əsasə
   
  xalq tabəbəti
   
  türkəçarələr
   
  dərman bitkiləri
   
  müalicə tədbirləri
Bayramlar
Matəm günlər
Adət və ənənələr
Xalq sənətkarlığı
Milli geyim
Xalq tabəbəti
Cari
   
 
Türkəçarələr

***
Xalq təbabətində təmizlənib qurudulmuş dəvətikanın köklərindən çay dəmləyib, soyuqdəymələrdə hərarətisalıcı, yarpaqlarından, çiçəklərindən və cavan budaqlarından hazırlanmış çay soyuqdəymələrdə tərlədici və sidikqovucu vasitə kimi işlədilir.

***
Dəvətikanın köklərindən, çiçək və meyvələrdən bir yerdə hazırlanmış sulu bişirmə ishala və dizenteriyaya qarşı istifadə edilir.

***
Dəvətikanın çiçəklərindən araqda çıxarış hazırlanıb (“dəvətikanı arağı”) xörək qaşığı ilə qarnı işləyən xəstələrə içirirlər. Quru yarpaqlarından çay dəmləyərək mədə və 12-barmaq bağırsaq xorasında yarasağaldıcı vasitə kimi verirlər.

***
Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay isə babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.

***
Tut yarpaqlarından xalq təbabətində çox qədimdən istifadə edilir. Onlardan çay dəmləyib şəkər xəstəliyində, ürək ağrılarında içirlər.

***
Meyvələri həm təzə halda yeyilir, həm də ondan doşab hazırlayıb ürək zəifliyində, qanazlığında qəbul edirlər.

***
Ağ tutun yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymədən baş verən xəstəliklərdə içirlər. Ondan tərlədici və hərarəti aşağısalıcı maddə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da istifadə edirlər.

***
Ma’də və onikibarmaq bağırsaq xoralarında ağ tutun meyvələri məsləhət görülür.

***
Yarpaq və qabıqlarından hazırlanmış məlhəmlə dəri yaraları müalicə olunur.

***
Ağ və qara tutun yetişmiş meyvələri qanartırıcı xassəyə malikdir.

***
Tut ağacının gövdəsinin qabıqlarından və kökündən çay dəmlənib, sidikqovucu dərman kimi işlədilir.

***
Qara tutun meyvələri qarın ağrılarında və dizenteriyada məsləhət görülür.

***
Abşeronda yerli əhali tərəfindən çuğundurun meyvəköklərindən alınan təzə şirə xroniki mə’də-bağırsaq xəstəliyində həzm prosesini yaxşilaşdirmaq üçün istifadə edilir.

***
Çuğundurdan müxtəlif yeməklər hazırlanır ki, bunlar da müalicəvidietik xassəyə malikdir. Məsələn, çuğundurda olan sellüloz və üzvi turşular ma’də şirəsini və bağırsağın peristaltikasını stimulə etdiyinə görə spastik kolitlərdə işlədilir.

***
Çuğundurun tərkibindəki çoxlu miqdarda vitəminlər dəmirlə birlikdə homopoezə stimuləedici tə’sir göstərir.

***
Cuğundurun tireotoksikoz, ateroskleroz xəstəliyinə tutunlara da xeyri var. Eləcə də bu xəstələri müşayiət edən ürək-damar sistemi xəstəliklərində çox faydalıdır.

***
Çuğundurda miqdarca çox olan vitəminlər və mineral duzlar (xüsusən kalium) antiaritmik, maqnezium hipotenzif, yod xolesterinolipoid mübadiləsinə müsbət tə’sir göstərir.

***
Çoxdan bəri xalq təbabətində çuğunduru işlətmə, sidikqovucu, iltihaba qarşı, ağrıkəsici və sinqa xəstəliyində istifadə edirlər.

***
Suda bişmiş çuğunduru qəbizlikdə işlətmə dərmanı kimi yeyirlər.

***
Xalq təbabətində qırmızı çuğundurun təzə toplanmış meyvəköklərindən alınan şirəni balla qarışdırıb vərəm xəstəliyinə qarşı qəbul edirlər.

***
Xalq təbabətində kasnının köklərindən sulu dəmləmə və bişirmə hazırlayıb xroniki mə’də-bağırsaq xəstəliklərində mə’dənin həzm prosesini yaxşılaşdıran, iştahanı və maddələr mübadiləsini artıran vasitə kimi və hənçinin öd yolları xəstəliklərində (sarılıqda) ödqovucu dərman kimi qəbul edirlər.

***
Kasnının köklərindən hazırlanmış dəmləmə və kasnı arağı şəkər xəstəliyində, eləcə də malyariyaya qarşı işlədilir.

***
Xalq təbabətində innab mürəbbəsi quru öskürəyə qarşı sinəyumşaldıcı vasitə kimi işlədilir.

***
Qurudulmuş innabın yarpaqladan çay dəmlənib, sidik kisəsinin iltihabında sidikqovucu dərman kimi qəbul edilir.

***
İnnabın meyvələri qan təzyiqini aşağı salmaq üçün istifadə edilir.

***
Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, eləcə də xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi istifadə edilir. Dərman məqsədilə ərik ağacının yapışqanından da (kitrəsindən) istifadə olunur.

***
Heyva yarpaqlarının dəmləməsi bronxial astmada çox gözəl müalicəvi tə’sir göstərir.

***
Heyvanın toxumları soyuqdəymələrdən baş verən tənəffüs yollarının iltihabında, bronxitlərdə sinəyumşaldıcı, iltihabı götürücü maddə kimi, eləcə də xroniki mə’də-bağırsaq xəstəliklərində, m’ədə xorasında, mə’dənin selikli qişasını yumşaltmaq, yaranı sağaltmaq üçün daxilə qəbul edilir.

***
Heyvanın yarpaqlarından və cavan budaqlarından çay dəmləyib ürək ağrısında sakitləşdirici və qan təzyiqini azaldıcı vasitə kimi içirlər. Meyvəsindən hazırlanmış mürəbbə ürək zəifliyində qüvvəverici kimi məsləhət görülür.

***
Xalq təbabətində bəlğəmotunun yarpaqlarından, çiçəklərindən və köklərindən dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici vasitə kimi istifadə edilir.

***
Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.

 

 
 
gabaga
yuxari
 

 
Copyright © 2003-2007 Nigar Babazade. All rights reserved.