Ramazan bayramı
Müqəddəs
Ramazan ayı müsəlmanlara hicrinin ikinci (622-ci
il) ili tə’yin edilmişdir. Ramazan ayı insanlara
Allahı sevmək prinsiplərini öyrədir,
onlara öz iradə qüvvələrini, dözümlüyünü
yoxlamaq imkanı verir, insanlara gözüaçıq,
təmiz vicdanla olmağa yönəldir. Və
oruc tutmaqla ifadə olunur.
Orucluq hicrinin ikinci ilində Məhəmməd
Peyğəmbəri tərəfindən Mədinədə
bu məqsəd üçün Ramazan ayı tə’yin
olandan öz tarixini başlayır. Məhz Ramazan
ayının axırıncı on gecələrinin
birində Quran hədiyyə edilmişdir. Deyəlinə
görə bu ayın 23-dən 24-nə keçən
gecə, ya da 26-dan 27-nə keçən gecə
baş vermişdir. Bu gecə “laylat alkadr” – qüdrətli,
əzəmətli gecə adlanır. Quranda bu gecə
haqda belə yazılır: “Biz bu gecə həqiqətən
qüdrət, əzəmət hədiyyə etmişik,
bu gecə min aylardan da qüdrətlidir, mələklər
aşağı enərək, Allahın əmrini
gözləyirlər, bu gecə şəfəqin
doğmasına qədər aləmdir, sülhdür”
(97:1-5).
Orucluq vaxtı günün işıqlı vaxtı
yemək, içmək, siqaret çəkmək,
ər-arvad borcunu yerinə yetirmək və s. olmaz.
Bunlardan yalnız uşaqlar, xəstələr,
boylu qadınlar, cəbhədə vuruşanlar,
yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan
ayında təzə ay çıxandan başlanır
və 29-30 sutka davam edir. Quranda yazılır: “Yeyin,
için ta qara sapın ağ sapdan seçilənəcən,
sonra qaranlıq düşənəcən oruc
tutun” (2:187).
Orucluq hələ İslamdan da əvvəl mövcüd
idi. Hələ qədim ərəblər öz
allahların naminə oruc tuturdular. Bu haqda Quranda
deyilir: “Sizlərə oruc tutmaq göstərişi
verildiyi kimi, bizdən əvvəlkilərə
də həmin göstəriş verilmişdir”.
Orucluq pəhrizi qurtarmaq – id əl-fitr – bayramı
ilə başa çatır. Həmin gün bütün
imkanlı müsəlmanlar kasıblara yardım
etməlidirlər. Fitrə edərsən bütün
ailə üzvləri nəzərə alınır.
1993-cü ildən Orucluq bayramı dövlət
səviyyəsində qeyd olunur.