Ma”də
və bağırsaq
Müalicə
tədbirlərinin siyahısı
Mə”də
narahatlığı. Bunun ilkin mərhələsi
ma”də şirəsi ifrazının pozulması
və mə”dənin turşuluğunun artması
ilə başlayır. Müntəzəm surətdə
ağır yeməklər yemək (ət, yağlı
xörəklər, balıq, yumurta, pendir, tünd
ədviyyələr və s.) mə”dənin işini
çətinləşdirir. Mə”də turşuluğunu
müalicə etmək üçün, müxtəlif
vasitələrdən istifadə edirlər. Əsas
şərtlərdən biri qida rejimini tənzimlənməsidir.
Meyvə ən yaxşı təbii vasitədir.
Xəstələrə portağal şirəsi,
üzüm şirəsi içmək məsləhət
görülür. Üzüm şirəsi ğəbul
edən müddətdə süd, pendir, yumurta,
yağlı xörək və ət yeməkdən
çəkinmək məsləhətdir. Ağrılar
sakitləşəndən sonra mə”də nahiyyəsinə
isti kompres qoyur, hamamlanır və masaj edirlər.
Mə”də-bağırsağa zərərli mikroorqanizmlərin
sirayət etməsinin qarşısını almaq
üçün, sarımsaqdan istifadə etmək
olar. Lakin onu çox işlətmək olmaz. Sarımsaq,
ümumiyyətlə qan təzyiqini tənzimləyir,
soyuqdəyməyə qarşı bədənin
müqavimətini artırır.
Zirə və dəfnə infeksiyaya qarşı
faydalı bitkidir, onun işlənməsi mə”dəni
təmizləyir, ağrıları sakitləşdirir.
Xörəkdə kərəviz toxumu işlətmək,
mə”dəni qüvvətləndirmək baxımından
faydalıdır. Quşüzümü həzm
prosesinə müsbət tə”sir göstərir.
Bədmüşkdən çəkilən araq mə”dəni
qüvvətləndirir. Bu baxımdan suda bişirilmiş
rozmarin də faydalı hesab edilir.
Mə”dənin sağlamlığını qorumaq
üçün qəhvəni az işlətmək
lazımdır. Çox ət yeyənlər səhərlər
limon şirəsi içməklə, mə”də
qıçqırmasının qarşısını
ala bilərlər. Bunun üçün 20– 30q kəklikotunu
1L qaynanmış suda dəmləyib süzür,
ona bir qədər bal qatıb, yeməkdən sonra
1 fincan içirlər. Ma”də üçün münasib
yeməklərdən biri də kahıdır. Xörək
yeyərkən kahıdan istifadə etmək lazımdır.
Xörəkdən qabaq balı su ilə qatıb
şərbət kimi içmək mə”də şirəsinin
ifrazına kömək edər.
Mə”də ağrısı, turşuluğun
artması və gizilti zamanı bağayarpağını
azca suda qaynadıb, 15 dəq dəmə qoyduqdan
sonra süzür, bal ilə azaçıq şirin
edib işlədilir. Şirinbiyan həzm ağırlığı
zamanı faydalı bitkilərdən biri hesab edilir.
Gülünbaharın dəmləməsi mə”də
ağrısı və həzm pozğunluğu
zamanı işlədilir. Yerkökü mürəbbəsi
mə”də zəifliyinə qarşı yaxşı
dərmandır. Çödükotunun dəmləməsi
də mə”də zəifliyi zamanı işlədilir.
Bu baxımdan süsənbər də eyni tə”sirə
malikdir. Gülxətmi kökünün dəmləməsi
mə”də xorası üçün tövsiyə
edilir. Mə”də üçün faydalı meyvələrdən
biri də heyvadır. Onu suda bişirib yemək
məsləhətdir. Soğan və tərxun mə”də
üçün faydalıdır, həm də infeksiyaya
qarşı tə”sirlidir.
Ürəkbulanması. Ürəkbulanmaya
qarşı kahı və ya onun gövdəsindən
alınan şirə, turşməzə alma və
heyva, sitruslar və limon şirəsi, təzə
nanə işlədilir. Hil ürəkbulanmanı
yatırır. Onu turş nar şirəsi ilə
işlətmək daha tə”sirlidir. Istidən
olan ürəkbulanması zamanı razyananı
soyuq su ilə yemək yaxşı nəticə
verir. Tənək yarpağının suyunu həmiləlik
zamanı baş verən ürəkbulanmaya qarşı
işlədirlər. Püstə yemək mə”dəni
qüvvətləndirməklə, ürəkbulanmasını
yatırır.
