18 oktyabr – Dövlət İstiqlaliyyət Günü
1991-ci
il avqustun 30-da Azərbaycan respublikasının
növbədənkənar sessiyasında dövlət
istiqlaliyyəti haqda bəyannamə qəbul olundu.
“Azərbaycan xalqının ali dövlət maraqlarına
əsaslanaraq, 1918-1920-ci illərdə Azərbaycanın
artıq bir isriqlal dövlət kimi tanınması,
Azərbaycan bir suveren dövlət kimi dünya
içtimayəti tərəfindən tanınması,
Azərbaycan konstitusiyana əsasən, bütün
beynəlxalq normalara riayət edilməsi, milliyətindən
asılı olmayaraq, bütün vətəndaşların
insan hüququnu qorumaq, başqa dövlətlərin
sərhədini tanımaq və pozmamaq, bütün
ölkələrlə dostluq əlaqəsi yaratmaq,
BMT və başqa beynəlxalq orqanlarının
qanunlarına riayət etmək və başqa səbəblərlə
əlaqədar Azərbaycan Respublikasını
öz istiqlaliyətinin bərpa olunma qərarını
qəbul edir.”
1918-ci il mayın 28-də Azərbaycan Milli Sovetinin
qəbul etdiyi bəyannaməni əsas tutaraq, 1991-ci
il avqustun 30-da Azərbaycan Ali sovetinin Azərbaycan
respublikasının istiqlaliyyəti haqda bəyannamə
qəbul olundu və 1991-ci il oktyabrın 18-də
AR Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə
Konstitusiya aktı qəbul etdi. Bu andan, yəni
1991-ci il oktyabrın 18-dən ölkəmiz istiqlal
bir ölkədir və xalq bunu bir bayram kimi qeyd
edir.


