Qara
ciyər
Müalicə
tədbirlərinin siyahısı
Qara ciyər bədənin
sağlamlığını qoruyan əsas orqanlardan
biridir. Qidanın mənimsənilməsi və
qan dövranın tənzimlənməsində
qara ciyərin funksiyanı böyükdür. Qida
rejiminin pozulması, həzmin çətinləşməsi
qara ciyərin işini ağırlaşdırır.
Öd kisəsi və öd yolunun iltihabı qara
ciyərin xəstələnməsinə səbəb
olur.
Təcrübədə sınanmışdır
ki, qara ciyəri xəstə olanlar üçün
yağlı ət, yumurta, pendir, ağır yeməklər
zərərdir. Onlar daha çox meyvə-tərəvəz
işlətməlidirlər.
Xörəkdə sarıkök işlətmək
qara ciyər xəstələri üçün
faydalıdır. Limon şirəsi qara ciyərin
fəaliyyətini tənzimləyir, öd kisəsinin
işini asanlaşdırır. Qara ciyər böhranlarını
sakitləşdirmək üçün 5–10q quru
rəvənd kökünü qaynanmış suda
dəmləyib, yeməkdən qabaq 1 fincan içirlər.
Yaxşı vasitələrdən biri də 25q
yabanı kasnı yarpağını 1L suda dəmləyib
işlətməkdir. Səhərlər acqarına
1 fincan yerkökü şirəsi içmək,
qara ciyərə müsbət tə”sir göstərir.
Bu orqanın fəaliyyəti zəifləyərsə,
günorta və axşam yeməyindən qabaq 10–12
ədəd qara albuxaranı əvvəlcə suda
isladır, sonu onu 2–3 saat qaynadıb, 3 dəfə
suyunu isti su ilə dəyişir, bu şirəni
soyumuş halda içirlər.
Qara ciyər narahatlığı olanlar üçün
çiyələk və xurma da yaxşı və
münasib sayılır. Zirincin kökünün
qabağından 20–25q götürüb bir müddət
suda isladır, sonra yaqnadıb süzür və
şəkərlə şirinləşdirirlər.
Xörəkdən sonra bu şiridən 1 kiçik
fincan içmək qara ciyərin fəaliyyətini
yaxşılaşdırır, ödün yaxşı
ifraz olunmasına kömək edir. Xəstələr
zeytun yağından da istifadə edə bilərlər.
Onu səhərlər acqarına işlətmək
daha faydalıdır. Alma, qara ciyər narahatlığı
olanlar üçün çox faydalı qidadır.
O bütün bədən üzvləri üçün
xeyirli olmaqla yanaşı, qara ciyəri qüvvətləndirir.
Qara ciyərin kəskin sancması zamanı yovşanı
azca döyüb, ərinmiş mum və xına
yağı ilə qatıb, ciyər və çanaq
sümüyü nahiyəsinə təpitmə
qoyurlar. Qara ciyərdə zəif sancma zamanı
şibyə yemək münasibdir. Iskəncəbi
ilə 4.8q hili döyüb içmək, soyuqdəymədən
olan ağrını sakitləşdirir. Onunla 2.4q
acı paxlanı yemək ciyər və dalaq yarası
ücün münasibdir. Ciyər ağrısı
temperaturla olarsa, xiyar, balqabaq, kasnı və quşüzümü
suyunu qatıb iskəncəbi ilə içirlər.
Bu baxımdan tə”sirli təpitmə səndəl,
kafur və qızılgül yağı tərkibindən
ibarətdir.
Ciyər şişində və böyüyəndə
qurudulmuş qızılgülü qaynadıb
döyür və təpitmə qoyur, təzə
südü gənəgərcək yağı
və ya acı badam yağı ilə qatıb
içirlər. Çobanyastığının
qaynadılmış şərbətini içmək
şiş üçün münasibdir. Kasnı
suyu içmək də ciyər şişməsinə
qarşı çox yaxşıdır.
Həmçinin yemiş tumunu döyüb şirəsini
çıxarır, sünbül və saqqızağacı
ilə qatıb məlhəm qoyurlar. Ciyər şişməsinin
başlanğıcında heyvanı sirkə və
su ilə qaynadıb döyərək təpitmə
düzəldir, ona səndəl və gül yağı
qatırlar. Şişmənin sonrakı dövründə
zirinc həbi işlədirlər. Bunun tərkibi
belədir: hər birindən 7.2q olmaqla xiyar tumunun
içi, balqabaq, pərpərən, kasnı toxumu,
4.8q razyana toxumu, 24q zirinc meyvəsi, 12q tabaşir
və 12q qızılgülü döyüb 7.2q
iskəncəbi şərbəti ilə qatışdırırlar.
Şişmə və iltihab öd və sidik kisəsinə
sirayət edərsə və istilik olarsa turş
nar şirəsi, qurut, pərpərən toxumunun
şirəsini iskəncəbi ilə içmək
münasibdir. Şişmə irinləşərsə
və böyüyərsə çobanyastığı,
xəşəmbül, süsən kökü,
gülxətmi kökü, yarpız, quru əncir,
tumsuz kişmiş, qızardılmış soğan,
saflor toxumunun yağı, yapışqan, arpa unu,
təbii boraks və saqqızın qarışdırılmasından
ibarət təpitmə işlənir.
Xörəkdə zə”fəran işlətmək
ciyəri təmizləyir və damarları açır.
Gənəgərçəyi qabıqdan çıxarıb
10–20 ədəd yemək, damarları gərəksiz
maddələrdən təmizləyir. Söyüd
şirəsi içmək ciyər yollarını
açır. Mərəcüyüd toxumu və
kökünün qaynanmış suyunu içmək
çiyər v böyrək yollarının açılmasına
kömək edir.
