Səhər saat on birdə, on ikinin
yarısı “qara zurnanın” səsi ətrafa
yayılar, kəndi ayağa qaldırardı. Toy
başlanardı.
Yenə cavanlar yığılır qulluq etməyə.
Dəstə - dəstə adamlar toy evinə gəlir.
Yeyir, içir, şənlənirlər. Kimi xonça
gətirir, kimi də nəmər atır.
Yemək verilməzdən əvvəl oğlan
evindən bir nəfər kişi gəlir, yemək
qazananın üstünə pul atır. Buna “qazanaçdı”
deyirlər.
Toyda kəndin cavanları güclərini sınayır,
güləşirlər. Kim ki, qalib gəldi, gedib
kimin qolundan tutsa onunla oynamalıdır. Burada boyun
qaçırmaq, etiraz etmək olmaz. Gərək
oynayasan. Qalibə hörmət, xalqımızın
ulu adətidir.
Oğlan evi qızı oynadır. Sonra isə təxminən
saat dörtdə - beşdə geri qayıdırlar.
Oğlan evi getdikdən sonra yenədə yeyib –
içirlər, oynayırlar. Saat altının yarısı,
olanda qız evində cavanlar yığışır
“qız şaxına” getməyə.
Toy günü
Kəntdə toy üç gün
olur – cümə, şənbə və bazar günləri.
Toyun birinci günü axşam üstü başlayır.
Toyu çalançılar aşıq, bir də toybaşı
idarə edir. Kim hansı havanı oynamaq istəyirsə,
toybaşıya sifariş verir.
Toyun ikinci günü toy əhli oynayır, şənlənirlər,
müxtəlif oyunlar keçirirlər. Qədim
el havaları toyun bəzəyi olardə.
Toyun üçüncü günü qız toyudursa,
gəlin tərəfi, oğlan toyudursa, bəy
tərəfi olur. Mağarda ayrıca üstü
şirniyyatla bəzənmiş stol qoyulur. Stolun
üstündə güzgü də olur. Bəyin
yanında sağdişi ilə soldiş oturur.
Oğul anası onlara hədiyyə verir. Bəy
toy mağarına gecikəndə kim onun yerində
otursa hədiyyə alır, sonra durur ki, bəy
otursun.
Tərifdən sonra bəyi və ya gəlini öz
toyunda oynadarlar. Deyilənə görə bəy
və ya gəlin öz toyunda oynayanda həm bolluq
olar, həm də ucuzluq.
Gəlin aparma
Azərbaycan xalqının ən qədim havası olan “Vağzalı”nın sədaları altında oğlan evi qız evinə gəlir. Onlar oynaya – oynaya, oxuya – oxuya deyirlər:
Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.
Gəlin olan otağın qapısı
bağlı olar. Bəy atası xələt verməyincə
qız evi gəlini otaqdan çıxmağa qoymazlar.
Gəlin evdən çıxmamış ata – ana
xeyir – dua verər. Gəlinin belini qırmızı
yaylıqla qaynı bağlayar. Gəlinin başına
duvaq atarlar. Həyətdə iri tonqal qalayıb
ətrafında gəlini üç dəfə
fırladırlar ki, getdiyi ev işıqlı,
ocağı isti olsun.
Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm
olsun. Gəlinin dalınca su atırlar ki, aydınlıq
olsun.
Gəlin oğlan evinə çatan kimi ayağının
altına qab qoyurlar ki, sındırıb keçsin.
Gəlini qapıda əyləşdirib quvağına
oğlan uşağı verirlər ki, ilki oğlan
olsun.
Gəlin ayağı altında qoyun qurban kəsilir.
Qoyunun qanından gəlinin alnına, bir də
paltarına sürtürlər ki, istiqanlı olsun,
tez qaynayıb – qarışsın oğlan evinə.
Gəlinin qaynaması başına sığal
çəkər ki, mehribançılıq olsun.
Gəlinin başına xırda pul, şirniyyat,
düyü, buğda səpərlər ki, bolluq
olsun.
Gəlinin qarşısında qırmızı
lentlə bağlanmış güzgü aparırlar.
