Öskürək
Müalicə
tədbirlərinin siyahısı
Öskürək
müxtəlif olduğu kimi onun səbəbləri
də müxtəlif olur. Quru, boğazdan gələn
öskürək, bə”zən yarımçıq
halda olur. Bronxitdən olan öskürək əvvəlcə
quru və qısa, sonra ağrılı və
bəlğəmli olur. Uzun müddətli olan qara
öskürək adətən uşaqlarda daha
çox baş verir.
Bu zaman 20q reyhan yarpağı və çiçəyini
20q kəklikotu ilə qatışdırır,
üzərinə 1L qaynar su tökür, 10–15 dəq
dəm aldıqdan sonra 2 qaşıq bal qatıb,
hər yarım saatdan xəstəyə 1 qaşıq
verirlər. Yaxud bir ovuc kəklikotunu 1L suda qaynadıb
süzür, sonra 250q balı da 1L suda qaynadıb
onu da süzgəcdən keçirirlər. Daha sonra
bu iki məhlulu qatışdırıb, hər
gün 4–6 qaşıq xəstəyə verirlər.
Başqa bir vasitə kimi qara turpun içini oyub
oraya döyülmüş nabat tökür, 1
gündən artıq saxlayır və əmələ
gələn qatı şirədən gər dəfə
1 qaşıq içirlər.
Öskürəyə qarşı 30q təzə
və ya quru heyva çiçəyini 1L suda dəmləyərək
öskürəyə qarşı işlədirlər.
Heyva mürəbbəsi sinəni yumşaldır,
öskürəyi sakitləşdirir, təngnəfəslik
hallarına qarşı münasib hesab edilir. Heyva
toxumunun selikli mayesi və toxumun özü də
sinə üçün ən faydalı dərmanlardan
sayılır. O sinəni yumşaldır, öskürəyi
müalicə edir, boğazı yumşaltmaqla quru
öskürəyə qarşı çox yaxşı
vasitədir.
Öskürək hallarında şirin badam da faydalı
vasitələrdən hesab edilir. Ondan badam südü
adlanan şirə hazırlayıb işlədirlər.
Bunun üçün bir qədər badamı yarımilıq
suda isladıb qabığını soyur, həvəngdə
su qataraq döyüb yumşaldır xəmir halına
gətirirlər. Sonra onu su ilə qatıb həll
edir və 50q şəkər (daha yaxlı olar
ki, bal) əlavə edərək süzgəçdən
keçirirlər.
Fındıqdan alınan yağ da sinə və
öskürək üçün tə”sirli vasitələrdən
sayılır. Öskürək zamanı püstə
və banan da xeyirlidir. Bal boğazı təmizləməklə
öskürəyin qarşısını alır,
onu isti süd ilə yemək faydalıdır.
Gülxətmini qaynadıb təpitmə düzəldir
və öskürəkdən olan sinə ağrısı
üçün istifadə edirlər.