Cövüz, zirinc, darçın, qora, qərənfil,
çuğundur, rəvənd, heyva mürəbbəsi
və kişmiş yemək qara ciyəri möhkəmləndirir.
banan yemək bə ondan təpitmə düzəldib
qara ciyər nahiyəsinə qoymaq, ciyər zəifliyi
zamanı çox faydalıdır. Bu zaman malın
topuq sümüyünü yandırıb yumşaq
halda döyür və 3 misqal miqdarında götürüb,
iskəncəbi ilə yeyirlər. Yeməkdən
əvvəl və sonra fıstıq yemək də
yaxşı tə”sir göstərir. Fıstığı
şəkər, yaxud kişmişlə yemək
daha faydalıdır.
Başqa bədən üzvləri zəiflədikdə
və xəstələndikdə, onların yerinə
yetirə bilmədiyi funksiyaların ağırlığı
qara ciyərin üzərinə düşür.
Bədən zəifləyir, susuzluq yaranır,
ağız quruyur, adamın rəngi saralır,
ürək döyünməyə başlayır.
Belə halda soyuq şərbətlər, ayran,
iskəncəbi, xiyar, balqabaq və quşüzümü
suyu, qora, turunc və limon şərbəti içmək
çox faydalıdır. Bağayarpağı ilə
şəkər qarışığı, turş
nar şirəsi, heyva, alma və armud şərbətləri
də bu baxımdan yaxşı dərman sayılır.
Ciyər zəifliyi istilikdə olarsa, pərpərən
suyu və soyuq su ilə tabaşir qatışığı
içmək məqsədəuyğundur.
Xəstəlik ürəkbulanması ilə olarsa,
bişmiş hil ilə qara gavalı, quşüzümü
və sarmaşıq suyu işlətmək məsləhət
görülür. Tə”sirli vasitələrdən
biri də kafur, səndəl və gülabdan düzəldilmiş
təpitmə qoymaqdır. Pərpərəni azca
döyüb, gül yağı ilə çiyər
nahiyəsinə sürtmək yaxşı tə”sir
göstərir. Gərəkli təpitmələrdən
biri də döyülmüş quru gülhətmi,
xiyar və balqabaq suyu və gül yağı
qarışığı, sınanmış təpitmələrdən
biri isə bağayarpağı, gülab və
gül yağı tərkibində ibarətdir.
Xəstəliyin orta çağlarında səndəl
(12q), quru bənövşə və ağ gülxətmi
(hər birindən 7.2q), kafur və zə”fəran
(hər birindən 0.8q), qızılgül yarpağını
(24q) döyür, mum və gül yağı ilə
qatıb təpitmə kimi işlədirlər.
Hərarət davam edərsə, çuğundur
yarpağını və təzə keşnişi
sirkədə bişirib və ya quru keşnişi
döyüb gül yağı qataraq yeyirlər.
Hərarət olmazsa, turac, çəpiş və
dana əti yemək, abqora və zirinc suyu içmək
olduqca məqsədəuyğundur. Nar, turşməzə
alma, heyva, armud, çox da şirin olmayan ağ üzüm,
albalı, qara tut kimi meyvələr yemək bu
baxımdan çox faydalıdır.
Sarılıq. Pəhriz məqsədi
ilə sərçə əti və yumurtası
yemək və ya mərəçüyüdün
qaynanmış suyunu içmək faydalıdır.
Quzuqulağı kökünün şərabda
qaynadılmış qabığı da sarılıq
zamanı işllədilir. Bu zaman 24 q-dək turp
yarpağının suyunu içmək yaxşı
tə”sir göstərir.
Sarılıq keçirən zaman süd, badam yağı,
turş və şirin nar suyu, bağayarpağı
və turş alma suyu içmək məsləhət
görülür. Xəstəlik istiliklə müşayiət
edilərsə və öd kisəsi ilə basğlı
olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi,
xiyar şirəsi və kasnı toxumunun şirəsini
iskəncəbi ilə içmək münasibdir.
Çəpiş əti, cücə əti, abqora,
xiyar tumu, kahı yarpağı, kasnı yarpağı
sirkə ilə məsləhət görülən
yeməklərdəndir. Ayrılıqda arpa şirəsi,
razyana, kərəviz kökünün qabığı,
iskəncəbi, ispanaq, turş alma və turş
nar yemək müsbət tə”sir göstərir.
Xəstəlik istilikdən olarsa və ürəkbulanması
baş verərsə, bişmiş qara gavalı
yemək, kasnı suyu, quşüzümü suyu
içmək münasibdir. Bu zaman pərpərən
yarpağı, arpa unu, gülxətmi yarpağı,
qızılgül, səndəl, gülab və
sirkə qarışığından təpitmə
qoyulur.
Xəstəlik ciyər yollarının və damarlarının
tutulmasından irəli gələrsə, əvvəlcə
xəstəni qusdurmaq, sonra vanna qəbul etmək,
bədəni bənövşə yağı
ilə yağlamaq lazımdır. Bunun ardınca
kərəviz, razyana, şüyüd suyunu (hər
birindən 24q) qaynadıb ona 7.2q şirin badam yağı,
2.4q püstə yağı, 2.4q badam yağı
qatıb yeyirlər.
Istilik bir müddət davam edərsə, vanna qəbul
etmək, bədənə çobanyastığı,
süsən və şüyüd yağı
sürtmək faydalıdır. Sarılıq gözlərə
nüfuz edərsə körpə balqabağı
xəmirə tutub od üzərində bişirir,
suyunu çıxarıb gözə çəkirlər.
Bu baxımdan təzə keşniş suyu da faydalıdır.