Güzgü yengənin əlində olur. Sağdişlə,
soldişin əlindəki stəkanın içində
düyü, şam olur. Düyü bolluq rəmzidir.
Gəlin bəzədilmiş otağa aparılır.
Hamı birağızdan “xoşbəxt olsun”, “oğullu
– uşaqlı olsunlar” deyir.
Toydan üç gün sonra qız anası və
qızın ən yaxın qohumları qızı
görməyə gəlir.
Oğlan toyu
Qız toyunun səhərisi oğlan
evində toy başlanır. Səhər tezdən
mağarı qurub, bəzəyəndən sonra
hazırlaşırlar gedib gəlini gətirsinlər.
Əvvəlcə bütün minikləri bəzəyirlər.
Onlara qırmızı lent, kəlağayı
bağlayırlar. Saat on birdə, on ikinin yarısı
yığışırlar getməyə. Gəlin
gətirməyə nə bəyin, nə də
anası getmir.
Qız evinin qapısında hamı minikdən
düşür, təkcə bəydən başqa.
Qardaşlıq gəlir qız anasının yanına
ki, xala, get bəyi düşür. Qaynana gəlir
sürücüyə xələt, bəyədə
nəmər verib düşürür.
Həyətdə çalıb – oynayırlar. Qız
gəlinlər yığışır gəlinin
başına. Burada oğlan yengəsi qız yengəsinə
“başbəzəyi”nin haqqını, xələt
verir.
Qızın qaynı gəlinin belinə qırmızı
lent bağlayır. Bunu edərkən 2 dəfə
bağlayıb açır, 3-cü dəfə
bağlayırlar.
Qardaşı qıza deyir. “Get qədəmin uğurlu
olsun. Evimizə qonac çağıranda sənə
hədiyyə alacağam”. Sonra gəlinin əlinə
pul qoyub bağlayırlar. Bütün yaxın
və uzaq qohumlar qızla öpüşüb
görüşürlər. Nəhayət qızın
atasına yol verirlər. Ata bir neçə kəlmə
ilə qızına nəsihət verir və xoşbəxtlik
arzulayır. Sonra onun alnından öpür. Gəlinə
ana da xeyir – dua verir.
Oğlanın bacısı ucadan səsləyir;
“Gəlin, gəlinimizi aparaq”. Bu vaxt qız evindən
kiçik uşaq qaçıb, qapını bağlayır.
Buna “qapıbasma” deyirlər. Bəy və “qardaşlıq”
ona nəmər verir və qapını açırlar.
Gəlini otaqdan bəy və “qardaşlıq çıxarır”.
Həyətdə oğlan evi o ki var çalıb
oynayırlar.
Gəlini miniyə əyləşdirirlər. Sonra
qardaşlıq və başqa bir cavan gəlib,
“qız şaxını” GÖTÜRÜRLƏR.
Hamı əlində şam və lampa yandırır.
Qızın qabağında güzgü tuturlar.
Nəhayət hamı yola düzəlir. Fişəng
atırlar, lopa yandırırlar və s. Yolda miniklər
ötüşür. Təkcə gəlin miniyini
heç kim ötmür.
Yolda miniklər dayanır. Biri gəlinin ayaqqabısının
bir tayını götürüb, düşür
qabağa, hamıdan tez çatıb, ayaqqabını
qaynanaya, qayınataya göstərib deyir: “Muştuluğumu
verin, gəlininiz gəlir”. Qaynınana ona xələt
verir.
Hamı gəlib çatır, minikdən düçürlər.
Qayınana sürücüyə xələt verib
gəlini düşürür. Bəyin qardaşı
oynaya – oynaya gəlib gəlinin ayağı altında
qoç qurban kəsir. Qaynana qoçun qanından
götürüb bəylə - gəlinin alnına
sürtür. Sonra hər ikisi qoçun üstündən
keçirlər.
Bişirilən ilk Fətiri ovurlar. İçinə
xırda pul, düyü, qənd, konfet qoyub verirlər
bəyə. O da tökür gəlinin başına.
Sonra gəlini aparırlar otağa. Gəlin oturmur.
