Sinə,
ağ ciyər, nəfəs yolları
Müalicə
tədbirlərinin siyahısı
Nar çiçəyini
qaynadıb bal ilə qarışdıraraq hər
dəfə 1 qaşıq işlətmək sinəni
təmizləyir. Yasəmən çiçəyinin
də sinəni təmizləmək və yumşaldıcı
xassəsi vardır. Moruğu bal ilə qarışdırıb
yemək sinə üçün çox faydalıdır.
Bu, xüsusilə soyuqdəymə hallarında
tövsiyə edilir. Onun balda bişirilmiş mürəbbəsindən
istifadə etmək daha yaxşıdır. Sinəni
təmizləmək, üçün kəfi yığılmış
beçə balından ilıq şərbət
hazırlayaraq istifadə edirlər. Bu zaman həmçinin
razyana toxumunu və kökünü qaynadaraq suyunu
süzür, azca bal əlavə edərək içirlər.
Baldırğanın kök və gövdəsindən
hazırlanan içki də sinə üçün
faydalıdır.
Soyuqdəymə və zökəm.
Soyuqdəymə nəticəsində baş verən
tumov, zökəm zamanı asqırma, öskürmə,
yorğunluq, ağzın acı olması, temperatura,
başağrısı halları törəyir.
Lakin mikroblu keçici qrip daha təhlükəli
olub, şiddətli öskürək, böyür
və sinə ağrısı, ürək döyüntüsü,
ürəkbulanması, ishal, sancılar, sümüklərdə
bərk ağrılar, bel, əl və ayağın
ağrıların rejimində müalicə olunmaq,
qarnı üzərinə isti kompres qoymaq, ayaqları
isti vanna etmək məsləhət görülür.
Xəstə tərləməlidir.
Qış zamanı zökəmə tutulmamaq üçün
birdən-birə isti otaqdan soyuq havaya, tez-tez isti
mühitdən soyuq mühitə çıxmaq olmaz.
Hər gün bir qədər bal yemək məsləhət
görülür.
Faydalı vasitələrdən biri limon şərbətidir.
Limonu qabığı ilə birlikdə doğrayıb
1L qaynar suda 2 saat saxlayir, sonra süzüb bir qədər
şəkərlə şirin edirlər. Gündə
3 fincan isti limon şərbəti içmək temperaturu
salır, bədənin müqavimətini gücləndirir.
soyuqdəymənin qarşısını almaq
üçün portağal, limon, şəkər
qatılmış limon şirəsi işlətmək
məsləhət görülür.
Mikrob və infeksiyaya qarşı tə”sirli vasitələrdən
biri sarımsaqdır. Qaraçörəkotunu iyləmək
xronik baş ağrısı, zökəm və
burun tutulması hallarında faydalı hesab edilir.
Kəndlilər soyuqdəymə zamanı alma rejiminə
keçirlər. Zökəm üçün faydalı
vasitələrdən biri də qatı alma şərbətidir.
Bu şərbəti hazırlamaq üçün
4 ədəd almanın qabığını soyub,
doğrayaraq 1L suya tökürlər. Buraya bir
ovuc kişmiş və 15q innab əlavə edərək
1 saat ərzində qaynadır, sonra süzüb,
150q şəkər əlavə edərək yenidən
qatılaşana qədər qaynadırlar.
Təzə zökəmə tutularkən, nazik
soğan laylarını tənzifə bükərək,
5 dəq ərzində burun deşiklərində
saxlayaraq dərindən nəfəs almaq lazımdır.
Həmçinin orta böyüklükdə olan
2 soğanı, nazik təbəqələrlə
doğrayıb 0.5L suda bir gecə saxlayıb, gündə
2 dəfə - yemək fasiləsi zamanı və
yatan vaxt ondan 1 kiçik fincan içirlər. Zökəmin
müalicəsi 1 həftədən 3 həftəyədək
çəkə bilər. Müalicə zamanı
balıq, ət, yumurta, süd və pendirdən
pəhriz saxlamaq məsləhət görülür.
Qrip zamanı ət xörəyi, kərə yağı,
yumurta, lobya, ləpə, noxud, paxla, mərci, duz,
darçın, istiot, xardal, sirkə, nişasta ilə
bol olan – düyü, kartof və qarğıdalı,
həmçinin şirin yeməkləri az işlətməli,
pəhriz saxlamaq lazımdır. Xəstəyə
sarımsaq və soğan yemək məsləhət
görülür. Limon suyu işlətmək,
portağal və naringi yemək faydalı hesab
olunur. Turp, kök və kahı işlətmək
mikrobları dəf edir. Temperaturlu qrip zamanı
lavanda çiçəyini dəmləyib içmək
tövsiyə edilir. 10–15q quru lavanda çiçəyini
1L qaynar suda 12 dəq dəmləmək, sonra süzərək
azca bal qatıb hər gün yemək arası
fasilələrdə 4 fincan içmək lazımdır;
yaxud 50q quru bənövşəni 1L soyuq suya töküb
od üzərində qaynadır və 15 dəq
dəmə qoyurlar. Sonra onu bal ilə bir qədər
şirin edir, gündə 3-5 dəfə, hər
dəfə 1 fincan içirlər. Bu temperaturu salır,
baş ağrısı və qrip əlamətlərini
aradan qaldırır.