Öd
kisəsi
Müalicə
tədbirlərinin siyahısı
Öd kisəsinin
xəstələnməsi və ya şişi həzm
prosesinin pozulması, köp yaranması, ürək
bulanma və qızdırma ilə nəticələnir.
Xəstəlik zamanı ilk növbədə istirahət
etmək, sadə və sulu xörəklər işlətmək
lazımdır. Bu zaman innab və qaynanmış
arpa suyu yaxşı tə”sir göstərir. Kasnı
şirəsi, kahı, cücə və təzə
pərpərən işlətmək faydalıdır.
Duzlu və yağlı xörəklərdən,
yumurta yeməkdən pəhriz saxlamaq lazımdır.
Öd kisəsi xəstəliyi və öd yolunun
tutulması zamanı, qida rejiminin pozulması böyük
narahatlıq doğurur. Qeyd etmək lazımdır
ki, sinir sistemində olan pozğunluq, çox fikirləşmək,
qüssələnmək, daxili iztirablar, uğursuzluq
və ümidsizlikdən doğan ruh düşgünlüyü,
qorxu və başqa duyğular da öd kisəsinin
funksiyasının pozulmasına öz tə”sirini
göstərir.
Xəstəliyin müalicəsi üçün
üzüm rejimi saxlamaq, turş üzüm işlətmək
lazımdır. Turş üzüm olmasa şirin
üzüm şirəsini çəkib, ona bir qədər
su qatmaqla şirinliyini azaldıb, istifadə etmək
olar. Bir müddət hər gün turş üzüm,
sonra isə bir gün üzüm şirəsi,
o birisi gün limon şirəsi işlətmək
lazımdır.
Öd çoxluğu zamanı xiyar yemək məsləhət
görülür. Öd kisəsində qum olarsa,
qarğıdalı saçaqlarının dəmləməsindən
istifadə edilir. Öf ifrazına kömək
edən kasnı kökünün dəmləməsindən
(50q kökü 1L suda dəmləmək lazımdır)
1 fincan səhərlər acqarına, 1 fincan isə
gecə yatmazdan qabaq işlətmək məsləhət
görülür.
Öd yolunun tutulmasının qarşısını
almaq üçün yeməkdən sonra yersarmaşıqının
dəmləməsindən 1 fincan içmək məsləhətdir.
Öd yolunun tutulması və öd kisəsində
daşlaşma zamanı, 25q yabanı kasnı yarpağının
1L suda dəmləməsindən istifadə edir,
yaxud 20–25q zirinc kökünün azca qaynadıb
süzür və bir qədər şirinləşdirərək
işlədirlər. Öd kissəsini fəaliyyətini
tənzimləmək və gücləndirmək
məqsədilə, səhərlər 1 qaşıq
zeytun yağı içmək məsləhətdir.
Bu, bağırsaqların fəaliyyətinə
də yaxşı tə”sir göstərir. Həzmin
tənzimlənməsi üçün abqora, zirinc
şirəsi və albalı işlətmək
lazımdır. Öd kisəsi xəstə olanlar
duru xörəklər yeməklə, xörəklədə
göyərtilər, dənli bitkilər, o cümlədən
arpa, kasnı işlətməlidirlər. Arpanın
qaynanmış suyu çox faydalı sayılır.
Cücə və dana ətindən istifadə
etmək məsləhət görülür.
Öd kisəsinin şişməsi zamanı çətin
həzm olunan və köp törədən qidalardan,
tünd və ağır yeməklərdən
pəhriz saxlanmalıdır. Bu zaman portağal
və ya onun şirəsini, şahtut, zirə işlətmək
tə”sirli vasitələrdən hesab edilir.
Hələ keçmişdən həm ədviyyə,
həm xörəkləri rəngləmək,
həm də orqanizmin sağlamlığını
tə”min edən qida maddəsi kimi, sarıkökdən
istifadə edirlər. Sarıkök bağırsaqları
möhkəmlədir, həzmə kömək
edir, öd kisəsi üçün faydalıdır;
öd kisəsində daşlaşmaya qarşı
münasib tədbirdir. Öd kisəsində daş
olanlar həmçinin alma yeməlidirlər.