Həzm
Müalicə
tədbirlərinin siyahısı
Yaxşı çeynəmədən
tez udmaq zəiflik, yorğunluq hallarında daha
çox baş verir. Həzm orqanlarının xəstəliyi
vaxtında müalicə olunmasa, mə”də xorası
və başqa hallar baş verər. Hamünasib
xörəklər yemək, yeyən zaman çoxlu
soyuq su içmək, qızardılmış yağlı
xörəklər: erdək əti, qaz əti,
çoxlu ədviyyə) şirniyyat işlətmək
də həzmin pozulmasına səbəb olur. Belə
olduqda səhərlər 10 gün ərzində
bir qədər albalı yemək, günortaya qədər
başqa xörək yeməmək məsləhət
görülür. Armudu yaxşı çeynəyib
yemək həzmin pozulmasına qarşı faydalıdır.
Bu baxımdan limon şirəsi də xeyirli hesab
edilir. Yumurtanın ağını köpüklənə
qədər yaxşıca çalır, tədrıcən
2–3 qaşıq qaynanmış sərin su qatır,
sonra isə xoşməzə olmaq üçün
bir qədər şəkər və turş limon
əlavə edib işlədirlər.
Çox yeməkdən mə”dəsi zəifləyən
şəxslər üzüm suyu rejiminə keçməlidir.
Əvvəlcə 6 günlük qısa rejimə,
sonra isə 3–4 aylıq uzunmüddətli rejimə
keçmək olar. Düyü unu, badam, balqabaq tumunun
içi, püstə və fındıq içini
bir-birinə qarışdıraraq əzir, süd
və üzüm şirəsi ilə qataraq xəmir
düzəldib çörək, bişirirlər.
Bu həzm pozğunluğu hallarında münasib
yemək sayılır. Az miqdarda şəkərlə
hazırlanmış əncir mürəbbəsi
həzm, pozğunluğuna qarşı xeyirlidir.
Təzə nanə həzmə kömək edir.
Həzm pozğunluğu zamanı 1 xörək
qaşığı qurudulmuş nanə tozunu,
1 stəkan qaynanmış suda 10 dəq ərzində
dəmləyərək, gündə yeməkdən
sonra 1 fincan işlədirlər. Turp suyu, yerkökü
və şalğam suyu bağırsaqları təmizləmək
və infeksiya əleyhinə işlənən
ən yaxşı vasitələrdəndir. Yeməkdən
əvvəl iskəncəbi ilə kahını
yaxşıca çeynəmək, mə”də şirəsinin
ifrazına yaxşı kömək edir, qida yollarını
açır.
Zeytun yağı həzm pozğunluğuna qarşı
faydalı hesab edilir. Darçın isə həzm
orqanlarını qüvvətləndirir. 15q razyana
toxumunu 1L qaynanmış suda dəmləyir və
hər yemək vaxtı 1 fincan işlədirlər.
Bu baxımdan 10q kəklikotunun 1L suda dəmləməsi
də faydalıdır. Həzm prosesinin yaxşılaşması
üçün soğan yemək məsləhət
görülür. Tərxun da yaxşı tə”sir
göstərir. Yeralması həzm pozğunluğu
olanlar üçün faydalı hesab edilir. Bu zaman
sarımsağı yaxşıca çeynəyib
yemək həzmə yaxşı kömək edir.
Səhərlər sarımsaqdan hazırlanmış
sulu xörək yemək, mə”də şirəsinin
ifrazı üçün yaxşı tə”sir
göstərir, iştahanı açır.
Quluncan mə”dəni isidir, həzmi sür”ətləndirir.
Kəklikotu da belə tə”sirə malikdir. Quru
əncir borusunun yolunu genişləndirir. Yemiş
qabığını mal əti ilə qaynadıb
yedikdə, qida yolunu təmizləyir. Həzmi yaxşılaşdırmaq
üçün turuncun yarpaqlarını xörəyə
qatıb bişirirlər. Bunun üçün turş
nar suyu da faydalıdır. Limon suyu mə”də
ağzını təmizləyir və həzmə
kömək edir.