Mə”də qazı və köpmə.
Yerkökünün toxumu mə”dəyə qaz
toplanmasının qarşısını alır.
Limon qabığının dəmləməsi
də bu tə”sirə malikdir. Razyana toxumunu dəmləyib,
yeməkdən sonra içmək bu baxımdan faydalıdır.
Soğan özü gec həzm olsa da, həzmə
kömək etməklə mə”dəyə qaz
toplanmasının qarşısını alır.
Köpmənin qarşısını almaq üçün
tə”sirli bitkilərdən biri də zirədir.
Onu həvəngdə əzir, az miqdarda suda dəmləyib
işlədirlər. Tərxun cövhərini şəkərlə
qatıb işlətmək mə”də köpünü
qarşı tə”sirli vasitədir. Süsənbər,
şüyüd, dəfnə yarpağı köpməyə
qarşı işlədilə bilər. Çox
innab yemək köpmə yaradır. Mə”də
köpünün əsas səbəblərindən
biri həzmin pozulması və qidanın mə”dədə
yaxşı həll olmamasıdır. Köpü
olanlar yemək zamanı soyuq su içməkdən
çəkinməlidir. Susuzlayanda turş meyvələrdən
və qatıqdan istifadə etmək olar. Bu baxımdan
nanə və başqa ətirli göyərtilər
doğranmış doğramac yemək məsləhət
görülür. Mə”də zəifliyi həzmin
pozulmasına və tez-tez köpməyə səbəb
olur. Mə”də köpünün qarşısını
almaqdan ötrü mə”dəni qüvvətləndirmək
lazımdır. Nar adətən köpmə yaradan
meyvə kimi qiymətləndirilir. Yeməkdən
sonra şirin nar qidanın mə”dədən daha
tez bağırsaqlara keçməsinə kömək
edir, öd ayrılmasını tənzimləyir.
Şirin nar daha az köp verir və bu çox çəkmir.
Lakin turş nar mə”dədə çox qalır
və köp yaradır. Odur ki, yaşlılar,
mə”də və qara ciyərində soyuqluq və
iltihab olanlar turş nar işlətməkdən
çəkinməlidirlər.
Mə”dəni möhkəmləndirmək üçün
gül mürəbbələrindən istifadə
etmək yaxşı nəticə verir. Bunların
hazırlanma üsulu mürəbbələr bölməsində
izah edilmişdir. Bal ilə hazırlanan mürəbbənin
əhəmiyyəti daha çoxdur.
Mə”dəni qüvvətləndirmək üçün
işlənən təbii vasitələrdən
biri də əzvaydır. Bu baxımdan faydalı
olan bitkilərdən çüğunduru (onun buxarda
bişirilmişi ləbləbi adlanır və
çox xeyirlidir), kərəviz, yerkökü və
bataqlıq süsənini də göstərmək
olar.
Mə”də köpünün səbəblərindən
biri də soyuqdəymədir. Belə hallarda istilik
verən qidalarla yanaşı, mə”dəni isti
saxlamalı, bədəni isti saxlayan paltar geymək
lazımdır.
Mə”də ağrısı. Xörəkdə
darçın işlətmək faydalıdır.
Bu, soyuqdan baş verən ağrı üçün
münasibdir. Bu zaman, ənbəri yağla qataraq
pambığa hopdurub, mə”də nahiyəsinə
məlhəm kimi qoymaq lazımdır. Şirin
zeytun yağı da mə”də ağrısını
sakitləşdirir. Bal mə”də üçün
çox xeyirlidir.
Mə”də ağrısı soyuqdəymədən
baş verərsə, zirəni bir gecə-gündüz
sirkədə qaynadıb, sonra zəncəfil, sədəfotu
qurusu, sirkə və təbii boraksın hərəsindən
24 q götürülüb, həmin məlhəmin
240 q-lı ilə qarışdırıb döyür,
təmiz bala qatıb istifadə edirlər.
Nanə suyunu turş nar şirəsinə qatıb
içdiklə hıçqırmanı kəsir.
Bunun üçün ən sadə vasitə soyuq
sudur. Hıçqırma isti və kəskin yeməklərdən
baş verərsə, badam yağını isti
suda qarışdırıb içmək məsləhətdir.
Mə”də pozulması və qəbizlik.
Bu zaman tünd çay içmək, bərk bişirilmiş
yumurta, qatıqla nanə yemək lazımdır.
