Boğaz
Müalicə
tədbirlərinin siyahısı
Qartlağın iltihabı
zamanı qara gavalının yarpağı qaynadılıb
süzgəçdən keçirilir və boğaz
qarqara edilir. Bu əməliyyat iltihabı aradan
qaldırır, nəfəs borusunun əzələlərini
möhkəmləndirir. Əzvayı da isti suda
həll edib qarqara etdikdə iltihabın qarşısı
alınır.
Dilarxası hissənin iltihabı zamanı xardalı
narın döyüb şərbət ilə qatır,
qarqara edilər. Sadə vasitələrdən biri
də ilıq sudur. O nəfəs borusu və sinə
üçün faydalıdır. Boğazın
iltihabı artarsa, üzünün kəfi alınmış
baldan isti suda şərbət hazırlanır
bə boğaz qarqara edilir. Bişirilmiş ilıq
süd də yaxşı tə”sir göstərir.
Təzə sağılmış inək südü
daha xeyirlidir. Ağrılı iltihaba qarşı
çövüz qabığının suyunu çıxarıb
şəkər ilə qatır və boğazı
qarqara edirlər. Nar da faydalıdır. Böğazı
qarqara etmək üçün 1 ədəd şirin,
1 ədəd turş narı qabığı halda
qaynadıb tumunu təmizlədikdən sonra şirəsini
istifadə edirlər.
Böğaz ağrısına qarşı tə”sirli
vasitələrdən biri əzgil yarpağının
qaynanmış suyu ilə gündə 3 dəfə
qarqara etməkdir. Boğaz ağrısı, boğaz
gəlməsi (angina), səs tutulması, nəfəs
borusunun iltihabı zamanı lavanda çiçəyinin
dəmləməsi də faydalı dərnmanlardan
biridir. Bu zaman 50q çiçəyi 1L qaynanmış
suda dəmləyib süzür, bir qədər
bal qatıb yemək arası 1 fincana qədər
işlədirlər. Qabıqsız arpanı suda
qaynadıb suyu atır, sonra onun üzərində
ikinci dəfə su töküb yenidən qaynadır,
parçadan süzüb gündə 3-4 dəfə
boğazı qarqara edirlər. Soyuqdəymədən
boğazda iltihab olarsa şalğam şərbətindən
istifadə edirlər. Şalğamın içini
oyub oraya şəkər tökdükdə, bir
müddətdən sonra həmin yerə su yığılır.
Yığılan suyu qaşıqla içmək
məsləhətdir. Şalğam mürəbbəsi
də boğaz ağrıları üçün
xeyirlidir.
Boğaz ağrıları və iltihab zamanı
işlənən yaxşı vasitələrdən
biri də dağ yarpızının məhlulu
ilə qarqara etməkdir. Bunun üçün quru
yarpızı qaynanmış suda dəmləyib
süzür, soyumamış halda boğazı
qarqara edirlər. Gülxətmi infeksiyalı ağrılar
zamanı faydalı, nəfəs yolları üçün
xeyirlidir. Onunla qarqara etmək müsbət tə”sir
göstərir. Boğaz ağrıları, boğazın
gəkməsi zamanı başqa təbii vasitələrdən
istifadə etmək olar. Təngnəfəslik vaxtı
istifadə edilən zirinc şərbəti, burada
da faydalı hesab edilir. Onun hazırlanma üsulu
mə”lumdur, saxlanma müddəti də çoxdur.
Həmin şərbəti qaşıqla içmək
və ya bir qədər su qataraq işlətmək
olar. 50q reyhan çiçəyini, yarpaq və qol-qanadını
1l qaynanmış suda dəmləyib süzür,
sonra bal və ya şəkərlə qatıb
gündə bir neçə dəfə qarqara edirlər.
Quru ənciri süddə bişirib boğaz ağrısı
və boğaz şişi zamanı işlətmək
faydalıdır. Bu baxımdan şahtut şərbəti
də xeyirlidir. Onun şirəsini çıxarır,
2 özü qədər şəkərlə
qatıb mülayim odda qatı şərbət
əmələ gələnə qədər qarışdirırlar.
Sonra şərbəti süzür, arpa suyu ilə
qatıb boğazı qarqara edirlər. Qara turp
da anginaya qarşı faydalıdır. Boğaz
ağrısı və angina zamanı limon suyunu
ilıq su ilə qatışdırıb, gündə
bir neçə dəfə boğazı qarqara etmək
lazımdır.
Səs batarkən şəkəri suda həll
edib şərbətini içirlər, bənövşə
yağını ilıq halda ağızda saxlayıb
damcı-damcı udmaq səsi açır. Səs
açılması üçün ördək
əti çox xeyirli, əncir mürəbbəsi
faydalıdır.
ən yaxşı vasitələrdən biri də
aşağıdakı əməliyyatdır: yağlı
toyuq ətindən hazırlanmış bir qab şorbanı
yeyir, üstündən az keçəndən sonra
şəkər qatılmış ilıq süd
içir, bunun ardınca yarıbişmiş yumurta
sarısı yeyirlər. Bunlardan sonra yüngülcə
hamamlanmaq, çimən zamanı bədənə
və başa çoxlu ilıq su axıtmaq lazımdır.
Öskürək zamanı ispanaq yemək, xüsusilə
onu kərə yağı ilə işlətmək
quru öskürək və boğaz üçün
faydalıdır. Üzüm sirkəsi xronik və
temperaturlu öskürəyə qarşı yaxşıdır.
Xaşxaşı suya töküb qatılaşana
qədər qaynadır, alınan məhluldan səhər-axşam
qaşıqla içirlər. Quluncan da öskürək
üçün xeyirlidir. əməköməci
öskürəyi sakitləşdirir. Banan yemək
quru öskürəyi kəsməklə yanaşı
sinəni yumşaldır.
Saqqızağacı və zanbaq yağının
qatışığı ilə özünü
asqırtmaq bəlğəmli öskürəyə
qarşı çox faydalı dərmandır. Balqabaq
qabığı temperaturlu öskürəyi kəsir.
Quru öskürək zamanı sədəfotunu
quru şüyüdə qataraq suda qaynadıb içirlər.
Yemiş tumunun içini çıxarıb narın
halda döyəndən sonra, ilıq suya qatıb
iltihablı öskürək zamanı işlədirlər.
Püstə yağı öskürək və
sinə ağrısı üçün çox
yaxşıdır. Bişirilmiş nişastanı
badam yağı ilə işlətmək boğazı
yumşaldır, sinə və öskürəyi
sakitləşdirir.