| |
Azərbaycan
Respublikası dərman bitkilərilə çox zəngindir.
Bu bitkilər respublikanın hər yerində - meşəliklərdə,
çəmənliklərdə, düzənliklərdə,
səhra yerlərində, kolluqlarda və hətda
əkin sahələrində, bostanlarda, bağlarda
yabanı halda bitir. Bir çox kənd təsərrüfat
bitkiləri: heyva, qarğıdalı, balqabaq tumu
və başqaları da dərman hazırlamaq üçün
xammal kimi istifadə olunur. Xüsusən dağ-meşə
rayonları: Quba-Xaçmaz, Zaqatala-Şəki, Talış,
Dağlıq Qarabağ zonaları və həmçinin
Naxçıvan, Zuvand və başqa ərazilər
dərman bitkilərilə zəngindir.
Azərbaycanda çoxlu miqdarda itburnu meyvəçikləri,
kəklik otu, çobanyastığı
çiçəkləri, çobansüzgəçi,
yemişan meyvəçikləri və gülləri,
qan otu, palıd ağacı qabığı, razyana
meyvəçikləri və s. toplamaq mümkündür.
Azərbaycan iqliminin müxtəlifliyi istənilən
miqdarda, tələb olunan dərman bitkilərinin
istehsalına imkan verir.
Məsələn, Abşeronda yaxşı inkişaf
edir oleandr, Şəki-Zakatala zonasında Qazanlıq
qızıl gülü və nanə, yarpız
yaxşı inkişaf edir.
|