Babasil
Müalicə
tədbirlərinin siyahısı
Yarpızı raynadıb
suyu ilə yuyunmaq, badımcanı döyüb,
az miqdarda acı badam içi ilə qabıb, bənövşə
yağı ilə babasilə sürtmək, mərsin
yarpağını zeytun zə ya gül yağı
ilə babasil üzərinə qoymaq, şam qatranını
əridib özü qədər zeytun yağı
ilə qatışdıraraq, bir neçə dəfə
təpitmə qoymaq babasili təmizləyir və
ağrıları sakitləşdirir. Babasili yatıran,
ağrılarını sakitləşdirən
faydalı vasitələrdən biri də saxsı
qabda şam qatranı, qırmızı kükürd,
yemişən, kərəviz kökü, üzərik
kökü, ilan dərisi, xardal, batbat yandırmaq,
bunlar tam yanandan sonra qabın üstündə
oturaraq babasili onun tüstüsünə verməkdir.
Pərpərən suyu içmək babasilin qanının
kəsilməsinə kömək edir. Böyürtkən
yarpağından təpitmə qoymaq qanlı babasil
üçün yaxşı tə”sir göstərir.
Turunc qabığının yağı və
hindqozu yağı da baxımdan yaxşıdır.
Ardınc toxumlarını döyüb əzir
və bal ilə qatıb babasil üzərinə
çəkirlər. Qırmızı zırnıxı
gül yağı ilə sürtmək də olduqca
faydalıdır. Rəvənd suyu içmək,
yanmış xaşxaşı döyüb bal
ilə qataraq babasil üzərinə qoymaq, müsbət
nəticə verir. Sulu babasili yabanı badımcan
tüstüsünə vermək onu qurudur.
Ərik və şaftalı tumunun, dəvə
hürgücünün yağını xına
və acıpaxla yağı ilə qatıb, ilıq
halda sürtmək babasil ağrılarını
sakitləşdirir. Ərik və şaftalı
tumunun, nər hürgücünün yağı
və maya budunun iliyi də bu baxımdan çox
faydalıdır.
Novruzgülünü döyüb köhnə
qoyun yağı ilə qatır, yuna batıraraq
2 gecə onun üzərinə qoymaq müsbət
tə”sir göstərir.
Şam qatranını əridərik o qədər
də zeytun yağına qatıb, bir neçə
dəfə təpitmə qoymaq ağrıları
azaldır. Tərkibində zəy və mis olan
mineral da faydalıdır. Soğan suyunu mahmızçiçəyi
ilə qatıb sürtmək, təzə sədəfotu
yarpağı və ya çobanyastığı
yağı işlətmək babasil qanını
açmağa kömək edir. Onu təklikdə
işlətmək də olar. Balı qaynadıb
təpitmə qoymaq damarların ağzını
açır və zərərli qanın axmasına
şərait yaradır.
Əzvayı gül yağı ilə qurğuşun
həvəngdəstədə döyüb qoymaq
və ya əzvayı şirin çaxırla qatıb
içmək, yaxud sürtmək babasili təmizləyir,
qanaxmanı kəsir. Baldırıqara bitkisinin
təpitməsi babasil şişini yatırır.
Meynəni yandırıb döyür və yarımisti
halda parçaya büküb, babasil üzərinə
qoyurlar. Gülxətmi, xəşəmbül və
yumurta sarısını gül yağına qatıb
babasil üzərinə yaxmaq faydalıdır.
Qoz ağacı kökünün qabığını
zeytun yağında tam qaynadıb, babasil ağrılarını
kəsmək üçün sürtürlər.
Babasil şişini və döyüntüsünü
sakitləşdirmək üçün yarıbişmiş
yumurta sarısını zə”fəran və gül
yağı ilə qatıb, üzərinə yaxmaq
tə”sirli dərmandır. Ağ mumu inək yağı
və ya ördək piyində əridib, yumurta
ağı ilə qataraq babasilə sürtdükdə
o, acıldığından ağrılar sakitləşir.