Iştaha
Müalicə
tədbirlərinin siyahısı
Üzərinə
şəkər səpilmiş quşüzümünü
səhər-səhər acqarına yedikdə iştaha
açılır. Iştaha yaratmaq baxımından
istər göy, istərsə də baş sarımsaq
yaxşıdır. Qırmızı turp iştahanı
açsa da bir qədər ağır həzm olunur,
onu təklikdə, yaxud başqa göyərti və
tərəvəzlə işlətmək məsləhətdir.
Soğan, tərxun, vəzəri, cə”fəri,
gərəviz, yerkökü, cuğundur, portağal,
naringi, qarpız, ərik, limon, moruq, böyürtkən
– hər birisi ayrılıqda iştahanı açandır.
Iştaha üçün xörəkdən qabaq
üzüm və ya limon şirəsi işlətmək,
çiy və ya suda bişmiş turşməzə
alma, turşməzə şahtut yemək lazımdır.
Böyürtkən şirəsi şahtutun şirəsini
əvəz edə bilir. Yetişmiş şaftalı
iştahanı açır, susuzluqu yatırır.
Zeytun iştahanı açmaqla yanaşı, mə”dəni
təmizləyir və həzmi asanlaşdırır.
Küncüd və dənli bitkilər isə iştahanı
azaldır.