Suda bişmiş düyü həlimi qəbizlik
xassəsinə malik olduğundan, ishala tutulanlar
düyü həlimində bişirilən şorba
yeyə bilərlər. Ümumiyyətlə, düyü
mə”tədil xassəyə malikdir. Bu zaman bir
ovuc zoğal axtasını 0.5L suda bir az da şəkər
qatmaqla qaynadır, alınan şərbəti mə”də
pozulması zamanı işlədirlər. Heyva
da bu baxımdan faydalıdır, onun bişirilmiş
şirəsindən istifadə edirlər. Belə
olduqda quru nanəni çay ilə qatıb, dəmləyərək
işlətmək olar. Başqa vasitələrdən
limon şirəsi, darçın, turş nar şirəsi
və ya nar qabığının dəmləməsi
də tə”sirlidir.
Mə”də pozlunluğu olanların tez-tez qatıq
yeməyi və bal işlətməyi, qatıq
süzməsinə nanə qatıb, bə”zən
sarımsaq da doğrayıb, çörək ilə
yeməyi məsləhətdir. Buna qaraqınığın
dəmləməsi yaxşı kömək edir.
Qəbizlik, həzmin pozulması, orqanizmin bir sıra
üzvlərinin fəaliyyətinin pisləşməsinə
səbəb olur. Belə alamlar qida rejiminə diqqət
yetirməli, tez-tez hamamda çimməli, yeməyi
yaxşı çeynəməlidirlər. Bundan
əlavə oturaq həyat tərzindən hərəkətə
keçmək və işləmək lazımdır.
Inək və keçi əti, şirniyyat, noxud,
lobya, pendir, şabalıd qəbizlik yaradır.
Belələrinə üzüm mövsümü
zamanı üzüm yemək faydalı vasitələrdən
biridir. Başqa vaxtlarda isə onun şirəsini
işlətmək olar. Bununla yanaşı qara
gavalıdan da istifadə edirlər. Həmçinin
bu məqsədlə zeytun yağı işlətmək
əlverişlidir. Xörəkdən sonra portağal
yemək həm xörəyin həzminə kömək
edir, həm də bağırsaqların işini
asanlaşdırır, qəbizliyi aradan qaldırır.
Portağalı uşaqlar üçün də
tövsiyə etmişlər. Qəbizliyi olanlar
ərik, yemiş, turşəng və turşəngdən
bişirilmiş şorba yeyə bilərlər.
Tərəvəzlərdən yerkökü və
çuğundur mə”dənin yumşaqlığı
üçün faydalı hesab edildiyindən, ət
xörəkləri hazırlayarkən bunlardan istifadə
etmək vacibdir. Hazırlayərkən bunlardan
istifadə etmək vacibdir. Bə”zən isə
yerkökünün özündən şorba
hazırlayırlar.
Yeralması mə”də və bağırsaqların
fəaliyyətini tənzimləməklə, qəbizlik
yaranmasının qarşısını alır.
Həmçinin kahı da olduqça faydalı qida
məhsuludur. Mə”də yumşaqlığını
tə”min etmək üçün xörəyə
kahı, kərəviz, yerkökü, kələmin
çiçəyini doğrayıb qataraq yeyirlər.
Bu baxımdan faydalı meyvələrdən biri
əncirdir. Onu süddə bişirib, səhərlər
yemək məsləhətdir.
Mə”də bərkliyi olanlar müntəzəm
olaraq, axşamlar və ya xörəkdən sonra
sulu şirin alma yesələr, mə”də və
bağırsaqların fəaliyyəti qaydasına
düşər. Bu zaman albuxaradan və quru alçadan
da istifadə etmək yaxşıdır. Bə”zən
onları suda isladıb sonra qaynadır və şirəsini
acqarına və ya yatmazdan qabaq işlədirlər.
Gənəgərçək yağı yaxşı
yumşaldıcı kimi istifadə olunur. Onun istifadə
miqdarı 45 q-dır. Səhərlər kərə
yağı işlətmək də yumşaldıcı
kimi tə”sir göstərir. Yumşaldıcı
xassəyə malik olan bitkilərdən gəvən,
güncüd, şirinbiyan və s.-ni göstərmək
olar.
Mə”də iltihabı. Bu zaman yetişmiş
armud, şaftalı, ərik və sumaq yemək
məsləhətdir. Hindqozunu suda qaynadaraq, onu
şəkər ilə qatıb yeyirlər. Gərəkli
dərmanlardan biri də zirinc və limon şərbətidir.
Susuzluğa qarşı biyan cövhəri işlətmək
lazımdır.
