Dalaq
Müalicə
tədbirlərinin siyahısı
Dalaq sancması zamanı
balqabaq yarpağının və məcnun söyüdün
yarpağının suyunu iskəncəbi ilə
içmək, acı badam yemək münasibdir.
Balqabağın 2–4q quru qabığını
10q sirkə ilə içmək, qızdırma
ilə müşayiət olunan dalaq böyüməsinə
qarşı faydalıdır. Yulğun çöpünü
sirkədə qaynadıb, dalaq nahiyəsinə
təpitmə qoydiqda yaxşı tə”sir göstərir.
Turp toxumunu yumşaq döyüb sirkəyə
qataraq təpitmə qoymaq, sədəfotunu yemək
və təpitmə kimi işlətmək də
müsbət nəticə verir. Vəzərini
üzüm sirkəsində qaynadıb gün altında
qurutduqdan sonra buğda ununa qatıb çörək
bişirir və qurudub döyür, hər gün
ondan bir qədər götürüb təpitmə
qoyurlar.
Meyvə çubuğunun külündən gül
yağı və sirkə ilə təpitmə
qoymaq, qızdırma ilə müşayiət
olunan dalaq böyüməsinə qarşı
xeyirlidir. Quzuqulağının kökünü,
turp qabığını yaxud acı paxlanı
və yarpızı sirkədə qaynadıb, döyərək
dalaq nahiyəsinə təpitmə qoymaq, xardılı
əncirlə döyüb təpitmə qoymaq dalaq
şişinin çəkilməsinə kömək
edir. Dəmir yanığından təpitmə
qoymaq da çox xeyirlidir.
Dalaq şişi sidiklə əlaqədar olarsa
və sidiyini rəngi dəyişərsə, məcnun
söyüdün yarpağını kölgədə
qurudub döyür, bundan 5q qədər səhərlər
şəkərlə içirlər.