əsasə
  1 yanvar
  8 mart
  20-21 mart
  9 may
  28 may
  15 iyun
  26 iyun
  18 oktyabr
  12 noyabr
  17 noyabr
  31 dekabr
  Qurban
  Ramazan
   
  New
Elçin Muxtar ELXANın Novruz Bayramı haqqında məqalələr.
Bayramlar
Matəm günlər
Adət və ənənələr
Xalq sənətkarlığı
Milli geyim
Xalq tabəbəti
Cari
   
 
KOSAKOSA

Notalar

Günsevər əcdadımızın qədim mifik görüşlərində ilin Yazgüıntəni 20-21 mart günü ulu Günəş «taxta çıxıb yer üzündə hakimiyyəti ələ aldıqdan» sonra günlərin işığlı çağları tədricən artmaqa başlayır və 21-22 iyun Yaygündurumu günləri Günəş öz «hakimiyyəti dövrü»nün ən uca zirvəsinə qalxaraq yer üzünün şimal yarısında ilin ən uzun gündüzünə nail olurdu. * Lakin elə həmin «uzun gündüz»dən etibarən Günəşin hərarəti günbəgün aşağı enməyə başlayır, get-gedə gecələr uzanır və nəhayət, sentyabrın 23-24 Payızgüntəni günü, guya «zəifləyib taqətdən düşmüş» ulu Günəş düz altı aylıq «hökmüranlıq»dan sonra, necə deyərlər «taxtdan salınır» və bundan sonra o, gündən-günə üzü aşağı, «dərin və zülmət quyu»ya sarı yuvarlanmaqa başlayır və yuvarlandıqca gündüzlər qısalır, gecələr uzanır və dekabrın 21-22 Qışgündurumu günləri həddindən «qocalmış» Günəş Qalaktikanın mərkəzi sayılan zodiaqın KOUS (ərəbcə «Kaman» deməkdir, sonralar onu «Oxatan» adlandırmışlar) bürcünün ən dərin nöqtəsinə düşür. Bu vaxt yer üzündə 14 saat davam edən ilin ən uzun gecəsi baş verir və guya bu dəm KOUSOĞLAQ bürcləri arasındakı bir «keçid»də Zülmət ilə Nur arasında ölüm-dirim savaşı başlayır. * Nəticədə, OĞLAQın köməyilə Günəş KOUSa qalib gəlib OĞLAQ bürcündə sığınacaq tapmaqla, sən demə orada tamam «cavanlaşır» və bu halda artıq OĞLAQın belində Zülmət quyudan yuxarı qalxaraq yenidən bu qoca dünyaya qədəm basır və bu zaman qaranlıq dünya-aləm nura qərq olur. * Bir sözlə, ulu Günəşin bir illik «səyahəti» ulu babalarımızın təxəyyülündə bu cür təcəssüm olunub müvafiq bayram, mərasim və ayinlərdə öz əksini tapmışdır. Belə ki, ilin ən uzun «Yelda» gecəsi, Günəşin necə deyərlər «ölüb yenidən dobulmasına» həsr olunub, xalqımız arasında həm son, həm əzəl bayram sayılan ÇIRAQAN bayramı keçirilmişdir. Bu uzun gecə qara libaslara bürünmüş insanlar səhərə kimi yatmayıb «ölüm-dirim savaşı»na, Cünəşin KOUSə «qalib gəlib bu dünyaya qayıtması»na önəmli təkan vermək məqsədilə bütün şəhər və kənd meydanlarında, uca dağ-təpə başında saysız-hesabsız tonqallar alışdırmışlar. Dan yeri sökülən zaman isə hamı birlikdə ənənəvi «Gün çıx» oxumaları ifa etməklə QIZIL // QIRMIZI GÜNü yer üzünə dəəvət edib salamlamışlar. Ədəbiyyatda bu qədim mərasimə «Günəşi istiqbal», yəəni Səma Odunun salamlanması, el-oba içində isə «Danatma» adı ilə tanınır * KOSAKOSA tamaşasının məzmununa diqqət yetirsək, onun açıq-aşkar və birbaşa «Günəşin taxta çıxması» və NOVRUZ gününə