Mə”də şişi və mə”də
xorası. Xiyar və təzə keşniş
suyu mə”də şişini sağaldır. Kitrə
və kərəviz toxumunu bala qatıb yemək
tə”sirli dərmanlardan sayılır. Mərcimək,
nar qabığı və qızılgülü
balda qaynadaraq təpitmə qoymaq bu baxımdan çox
faydalıdır. Mə”də şişi zamanı,
çox gərəkli sayılan dərmanlardan biri
bu qayda üzrə hazırlanır: mərsin yarpağı
və heyvanın suyunu çıxarır, bunu alma,
gülab, səndəl və gül yağından
düzəlmiş mum ilə qarışdırır,
sonra qoyun dərisini həmin məhlula batırıb
mə”də nahiyəsinə qoyurlar. Mə”də
şişi susuzluq, ürək bulanması və
temperaturla olarsa, qarına heyva tumunun yağını
sürtmək məsləhətdir.
Mə”dəyə qan sızılıb laxtalanarsa,
dovşan qursağı və ya üzüm sirkəsi
işlətmək faydalıdır. Bu baxımdan
nanə suyunu şəkərlə qatıb içmək
də yaxşıdır. Həmçinin çəpiş
qanını sirkə ilə qatıb bir qədər
qaynadır və 3 gün nahar zamanı içirlər.
Mə”də bəlğəmi. Yarpız suyu içmək
mə”dəni bəlğəmdən yaxşı
təmizləyir.
Isti suyu qurtum-qurtum içmək, quluncan şərbəti
limon şirəsi və darçın işlətmək
də məsləhətdir.
Bağırsaq üçün işlədilən
vasitələr. Qırx yaşına çatdıqdan
sonra mə”də və bağırsağın
həzmətmə qabiliyyəti azaldığından,
onların qayğısını daha çox çəkmək
lazımdır. Qaz yaradan və ağır həzm
olunan yeməklərdən pəhriz saxlamaq, bunun
əvəzində göyərti, tərəvəz
və meyvəni daha çox işlətmək faydalıdır.
Bunlar həzmə kömək edir.
Həyatımızın qoruyucu olan bağırsaqlara
diqqətlə qayğı göstərməyi
yaddan çıxarmayın. Əgər xəstə
özündə qəbizlik müşahidə
edirsə, tərkibində nişasta olan yeməkləri,
əsasən xəmir xörəkləri, dənli
bitkilər və qağları az işlətməlidir.
Bağırsaqlarda qaz yığılması və
köpməyə qarşı 10 günlük üzüm
rejimi yaxşı tədbirdir. Bağırsaq iltihabı
və şişməsi zamanı üzüm suyu
işlədirlər. Bunun üçün bir neçə
gün ərzində bir neçə dəfə,
1 fincan üzüm şirəsini, ertəsi gün
isə bütöv limonun və ya yarısının
şirəsini bir neçə dəfə içirlər.
Bu əməliyyatı bir müddət davam etdirirlər.
Bu zaman həmçinin 2–3 qabıqlı almanı
doğrayıb 15 dəq 1L suda qaynadır, bir qədər
şirinbiyan əlavə edib işlədirlər.
3 çay qaşığı kətan toxumunu 1L
qaynar suda dəmləyib, nazik bağırsağın
işləməsi zamanı istifadə edirlər.
Bağırsaq iltihabı və şişi olanlar
ispanaq işlətməkdən pəhriz saxlamalıdırlar.
Dəfnə yarpağı bağırsaq və
mə”dənin gigilyenası baxımdan çox faydalıdır.
Bağırsaqlara mikrobların nüfuz etməsinin
qarşısını almaq üçün hələ
qədimdən qatıq və ayrana kəklilotu
və ya nanə qatışdırıb yeyərmişlər.
Badyan və cirə, soğan və sarımsaq bağırsaqların
gigiyenası üçün faydalıdır. Bağırsaq
iltihabı zamanı sitruslardan da istifadə edirlər.
Bağırsaq ağrıları və xora olarsa,
yerkökündən istifadə edirlər. Bağırsaqların
fəaliyyəti zəifləyərsə, alça
və qara gavalıdan istifadə etmək lazımdır.
Axşamlar yeməkdən əvvəl, 10–12 quru
alça və ya gavalını yarı bölüb
suda isladır, 1 saatdan sonra onu həmin suda qaynadır,
3 dəfə suyunu isti su ilə dəyişir və
hələ soyumamış, xörəkdən
qabaq içirlər.