əsasə
  bayram
  qonaqpərəstlik
  toy mərasimi
  melodiyalar
  rəqslər
  ölüm və dəfn
  yas
  inanclar
  fallar
Bayramlar
Matəm günlər
Adət və ənənələr
Xalq sənətkarlığı
Milli geyim
Xalq tabəbəti
Cari
   
 
***

Paltara sap ilişəndə onu götürüb şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq.

***

Bayram axşamı hamı yatandan sonra qaranlıq evdə, qabda böyük kağız yandırıb ağ divarın küncünə tutursan. Bu zaman divardasevdiyin adamın hansı sənətdə iştədəyi göstərilir.

***

Bu falda dörd nəfər oğlan, bir nəfər qız nəzərdə tutulur. Kibrit qutusunun hər 4 tərəfinə bir kibrit çöpü salmaq lazımdır. Onlar oğlan adları ilə olur. Qutunun üstünü deşib, ora bir çöp salırlar. Bu qız adı ilə olur. Sonra çöplərin hamısını yandırırlar. Kənardakı çöplərin hansı ortadakına meyl etsə, deməli o oğlan qızı istəyir. Əgər heç biri meyl etmirsə, deməli istəmir.

***

Bayram günü hərənin adına bir şam yandırırlar. Kimin şamı tez yanıb qurtarsa, onun ömrü gödək olur.

***

Bayram günü ürəyində bir arzu tutub, bütün gecəni yatmırsan. Bir ildən sonra həmin gecə tutduğun arzuya çatırsan.

***

Birinin kirpiyi üzünə düçəndə, soruşurlar ki, ürəyində bir arzu tut və de görək kirpiyin hansı üzündədir? Əgər düz tapsa arzusu çin olacaq.

***

Ay üç günlük olanda ürəyində bir arzu tut və hamı yatandan sonra eyvana çıxıb aya bax. Sonra uzanıb yat. Iki gün təkrar elə. Üçüncü gün yuxuda ərə gedəcəyin oğlanı görəcəksən.

***

Üçqanadlı yarpaq götürmək lazımdır. Iki qız iştirak eliyə bilər. Biri yarpağı əlində saxlayır və hər yarpağa onların hər ikisinin tanıdığı oğlan adları verir. O biri qız yarpağın birin çəkir. Üç dəfə bunu təkrar eliyirlər. Əgər hər üçündə eyni oğlan adı düşürsə, deməli, həmin oğlana qismət olacaq.

***

Saçın üstünə hər öz adına bir buğda atır və hərə üçlükdə bir arzu tutur. Kimin buğdası tez çırtdasa, onun sevdası baş tutacaq.

***

Nişan üzüyündən sap keçirib, baş barmaq ilə şəhadət barmağı arasından neçə yaşın varsa, o qədər endirib qaldırırsan. Sonra sapı əlinin içinə düz tutursan. Əgər yanlara gedib gəlirsə, sayırsan, o gədər oğlun, əgər fırlanırsa, o qədər qızın olur. Əgər tərpənmirsə, uşağın olmur.

***

Kibrit qutusunun içinə tək və ya cüt sayda kibrit çöpü qoyursan. Istədiyin oğlandan kibrit çöpünün tək və ya cüt olduğunu soruşursan. Əgər düz tapsa, deməli o oğlana qismət olacaqsan.

***

Suda hər hansı bir şəhsin falına baxmaq üçün hər şeydən əvvəl işlənilməmiş müəyyən su qabı, cam qötürülür. Bundan sonra yarım stəkan su götürüb həmin qaba tökmək lazımdır. Fala baxan şəhs fikrində, ürəyində falına baxdığı adamın adını tutmalıdır. Bu zaman suyun üzərində əmələ gələn ləkələrə görə adamın taleyindən xəbər vermək olar.
Dağ şəklində olan ləkələr falına baxılan adamın uzaq yola çıxacağını göstərir.
Quş şəklində olan ləkələr bu adama şad bir xəbər çatacağını bildirir.
Dairəvi şəkildə olan ləkələr bəd xəbər və ya göz yaşı bildirir.
Suyun üzəri ləkəsiz olduqda bir açıq yol və uzun ömür bildirir.

Noxud falı

Noxudla bir fala baxmaq üçün hər şeydən əvvəl falına baxılan şəxs ürəyində bir niyyət, arzu tutulmalıdır. Bundan sonra 41 dənə noxud götürülür. Noxudları sayına görə yox, əllə təxmini olaraq 3 hissəyə bölmək lazımdır. Sonra bir hissisini ayırıb götürmək və həmin hissəsi öz növbəsində iki yerə bölmək lazımdır. Yenidən bölünmüş bu iki hissənin birindən dörd noxud götürmək lazımdır. Həmin hissədə qalan noxudların sayına görə niyyətin və ya arzunun həyata keçib və ya keçməyəcəyəni bilmək olar.
Bir noxud adamın uzaq yola çıxaracağını bildirir.
Iki noxud kiminsə nə isə bir xəbər gözlədiyini və ya darıxdığını bildirir.
Üç noxud şadlıq və ya şad xəbər olacağını bildirir.
Dörd noxud nə isə bir məclis, yığıncaq olacağını bildirir.
Beş noxud niyyətin və ya arzunun həyata keçməyəcəni bildirir.

Üzük falı

Bir neçə qız bir yerə yığışıb üzük falı açırlar. Bir qab götürüb içınə su tökürlər. Üzüklürini çıxarıb həmin qabın içinə atırlar. Kənardan başqa bir qız çağırırlar. Əgər həmin qız qabdan götürdüyü bir üzüyü yiyəsinə düz verərsə üzüyü olan qızın bütün arzuları həyata keçəcək. Əgər üzük yiyəsinə düz qaytarılmasa, iynədən keçmiş əyrilmiş pambıq sapının ortasına salirlar üzüyü. Əgər üzük düz gedərsə, həmin adam sonsuz, sağ tərəfə çoxlu uşağı, sol tərəfə gedərsə istədiyi oğlanla xoşbəxt olacağı gözlənilir.

***

Boylu gəlinin başına xəlvətcə arxadan bir çimdik duz tökürlər və izləyirlər. Əgər gəlin ixtiyarsız əlini üzünə, alnına çəkərsə, qızı, əlini biğ-saqqal hissəsinə-çənəyə sürtsə oğlu olacaq.

***

Bu fala ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

 
dala
yuxari
 

 
Copyright © 2003-2007 Nigar Babazade. All rights reserved.