uzaq adiyyatı olduqunu görmək çətin deyil. Əslinə varsaq, o daha çox Qışgündurumu günləri qeyd olunan ÇIRAQAN bayramının məzmunu ilə bağlıdır. Belə ki, Xİİ yüzildə keçirilmiş təqvim islahatı nəticəsində əvvəllər ilin başlanqıcı sayılan ÇIRAQAN bayramında ifa olunan bu mərasim tamaşası NOVRUZ ərəfəsindəki İLAXIRÇƏRŞƏNBƏLƏRİnə atılmış və həmin tədbirlərin məzmunu və məqsədlərinə uyğunlaşdırılmışdır. İndi burada KOUS bürcü süni olaraq şaxtalı zalım qışın «rəmzi surəti»nə çevrilərək KOUSƏ-KOSA adı ilə çağırılmış, Günəşi insanlara qaytaran cəsur və dözümlü OĞLAQ isə TƏKƏ adı ilə yazın-baharın qondarma «timsalı» tək şöhrət tapmışdır. Başqa sözlə desək, KOSAKOSA yalnız 800 ildir ki, NOVRUZ bayramına qovuşmuşdur. * Ən azı 4000 il yaşa malik bu qədim tamaşanın ədəbi mətni, deyək ki ilkin «dramaturgiyası», təbiidir ki erkən çağlar tam başqa şəkildə səslənmişdir. Təəssüflər olsun ki, həmin mətnlər bizim zamana gəlib çatmamışlar. Hal-hazırda əldə olan mətnlər isə demək olar ki ötən əsrin «məhsulu» olub həqiqətdə həvəskar məhəlli şairlərin qoşduqu şerlərdirlər. Onları qoşanlar və ifaçılar tamaşaya dəxli olmayan, tutalım «Mərmər hovuzun dörd qırağında» və buna oxşar şübşəli nəğmə və şer parçaları, məzəli mükalimələr əlavə etməklə tamaşanı istədikləri qədər uzada bilmişlər. * Bir sözlə, zaman-zaman bu tamaşa öz erkən mətləbindən tam uzaqlaşaraq ciddi mərasim xüsusiyyətlərini itirmişdir. Son illər, bir adət olaraq NOVRUZ bayramı günü ifa olunan KOSAKOSA oyunu müəmmalı və anlaşılmaz bir məzmuna malik, məənasız və bəsit bir əyləncə, olsa-olsa sirk təlxəklərinin ifa etdiyi şit, qaba və bəsit zarafatlar, bayağı oxuma və ləyaqətsiz səhnələrdən ibarət bir «məzhəkə»dir. Bunlara baxmayaraq, hazırda əldə olan mətnlərin məzmunu, vaqiələrin ardıcıllıqı və tamaşanın pərakəndə süjetini izləyib müəyyən fərziyələrə əsaslanaraq tamaşanı, təqribən də olsa, bərpa edib həyata qaytarmaq mümkündür. * İndi gəlin KOSAKOSA mərasim tamaşasının rekonsruksiya olunmuş bir variantını ilə tanış olub onun nisbətən erkən çağlarını təsəvvürə gətirək. * Vaxtilə gündüz günorta çağı göstərilən bu mərasim tamaşasını geniş bir məkanda, deyək ki şəhərin mərkəzi meydanında, yaxud karvansara həyətində, kəndirbaz üçün qurulub «karxana» və ya «dor» adlanan bir qurğunun altında keçirilmiş, karxana isə bu oyunda, demək olar ki bir növ müasir teatr dekorasiyasını əvəz etmişdir. Belə ki, bu «dekorasiya», bir qayda olaraq bir-birindən 10-15m. aralı, 3-4m. hündürlüyündə yerə basdırılmış iki və ya üç şalbandan ibarət olub iki - biri uca, biri alçaq dirəyin haçalarına maili şəkildə tarım çəkilmiş yoğun kəndir dolanırdı. Buradakı uca dirək əlvan yaylıqlar, ulduz-ay nişanları ilə bəzəndiyi halda, o biri, ondan bir qədər alçaq olan dirək qara yaylıqlar ilə süslənirdi.

