əsasə
   
  xalq tabəbəti
   
  türkəçarələr
   
  dərman bitkiləri
   
  müalicə tədbirləri
Bayramlar
Matəm günlər
Adət və ənənələr
Xalq sənətkarlığı
Milli geyim
Xalq tabəbəti
Cari
   
 
***
Dəvədabanın qurudulmuş yarpaqlarından (5-10q -200q suda) çay dəmləyib soyuqdəymələrdən baş verən tənəffüs yolları xəstəliklərində sinəyumşaldlcl və bəlğəmgətirici öskürək dərmanı kimi, xüsusi bronxitdə və ağ ciyar xəstəliklərində iltihabı aradanqaldırıcı dərman kimi qəbul edilir. Təzə dərilmiş yarpaqlarından alınmış şirəni şəkərdə və ya balla qarışdırıb bronxitdə, xüsusən bu xəstəliyin törətdiyi şiddətli öskürək zamanı gündə 4-6 dəfə xörək qaşığı ilə içirlər.

***
Xalq təbabətində bağayarpağından dəri yaralarının müalicəsində, xüsusən ciban və irinli yaralarının tez sağalması üçün keniş istifadə olunur.

***
Üzüm maddələr mübadiləsini, həzm prosesini, qan təzyiqini normallaşdırır və beləliklə, orqanizmin sağlamlığına və fəaliyyətinə kömək edir.

***
Üzümün giləsindən və üzüm şirəsindən tənəffüs yolları xəstəliklərində: xroniki bronxitdə, laringitdə, vərəmdə, plevritdə də çox geniş istifadə edilir.

***
Üzüm sinəyumşaldıcı və bəlğəmgətirici tə’sirə də malikdir.

***
Ürək zəifliyində üzüm gözəl müalicəvi tə’sir göstərir. O, ürək əzələsini qidalandıraraq onun tonusunu artırır, toxumaların oksigendən istifadəetmə qabiliyyətini yaxşılaşdırır. Qanda hemoqlobini çoxaldır, erutrisitlərin miqdarını artırır, leykositləri tənzim edir. Ona görə də qanda dəmir kəsirliyindən baş verən anemiya xəstəliyində üzümdən çox istifadə edilir.

***
Üzüm və onun təzə şirəsi ümumi zəiflikdə, iştahsızlıqda, qanitirmə, kollapsda və şok zamanı çox xeyirlidir.

***
Üzümün mə’də-bağırsaq xəstəliklərində, xüsusən mə’də turşuluğu artanda və atonik, spastik qəbizlikdə çox gözəl müalicəvi tə’siri var.

***
Üzümün yarpaqları da çox faydalıdır. Yarpağında çoxlu miqdarda karotin və askorbin turşusu olduğu üçün avitaminoz xəstəliklərində çox xeyirlidir.

***
Üzüm giləsindən hazırlanan bəhməz, doşab, irçal ümumi zəiflikdə, qanazlıqda çox gözəl qüvvətverici vasitədir.

***
Qurudulmuş moruq meyvələrdən hazırlanmış dəmləmə (çay) və ya mürəbbə soyuqdəymələrdə tərlədici kimi, eləcə də boğaz ağrılarından (anginada) iltihaba qarşı qarqara dərmanı kimi istifadə edilir.

***
Moruq meyvəsinin mədə-bağırsaq xəstəliklərində iştahı artırmaq və həzmolmanı yaxşılaşdırmaq üçün də işlədirlər.

***
Xalq təbabətində moruqun yarpaqlarının çayından qastritlərdə, enteritlərdə və eləcə də tənəffüs yolları xəstəliklərində büzüşdürücü və iltihabı götürücü kimi istifadə edir, boğaz ağrılarında qarqara dərmanı kimi işlədirlər.

***
Moruq meyvələrini çox vaxt cirə meyvəsi, dəvədabanı yarpaqları, çökə çiçəyi ilə bir yerdə bərabər hissədə götürüb çay kimi dəmləyərək əvvəldə göstərdiyimiz xəstəliklərdə xörək qaşığı ilə qəbul edirlər.

***
Qurudulmuş moruq meyvələrdən qaraqınıx otu ilə bir yerdə çay hazırlayıb iltihabı aradan qaldıran və mədənin həzm prosesini yaxşılaşdıran dərman kimi istifadə edirlər.

 
 
dala
yuxari
 

 
Copyright © 2003-2007 Nigar Babazade. All rights reserved.