Qaynana gəlib ona xələt verir və ya nə
isə alacağına boyun olur. Sonra gəlib gəlinlə
görüşür və ona xələt verirlər.
Buna “boygördüsü”də deyirlər. Bundan
sonra hamı əyləşir. Həyətdə
də toy başlayır.
Axşamüstü saat altıda, altının
yarısında qız evindən oğlan toyuna
qohumlar gəlir. Qızın ata və anasından
başqa kim istəsə gələ bilər. Bir
– iki saat oturub gedirlər. Onlar gedəndən sonra
“bəyin” dostları yığışırlar,
“oğlan şaxına” getməyə. Cavanlar gəlir
“qardaşlıq”gilə. “Oğlan şax”ında
ancaq oğlanlar iştirak edirlər. Qızlar arada
qulluq edirlər. “Bəylər” doyunca çalıb
– oynayırlar. Nəhayət, “oğlan şax”ını
götürüb, qayıdırlar bəyin evinə.
Aşığın maraqlı rəvayətlərinə
qulaq asırlar.
Şaxların hər ikisini bəylə gəlin
dərir. Onun üstündəkilər də bəylə
gəlinə çatır. Konfetləri və meyvələri
isə qonum – qonşuya paylayırlar.
Üzəçixdi
Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan 10 – 15 gün sonra qaynana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırır. Hamı gəlib oturur, gəlindən başqa. Belə olanda qaynata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü olduğunu deyir. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.
Gəlingördü
Toydan iki – üç ay sonra qız
evi oğlan evinə xəbər göndərir
ki, “filan gün gəlirik gəlini görməyə”.
Oğlan evi hazırlıq görür. Yaxın
qonum – qonşudan üç – dördünü
dəvət edir.
Qızın anasıda yaxın adamlardan götürüb
gəlir qudasıgilə. Yeyib içib şənlənirlər.
Axırda qızın anası gəlinə və
bəyə gətirdiyi hədiyyələri verib
qayıdırlar.
Ayaqaçdi
Gəlingördükdən sonra gəlinin
anası qızını və kürəkənini
evinə qonaq çağırır. Buna “ayaqaçdı”
deyirlər. Bir nəfərdən xəbər göndərirlər
ki, yığışıb bizə gəlir. Ayaqaçdıda
kişilər də gəlir. Böyük məclis
qururlar. Yeyib – içirlər, çalıb – oynayırlar.
Qızın anası oğlana və qıza aldığı
hədiyyəni verir. Həmin gün qızı
evdə qonaq saxlayırlar. Bir – iki gündən
sonra əri gəlib aparır. “Ayaqaçdı”dan
sonra bəylə - gəlin istədikləri vaxt
ora gedib – gəlirlər.
Qonaqçağirma
“Ayaqaçdı”dan sonra həm oğlan, həm də qız tərəfdən ən yaxın qohumlar “bəylə - gəlini” qonaq çağırırlar. Bu da bir növ “ayaqaçdı”ya bənzəyir. Qonaq çağırdıqdan sonra bəylə - gəlin onların evinə gedib - gəlirlər. Qonaq çağırarkən onlara hədiyyə verirlər. Ümumiyyətlə, “bəylə - gəlin” kimi evinə ilk dəfə qədəm qoysa o zaman onlara hədiyyə verirlər.
Nəvəgörmə
Gənc ailənin
üçüncü üzvünün dünyaya
gəlməsi, toy – bayrama çevrilir. İlk nəvənin
yorğan – döşəyini qız anası salar.
Elə ki nəvə dünyaya gəldi, nənə
düşür əl – ayağa. Ən gözəl
ipəkdən ona yorğan – döşək salır,
beşik alır. Nəvəni görməyə
“qırx” çıxdıqdan sonra gedirlər. Gəlinin
ata – anası, bacısı – qardaşı, gəlinləri
yığılıb gəlirlər. Körpəyə
paltar alırlar. Bu şeylərin hamısının
qırmızı lentlə bağlayırlar. Körpəni
görəndə isə hamı qundağına
nəmər qoyur.