* * *
Başlanqıcda meydanda tamaşanı idarə edən şəxs, daha doğrusu oyunun icraçısı, yaxud aparıcısı (vaxtilə ona «Önayaq», «Keçəl», «Kosabaşı» və s. adlandırsalar da, biz onu OYUNBAŞI çağıracayıq) peyda olur və onun işarəsilə bir az kənarda, dəstə şəklində durub bellərinə qırmızı yaxud yaşıl qurşaq, başlarına qırmızı çatqı sarımış, yaxud araqçın qoyub, əllərində taxta qaşıq-çömçə, bəəziləri isə yanan şam tutmuş ağ köynəkli yeniyetmə oğlanlardan (5-6 nəfər) ibarət kiçik bir Xorun ifasında: «Ay həccələr, hüccələr (yəəni çox hörmətli qonaqlar), gəlir əziz gecələr, uzanar gündüzlər, qısalar gecələr» və digər sözlərdən ibarət məəlum bir nəğmə səslənir. * Bu ənənəvi oxumadan sonra OYUNBAŞI ilk öncə şer dililə, ifa olunacaq mərasim tamaşasının nədən bəhs edəcəyini qısaca da olsa, tamaşaçıların yadına saldıqdan sonra yenə həmin Xorun ifasında: «Gün çıx, gün çıx, dağa, daşa sal işıq, qara bulud çəkilsin, qızıl günə yol versin. Gün çıx, gün çıx, payla işıq aydın açıq! İşıq payla, çağla, çağla, çağla qapımızda!» sözlərindən ibarət daha bir oxuma səslənir, Ardınca isə Xorun solisti: «Həsrətdən düşdüm xəstə, günüm qalx başım üstə. Tez ol çıx, mənim günüm, dağ-daşı bəzə günüm» - söyləyir və xor yenə: «Gün çıx, gün çıx, kəhər atı min çıx, gün özünü yetirəcək, qarı çöldən götürəcək» və s. oxuyur. * Bu zaman meydana axsaya-axsaya əlində ucu əyri naxışlı yekə bir çomaq KOSA daxil olur. O, meydanın bir yanında durmuş aparıcı və Xora məhəl qoymayıb guya kimisə axtararaq, oyan-bu yana, karxanaya göz gəzdirir, hər iki dirəyin başına, dibinə və kəndirin üstünə baxdıqdan sonra keçib qara dirək dibində gizlənmək istəyir. Onun hərəkətlərini maraqla izləyən OYUNBAŞI (onun qurşağından adətən kiçik bir təbil asılır, o, sözlərini çox vaxt təbil çalmaqla müşayiət edir) bu yerdə üzünü tamaşaçılara tutub astaca: «Qorxmayın, məclisə KOSA gəlib, gör necə də erkən gəlib, belində örkən, əlində əsa gəlib»- deyir. Ardınca Xor ucadan: «Ay, uyruğu-uyruğu, əritməmiş quyruğu, saqqalı it quyruğu, bığları yovşan KOSA» -oxuyur. Sonra aparıcı KOSAya: «A, bu KOSA hardan gəlib, süzdürüb yandan gəlib, yolu qoyub damdan gəlib, qolları mərcan gəlib» - deyir. * KOSA isə çox pərt olmuş halda dirək dibindən çıxıb meydanın ortasına varır. Burada aparıcı ona müraciətlə: «A, Kosakosa gəlsənə, gəlib salam versənə, öz şirin söhbətinlə məclisi əylətsənə» deyir. KOSA yenə çaşbaş qalıb bilmir nə eyləsin, gülməli şəkildə əzilib büzülür. * Bu zaman OYUNBAŞI yenə: «A. Kosakosa gəlmisən vaxtında meydanə sən, tutmayınca Günü sən, çəkilmə bir yanə sən» - dedikdən sonra, yenə KOSAya: «KOSA bizə görə qulluq?». KOSA özünü darta-darta: «Qulluq deyil, buyruqdu». Bu vaxt Xor: «Ay uyruğu-uyruğu, KOSAnın var buyruğu!». KOSA gülməşəkər olub özünü naza qoyub dartır və təkəbbürlə meydanı dolaşa-dolaşa: «Mən gəlmişəm kef görəm, zurna görəm, dəf görəm» deyir. Bu dəm aparıcı ona: «KOSA, pozma halını, yırğala saqqalını, qanını etmə qara, bekar qalıb nağara, gəl biz çalaq, sən oyna, kor olsun düşman, oyna» dedikdə, Xor – qaşıq, aparıcı və tamaşaçılar isə əl çalır, nağara (təbil, qoşanağara) səslənir və KOSA şövqlə: «Dumbulu çala-çala getdim bağa ..», yaxud «Üşüdüm, ha üşüdüm…» və ya «Bazardan aldım hidara qoz…» şerlərini oxuya-oxuya əzilib büzülərək rəqs etməyə başlayır. KOSAnın rəqsinə xeyli tamaşa edən OYUNBAŞI tamaşaçılara KOSAnı göstərərək: «Şiş papaq var başında, qələm oynar qaşında, KOSA yüz əlli beş yaşında, lap, lap cavandı KOSA» deyir, Nağara getdikcə iti ritmdə çalır. KOSA çırtıq çalıb ucadan cürbəcür əcaib səslər çıxarır, dəmir nallı başmaqını bərk-bərk yerə vurub şıdırığı rəqs edir. Aparıcı üzünü tamaşaçılara tutub: «KOSA necə oynayır, quş kimi qaqqıldayır, it kimi kimi zıqqıldayır, başmaqı taqqıldayır» *
