| |
Azərbaycan daş plastikası
Daş insanların məişətində
ən qədim və təbii sərvətlərdən
biri sayılır. İbtidai insanlar daş alətlər
vasitəsilə özlərinə yemək əldə
etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər.
İbtidai insanların ilk yaşayış məskənləri
(mağaralar və s.) daşdan tikilmiş, qadınların
ilk bəzəyi, ilk qələm və lövhə
də daşdan hazırlanmışdır. O insanların
estetik zövqünün inkişaf etdirilməsində
böyük rol oynamışdır. Əbəs
deyildir ki, alimlər ən qədim rəsm nümunələrinə
daş və qayalar üzərində rast gəlirlər.
Elə buna görə də xalqımız uzaq keçmişlərdən
tutmuş bu günədək daşı həmişə
müqəddəs saymışdır. Alimlərimizin
fikrincə, Azərbaycan ərazisində illahiləşdirilmiş
təbii obyektlərdən ən qədimi daş
olmuşdur. Dağa, qayaya, mağaralara sitayiş,
daşdan müalicə vasitəsi kimi istifadə
etmək Azərbaycanda geniş sürətdə
yayılmışdı. Elmi araşdırmalar göstərmişdir
ki, uzaq keçmişlərdə ölkəmizdə
daşdan insan, heyvan fiqurları düzəltmək,
onların üzərini bəzəmək məhz
bu məqsədlə edilmişdir. Keçmişin
yadigarı sayılan bu abidələr hazırda
bizi daha çox bədii və estetik xüsusiyyətləri
ilə maraqlandırır. Onlar xalqımızın
müxtəlif dövrlərdə əl qabiliyyəti,
dünyagörüşü və zövqü haqda
geniş mə’lumat verir.
Yurdumuzda daşdan düzədilmiş və üstü
bəzədilmiş daş abidələrin tarixi
uzaq keçmişlərə təsadüf edir. Oyma,
yonma, çızma üsulu ilə daş üzərində
həkk olunmuş təsvirlərin ən qədim
nümunələrinə hələlik alimlərimiz
Ordubad (Gəmi qayası), Abşeron (Mərdəkan,
Şüvəlan kəndlərində) və Bakı
şəhərindən 60 kilometr cənubda Xəzər
dənizinin sahilindən bir qədər aralı
Qobustan qayaları üzərində rast qəlmişlər.
Təxminən eramızdan əvvəl IV minillikdən
tutmuş əsrimizin əvvələrinədək
müxtəlif dövrlərdə yaradılmış
bu sənət əsərləri öz məzmunu,
bədiiliyi ilə diqqəti cəlb edir.
Daşı oyma, yonma, cızma üsulu ilə bəzəməkdən
Azərbaycanda orta əsrlərdə də geniş
istifadə edilmişdir. Əldə olan materiallar
göstərir ki, orta əsrlərdə daş üzərində
oyma, yonma, cızma üsulu ilə bəzək açmaq
və ya fiqur həkk etməklə bərabər,
xlaq ustaları daşdan müxtəlif məzmunlu
heykəllər də düzəldirdilər.
Orta əsrlərə aid edilən plastik sənət
nümunələrimiz içərisində daş
insan fiqurları əsas yer tutur.
Son illərdə, əsasən Şamaxı və
Ağdam şəhərləri ətrafında tapılmış
bu monumental plastik sənət nümunələri
alimlər arasında böyük maraq oyatmışdır.
Şamaxının Dərə-Xınıslı
və Dağkolanlı kəndləri yaxınlığından
tapılmış heykəllər üslub e’tibarı
ilə bir-birinə bənzəsə də, ayrı-ayrı
vəziyyətdə və ölçüdə düzədilmiş
müxtəlif tipli kişi fiqurlarını əks
etdirir. Şamaxıdan tapılmış fiqurların
ən böyüyünün hündürlüyü
2,23 metr, ən kiçiyinin isə 1,35 metrdir.
