaynadıb onların suyunda
çimmək, beli və böyrək nahiyəsini
şüyüd yağı ilə yağlamaq tövsiyə
edilir.
Göy lobya qabığının suyundan ilıq
halda ac qarına 1 fincan içmək, böyrək
daşı və sidik tutulması hallarında
məsləhət görülür. Böyrək
daşının müalicəsi üçün
şalğam toxumunu döyüb, dəmləyərək
işlədirlər. Həmçinin bu zaman zirinc
ağacının kökündən 20–25q götürüb,
0.5L soyuq suda 10 – 15 dəq isladıb, sonra odda qaynadırlar.
Daha sonra süzüb, şirin olmaq üçün
ona azca şəkər qatır, hər yemək
vaxtı 1 fincan içirlər.
Adi müalicə tədbirlərindən biri də
hər gün xörəkdən xeyli əvvəl
1 fincan üzüm şirəsi içməkdir.
Səhərlər acqarına yerkökü şirəsi
içmək sidikqovucu tə”sirə malikdir və
böyrək daşının müalicəsi
üçün faydalıdır. Belə xəstəliyi
olan adamların zeytun yağı, pərpərən,
kərəviz, yemiş yemək məsləhətdir,
ispanaq isə zərərdir. Böyrək daşının
əriməsi üçün göyrüş
(vən) ağacının qurudulmuş çiçəyindən
1L suda 25–30q dəmləyib içirlər. Bu həm
də sidikqovucudur. Böyrəklərdə qum
və ya daş olarsa çoxlu portağal şirəsi
işlətmək masləhətdir.
Sidik yollarındakı narahatlıqlar.
Narahatlıq olduqda 30–60q quru innabı 1L suda yarım
saatı qədər qaynadıb istifadə edirlər.
Sidik ifarazı yanğı hiss olunarsa bunun üçün
1 çay qaşığı qədər quru neylufər
çiçəyini 1 fincan qaynanmış suda dəmləyərək,
gündə 2–3 dəfə qəbul edirlər.
Balqabaq tumunu süddə və ya suda bişirir
və ağrı zamanı işlədirlər.
Sidik yollarının iltihabı zamanı badam şərbətindən
istifadə olunur. Bunun üçün 50q şirin
badamı yarımisti suda isladıb qabığını
çıxarır, həvəngdə bir qədər
soyuq su qatmaqla döyüb, yumşaldaraq bir növ
xəmir halına gətirir, sonra 50q bal əlavə
edib yaxşıca qarışdırır və
məhlulu süzüb təmizləyirlər. Sidik
tutulması zamanı vəzəri suyunu badam və
ya zeytun yağı ilə qatıb işlədirlər.
Bu zaman sidikqovucu olan təzə razyana kökünü
də (1L suda 50q) qaynadıb istifadə edirlər.
Bu baxımdan qarğıdalı saçaqlarından
istifadə etmək də faydalı sayılır.
5–10 q saçağın suyunu çıxarır,
100q bal şətbətinə qatıb gündə
30–80q içirlər.
Sulu armud, cavan şalğam yarpaqları, kahı,
çuğundur, razyana, yabanı kasnı, tərxun,
quşüzümü, şaftalı sidikqovucu
xassəyə malikdir və sidik yollarını
təmizləyir. Keşniş toxumu da bu baxımdan
faydalı hesab edilir. 1 çay qaşığı
toxumu 1 fincan qaynar suda dəmləyib yeməkdən
sonra istifadə edirlər. Tərxunu da bu qayda ilə
dəmləyib içmək olar.
Sidik tutulması. Bu zaman gülxətmi
kökünün, dəmirtikanın qaynanmış
suyu faydalıdır. Həmçinin sədəfotunu
zeytunda qaynadıb parçanı isladaraq isti halda,
sidik kisəsi nahiyəsinə qoymaq münasibdir.
Qaynanmış pərpərən suyunu qasığa
sürtmək, parçanı isladıb qasıq
üzərinə qoymaq da bu baxımdan yaxşıdır.