Baş
Müalicə
tədbirlərinin siyahısı
Başağrılarının
səbəbləri müxtəlif ola bilər:
qan azlığı və ya qan təzyiqi, həzm
prosesinin pozulması, əsəbi narahatlıq,
soyuqdəymə, yorğunluq və s.
Həzm pozlunluğu nəticəsində törəyən
başağrısını aradan qaldirmaq üçün
hər şeydən əvvəl asanlıqla həzm
olunan qida maddələrindən istifadə etmək,
yorğunluqdan olan adi baş ağrıların
sakitləşdirmək üçün gəzintiyə
çıxmaq və ya hamamlanmaq lazımdir.
Miqren (başın bir hissəsinin ağriması)
zamanı adamlar özlərində əzginlik,
yorğunluq, daxili narahatlıq hiss edirlər. Ağrı
bir müddət davam edir, sonra çəkilir. Bunun
səbəbləri müxtəlifdir: qara ciyərin
funksiyasının pozulması, dişlərin xarab
olması, həddən çox işləmək,
çox yağlı xörəklər yemək.
Bu cür xəstələr qida rejimini tənzimləməlidir.
Ağrı başlayərkən alma şirəsi
içmək, boyun və çiyin nahiyələrini
bir qədər masaj etmək, pərpərən
yarpaqlarını təpitmə kimi ağrıyan
yerə qoymaq faydalıdır. Ayaqları ilıq
suya salmaq da ağrının sakitləşməsinə
kömək edir.
Kasnı toxum baş ağrısı üçün
xeyirlidir. 25-30q paxla çiçəyini 1L qaynanmış
suda dəmləyib işlətmək miqren üçün
faydalı hesab edilir. Mərzə də bu baxımdan
xeyirlidir. 1 çay qaşığı qurusunu 1
fincan qaynanmış suda dəmləyərək
işlədirlər.
Miqren və başqa başağrıları zamanı
5-10q reyhanı 1 fincan qaynanmış suda dəmləyir,
süzüb bal və ya şəkər ilə
bir qədər şirinləşdirərək
yeməkdən sonra içirlər. Limon şirəsi
müxtəlif başağrıları və baş
gicəllənməsi hallarında yaxşı
tə”sir bağışlayır. Portağal da
baş və əsəb ağrılarına qarşı
faydalıdır.
Başağrısı zamanı kəklikotu çayından
istifadə etmək məsləhətdir. Şiddətli
başağrısını sakitləşdirmək
üçün kələm yarpağından istifadə
etmək olar. Kələmin üst yarpaqlarını
əzib yumşaldir, od üzərində bir qədər
bişirib, sonra onu ilıq halda ağrıyan yerə
qoyur və yun parça ilə bağlayırlar.
Gündə 2-3 dəfə bunu təzələmək
lazımdir.
Reyhan və nanə yarpağını iyləmək
də başağrısını sakitləşdirir.
Xörəkdən qabaq gavalı yemək məsləhət
görülür. Çobanyastığı çiçəyinin
dəmləməsi baş xəstəlikləri
və baş ağrıları zamanı faydalı
dərmanlardan hesab edilir. Baş ağrılarına
qarşı faydalı olan bitkilərdən xiyarı,
bənövşə, şəbbugülü və
xardalı da göstərmək olar.
Zəncəfil şirəsini küncüd və
ya gül yağı ilə qarışdırıb
başa sürtükdə ağrı kəsilir.
Göy rəngli, yarımkol bitki olan və kəskin
nanə qoxusu verən lavanda (Lavandula stoechas) başağrısı
üçün ən kəsərli vasitədir.
Onun şirəsini su və ya bal şərbəti
ilə içirlər. Gün istisindən əmələ
gələn baş ağrısının dərmanı
isə üzüm şirəsidir. Onu qaynadıb
başin ağrıyan yerlərinə məlhəm
kimi sürtmək lazımdir. Həmçinin bu
zaman göy süsəni qaynadib suyunu ilıq halda
başa sürtmək lazımdir. Zəif baş
ağrısı zamanı göy süsəni
iyləmək kifayətdir. Zə”fəranı
sirkədə həll edib məhlulunu başın
ağrıyan yerlərinə sürtükdə
ağrı dayanır. Başağrısını
dayandirmaq üçün xaşxaşı axşam
sirkədə qaynadib sürtmək səhər
isə onu gül yağı ilə qarışdırıb
iyləməklə özünü asqırtmaq
lazımdır. Həmçinin sədəfotu gül
yağı və sirkə ilə qatılıb
məlhəm kimi kompress edilir. Şüyüd
5 ədəd göy süsənlə suda qaynadılır,
alınan məhlul boyun nahiyəsinə sürtülür.
Çobanyastığı, yasəmən, sədəfotu,
şüyüd və acı badamın yağını
qatışdirıb isitmək, sonra onu damcı
şəklində burun və qulağa tökmək
lazımdir.
Yaşıl reyhanı iyləmək, kətan çöpünü
yandırmaq və başı onun tüstüsünə
vermək zökəm üçün yaxşı
dərmandır. Başı əzvayın buxarına
vermək zökəm və burun tutulmasına qarşı
tə”sirli vasitədir. Təzə lobya zəkəm
üçün ziyandır.
Qərənfil şərbəti beyinə yaxşı
tə”sir etməklə diqqəti toplamağa kömək
edir, skleroza qarşı işlədilə bilər.
Müşk, ruh düşkünlüyünə
qarşı yaxşı dərmanıdır.
Sədəfotu yağı ilə 0.05 q kükürdü
həll edib buruna damcılatmaqla və ya 0.6 q kükürdü
təzə südə qatıb ayın əvvəlində
3 gün, sonunda 3 gün buruna damcılatmaqla özünü
asqırtmaq baş gicəllənməsi və
bir yerdə qərar tuta bilməmək hallarında
yaxşı vasitədir.