Əski rəsm və yazılardan aydın olur ki, KOSAnın başında şiş papağ və ya balqabağa bənzər ucu qotazlı bir qalpaq olmuşdur. Sonralar isə onun başında bir qayda olaraq üzəri ay-ulduz təsvirlərilə bəzənmiş kəlləqənd kağızı olmuşdur. Əslində uzun konusvari papağlar uzaq keçmişdə münəccimlərin baş geyimi olmuş. Bu da KOSAnın ulduz bürcünü təmsil etdiyinə birbaşa dəlalətdir. O, uzun qollu gödək ağ ləbbadə geyərək, qılçaları dizdən yuxarı yalın qalırdı yaxud tərsinə geyilmiş qısa kürkün altından qarnına yastıq bağlayıb, qurşağına və boynuna kiçik zınqrovlar asır, yaxasını müxtəlif dəmir qırıntıları, heyvan ələngələri və pişik kəlləsilə bəzəyir, ayaqına altına nal vurulmuş taxta başmaq keyir Onun sifətində əsl keçi saqqalından və ya eşşək quyruqundan uzun saqqalı, mumdan şiş burnu olur. O, bəəzən üzünü sadəcə unlayır yaxud his-kömürlə qaraldır, bəəzən çiyinlərindən qoyun bağırsaqları asır, yanında lülə sümük və ya süpürgə gəzdirirdi.
* KOSA meydanda atılıb düşdüyü zaman sən demə, QIZIL//QIRMIZI GÜNü təmsil edən bir ip canbazı diqqəti özünə cəlb etmədən, lakin onu görmüş tamaşaçıların alqışı və Xorun «Gün çıx, gün çIx…» oxumasının müşayiətilə uca dirək başına qalxaraq əlinə ləngər götürüb tarım çəkilmiş kəndir üzərində yeriməyə hazırlaşır. * Hamının diqqəti canbazda olduqunu duyub görən KOSA birdən yerində donub qalır və sonra təşviş içində kəndir altında ora-bura vurnuxaraq, əcaib-qəraib səslər çıxarır, uca dirək başına qalxmı canbazı aşağıdan hədələyir. Əlindəki çomağı ox-kaman təki tutaraq, guya canbazı nişan alır və nəhayət, dirəyə yaxınlaşıb guya canbazı tutmaq üçün «ağaca dırmanmaqı» xatırladan hərəkətlərlə dirəyin başına çıxmaq istəyir, lakin azca qalxıb aşağı yuvarlanır. Xor isə dönə-dönə: «Gün çıx, gün çıx, dağa, daşa sal işıq, işıq payla aydın açıq! İşıq payla, çağla, çağla, çağla qapımızda» oxumasını ifa edir. * Uca dirək başında olan canbaz isə deyəsən həqiqətən KOSAnın hədələrindən təşvişə düşüb çox ehtiyatla kəndir üzərində yerimək istəyir və elə ilk addımda özünü saxlaya bilməyib əl-ayaqı ilə kəndirdən yapışıb sallanır və asılı halda aşağıya, qara yaylıqlarla bəzənmiş dirək tərəfə sürüşməyə başlayır. Aşağıdan onun hərəkətlərini izləyən KOSA həmin dirək altına keçərək orada gizlənib canbazı tutmaqa hazırlaşır. * Canbaz isə kəndirlə sürüşə-sürüşə qarşıdakı qara dirəyin üstünə çatıb oradan da aşağıya, yerə düşür. Elə bu dəm KOSA bir balıq toru, yaxud iri bir çuvalın ağzını açıb dərhal canbazın başına salıb tez çuvalın ağzını bağlayır və ya canbazı kəndirlə dirəyə sarıyır. Bundan sonra hədsiz sevinən KOSA ləzzətlə əllərini bir-birinə sürtür və çomağına taxta at kimi minib təkəbbürlə ucadan: «Mən gəlmişəm kef görəm, zurna görəm, dəf görəm» deyib, cuşa gələrək əl-qolu bağlı canbaz ətrafında «taxta at»-çomaq belində addanıb düşür, amma bu səfər onun üçün artıq nağara səslənmir, təərif deyilmir. Onun hərəkətlərini bir qədər kənardan müşahidə eyləyən OYUNBAŞI tamaşaçılara: «Ay, bərəkallah KOSA, gör necə dingildəyir, ona baxıb görənin, qulağı cingildəyir» deyir, Xor da artıq susur. KOSA bunlara əsla əhəmiyyət verməyib yenə addanıb düşür, tamaşaçıları əyləndirmək üçün gülməli hərəkətlər eyləyir, amma birdən ayaqları ilişir və o, şappıltı ilə yerə sərilir.

Notalar

 
âïåðåä
íàâåðõ
 

 
Copyright © 2003-2007 Nigar Babazade. All rights reserved.