1946-cı ildə Dərə Xınıslı kəndindən
tapılmış daş heykəl xüsusilə
maraqlıdır. Yerli əhəng daşından
yonulub düzədilmiş bu heykəl uca boylu namə’lum
bir şəxsi təsvir edir. Haqqında bəhs
etdiyimiz fiqur bu ərzində aşkar edilmiş başqa
heykəllər kimi başsızdır. Baş yerinin
formasından mə’lum olur ki, fiqurun başı sonralar
hansı səbəbə görə isə sındırılmışdır.
Fiqurun əllərinin vəziyyəti də bu ərazidə
tapılan əksər heykəllərdə olduğu
kimidir. Onların əksəriyyətində sol əl
ürək, sağ əl isə bel tərəfdə
təsvir edilmişdir. Fiqurun bədənində
geyim olduğunu bildirən xətlərin izləri
görünür. Kürəyinin yuxarı hissəsində
bu ərazidən tapılan o biri heykəllərdə
olduğu kimi dalğavari xətlər vardır ki,
bu da təsvir olunan şəxsin uzun saç saxladığını
göstərir.
İnsan fiqurunu təsvir edən heykəllər
içərisində 1973-cü ildə Ağdam rayonunun
Böyəhmədli kəndində yaxınlığından
tapılmış abidələr xüsusilə
diqqəti cəlb edir.
Cür’ətlə demək olar ki, insan fiqurlarını
təsvir edən bu heykəllər indiyə qədər
Azərbaycan ərazisində tapılan ən orijinal
plastik sənət örnəklərindəndir.
Sxemetik, real proporsiyalardan xeyli kənar bir tərzdə
jonulub düzəldilməsinə baxmayaraq bu plastik
sənət nümunələri öz əzəmətli
görünüşü ilə insanı heyran
edir. İndi təsəvvür etmək olar ki, azı
min, min beş yüz il bundan əvvəl yol ayrıcına
və ya hündür təpə üzərinə
qoyulmuş bu heykəllər öz dövrünün
adamlarına neçə tə’sir edirmiş. Xüsusilə
fiqurun gözləri, döşünün üstündə
qatlanıb yuxarı açılmış əlləri
çox orijinal təsvir edilmişdir. Bu heykəllərin
ən böyüyünün hündürlüyü
3 metr, ən kiçiyininki isə 1 metrdir. Həmin
heykəllər ilk nəzərdə üslub e’tibarilə
Şamaxıdan tapılmış fiqurlardan fərqlənsələr
də, onları bir-birinə bənzədən çoxlu
əlamət vardır. Bunları fiqurların statik
duruşunda, əllərinin vəziyyətində,
etnik tipində, saçlarının uzun olmasında
və s. görmək olur.
Azərbaycan ərazisində bu tipli daş fiqurların
aşkar edilməsi heç də təsadüfi deyildir.
Mənbələr göstərir ki, türkdilli
xalqlar islam dinini qəbul etməmişdən qabaq
hər bir igidin məzarı üstə insan fiqurlu
heykəllər qoyarmışlar. İlk orta əsrlərə
aid çin, ərəb, Orta Asiya mənbələrində
bu tipli heykəllərin müqəddəs sayıldığı
və onlara sitayiş edildiyi qeyd olunur.
VII əsrdə yaşamış alban tarixçisi
Moisey Kaqankatvasi öz «Aqvan tarixi» əsərində
Azərbaycan ərazisində yaşayan tayfaların
daşdan heykəllər yonub ona sitayiş etdiklərini,
onların şərəfinə hətta at, qoç,
sığır qurbanları verdiklərini xüsusi
qeyd edir. Moisey Kaqankatvasinin bu tayfaların uzun saç
saxlayıb, mahir ox atan olduğları haqda verdiyi
mə’lumat qiymətlidir.
|
|