Toy
mərasimi
Qiz bəyənmə və ya qizgörmə
Xalq arasında qızgörmədən
sonra oğlan qərara gəlir, qızı bəyənirsə,
yaxın adamlarına bunu xəbər eyləyir.
Qızın yerini – yurdunu öyrənib xəbər
tuturlar. Ailəsinin – anasının, atasının,
bacı və qardaşlarının kimliyini öyrənirlər.
Sonra valideyinlərin fikri öyrənilir. Oğlanın
ata – anası razı olduqdan sonra qızın yaxın
adamlarına – xalasına, bibisinə, anasına
xəbər göndərir. Onların ağzə
aranır.
Xəbər göndərmə
Oğlan evi arayıb, axtarıb qız
evinə mğnasib, yaxın bir adam göndərir
ki, kim tərəfdən elçi gəldiyini qız
evinə xəbər versin. Bəzən elə
olur ki, qız evi razılıq vermir. Necə deyərlər,
“ətəyindəki daşı yerə tökmür”.
Onda elin – obanın ən mötəbər, hörmətli
adamı qız evini razılığa gətirməyə
çalışardı.
Kiçik elçilik
Adətə görə əvvəl
iki qadın – oğul anası, yaxın qohumlarından
biri elçi gedər. Çünki həmişə
analar qızın ürəyindəkiləri bilərdi.
Elə ki, qadınlar razılığa gəldi,
ailənin şah damarı sayılan atalar görüşməli
idi. Oğlan atası üç nəfər hörmətli
şəxslə qız evinə gedər. Elçi
gedənlər öz hərəkəti, davranışı
ilə qız evinə bildirir ki, elçiliyə
gəlib.
“Elçiliyə gecə getməzlər”.
“Elçilərin qarşısına qoyulan çay
içilməz”.
Elçilikdə deyirlər “qız ağacı
qoz ağacı, hər gələn bir daş atar”,
“qız yükü duz yükü”.
Qız atası elə birinci elçilikdən
razılığa gəlmir. “Qız qapısı,
şah qapısı”. Bir qızla, anası ilə,
yaxın qohum - əqrəbə ilə məsləhətləşim,
sonra qəti fikirimizi sizə bildirərik, deyir.
Qızın rəyi soruşulanda həmişə
qız susar. Susmaqsa razılıq əlamətidir,
- deyərlər. Ancaq yenə qəti söz deyilməzdi.
Böyük elçiliyə razılıq verilərdi.
Çünki əsas sözü böyüklər,
ağsaqqallar deməli idi.
E l ç i l i k
Ata ailəyə yaxın olan adamları
- əmini, dayını və başqa qohumları
evə dəvət edir. Məsləhətləşdikdən
sonra “elçi” getməyi qərara alardılar.
Oğlanın bacısı və ya gəlinləri
qızı görüb, bir də ağzını
“arayırdı”. Qızın razı olduğunu
görəndə öz fikirlərini ona deyirlər.
Sonra qızın anasının yanına gəlib
eyhamla bildirirlər ki, “bəs filan gün sizə
gəlirik, elçiliyə”.
Qızın anasıda evdəkiləri bundan xəbərdar
edir. Yaxın qohumlardan evə çağırırlar.
Məsləhətləşdikdən sonra əgər
öz aralarında razılığa gəlirlərsə,
qızın da fikirini öyrənirlər. Bunu
da qıza yaxın olan bacı, gəlin, ana və
ya rəfiqəsi soruşur. Qız razı olduğunu
bildirmək üçün həmişə : “özünüz
bilərsiz” deyir.
Təyin olunmuş gündə elçilər gəlir.
Uzun söhbətdən sonra mətləbi açıb
deyirlər. Əgər qız tərəf razı
deyilsə, rədd cavab verir. Bu söz daha dəyişilmir.
Əgər razıdırsa deyir ki, “qoy bir fikirləşək,
götür -qoy edək məsləhətləşək,
sonra qərara gələrik. İndi isə qonağımızsınız”.
Oğlan evi aradan bir müddət keçdikdən
sonra yenidən, ikinci dəfə elçiliyə
gəlir. Yenədə əvvəldən qız
tərəfi xəbərdar edirlər ki, “sizə
gəlirik”.
Qız evi bu dəfə hazırlıqlı olur.
Qonum – qonşudan da ağsaqqal, ağbirçək
dəvət edirlər.
Oğlanın elçiləri gəlir. Onları
yuxarı başa keçirirlər. Qız tərəf
də əyləşir. Bu məclisdə həm
qadınlar, həm də kişilər iştirak
edir. Təkcə qızın anasından başqa.
O da otağa girib çıxır, ancaq onlarla oturmur.
Bir qədər söhbətdən sonra oğlan
tərəfdən bir nəfər mətləbi
gətirir əsas məsələnin üstünə.
Qız tərəfə üzünü tutub, soruşur
ki: “ hə, indi sizin son sözünüz nədir?”
Qız tərəfdən də əmisindən,
dayısından biri bir qədər yüngülcə
minnətdən / daha qapımıza gəlmisiz,
duz-çörək kəsmişik və s./ sonra
“Allah mübarək eləsin”, “Xoşbəxt olsunlar”
deyir. Oturanlar da birağızdan “Amin” söyləyirlər.
Yeni qohumlar bir-birlərini təbrik edirlər.
Qızın bacısı və ya gəlinləri
çay gətirir. Hamı “şirin çay” içir.
Bundan sonra bəzən yemək də verirlər.
Elçilər gedəndən sonra qızın bacısı
və ya gəlinləri “gəlinin” “bacılığı”gilə
yollanırlar. Çünki elçi gələndə
qız evdə oturmaz. Onlar qıza mübarək
deyir və evə gətirirlər. Evdə qızı
qardaşları, ata-anası təbrik edəndə
o, həmişə ağlayır.
Bəlgə və ya kiçik nişan
Qızın
“hə”sini aldıqdan sonra uzağı bir aya qıza
“bəlgə” deyilən kiçik nişan gətirirlər.
Yenə də əvvəldən qız evini xəbərdar
edirlər. Bu məclisdə iyirmi beş, otuz nəfərə
yaxın adam iştirak edir. Burada ən çox qızın
rəfiqələri, tay-tuşları olur. Onlar
bəzədilmiş stolun arxasında, - qızın
dövrəsində əyləşirlər.
Oğlan evi gəlir, özləriylə bir nişan
üzüyü, bir yaylıq və şirniyyat
gətirirlər. Məclis başlanmamış
oğlanın bacısı, qardaşı, gəlinləri
və ya atası üzüyü qızın barmağına
taxır, yaylığı çiyninə salır
və bir şirni götürüb qıza dişlədir,
yarısını isə götürüb oğlana
gətirirlər.
Sonra hamı ağzını şirin eyləyir.
Yeyib – içib şənlənirlər. Oğlan
evi gedəndən sonra qızların məclisi
başlanır. Təzə gəlin bir – bir sağ
əlini subay qızların başına qoyur.
Sonra durub yerini verir qızlara. Bir də qız
üzüyünü kimə birinci versə ki
salsın barmağına, deyirlər indi növbə
onundur, o, gedəcək.
Sonra qızlar evə gedəndə özləri
ilə şirniyyat aparırlar. Gecə yatanda isə
iki eyni cür nişan şirnisindən qoyurlar
balışın altına. Deyirlər ki, onda gedəcəyi
oğlanı yuxuda görürlər.