| |
Notalar
* Dalınca
KOSA ah-ufla diz ystə dikəlib, başına, ayaqına,
yekə qarnına əl gəzdirib özünü
toxtatmaqa çalışır. OYUNBAŞI
tamaşaçılara «KOSA
dəliqanlıdı, qolları mərcanlıdı,
qarnına əl vurmayın, KOSA ikicanlıdı»
- deyir. Bu zaman KOSA bir də əlini şiş qarnına
sürtüb üz-gözünü əcaib hala
salaraq yazıq-yazıq tamaşaçılara: «İşlədim-işləmədim,
günüm budu, yediyim yarma aşı, yarısı
sudu, geydiyim yeddi dəst paltar, təzəsi budu»
- deyir. Ardınca Xor: «Bu
dərd səni yandırar, a KOSA, bu dərd səni
öldürər, a KOSA, düşmənləri
üstünə güldürər, a KOSA»
oxuyur. KOSA ağzı-gözü ilə gülməli
şəkildə ağlamsınaraq: «Qazancım
yayda lopuq, qışda topuqdu, inanın»
- deyib çomağına dirənərək ucadan:
«Aman-aman belim vay, kömək
edin ay haray, tutun mənim əlimdən, ağrı
getsin belimdən» deyə, zarıldayır:.
* Aramla KOSAya yanaşan OYUNBAŞI
sakitcə ona: «A, KOSAKOSA,
KOSAKOSA, abır-həyanı gözlə, saqqalı
yoldurma gəl, qalx ayaqa, durma gəl. Özün
etdin özünə, külü səpdin gözünə»
- deyir. KOSA isə yenə: «Aman-aman
belim vay…» və s. çığırır.
Hamı susur. Bu dəfə Xor: «KOSA
gedib özündən, rəngi qaçıb üzündən,
vay KOSAnın halına, yasdıq qoyun dalına».
Aparıcı isə üzünü tamaşaçılara
tutub: «Boğazı tut
saplağı, kirpidəndi papağı, KOSA gülmək
istəyir, qoymayın ağlamaqa»
deyib, tamaşaçılara göz vurur. Bu dəm
Xor OYUNBAŞInın işarəsilə: «Ay,
uyruğu-uyruğu…» sözlərilə
başlanan məəlum nəğməni təkrarən
oxuyur. KOSA ah-ufla yenə qalxmaq istəyir, yerində
səndələyir və belini tutaraq meydanın
ortasında yerə sərəlib özünü
vurur «ölülüyə». *
OYUNBAŞI hərəkətsiz,
nəfəssiz KOSAya yaxınlaşıb onun nəbzini
yoxlayır, üzünə su səpib onu ayıltmaq
istəyir, lakin KOSA ayılmır ki, ayılmır.
Ardınca aparıcı KOSAnın başı üstündə
əyləşib dua oxuyur, salavat çevirir, sonra
onun başını qaldırıb dizinin üstünə
qoyur və guya təşviş içində oxşaya-oxşaya
tamaşaçılara: «Bu
KOSA ölməkdədi, gözləri çölməkdədi,
Biçara qaldı KOSA, kəfənsiz öldü
KOSA». Gənclərin Xoru isə: «Aftafa
deşik, su durmaz, qazan kiçik, yağ durmaz, biçarə
qaldı KOSA, halvasız öldü KOSA,arşın
uzun, bez qısa, kəfənsiz öldü KOSA».
Dalınca OYUNBAŞI: «Əmiri
börk başında, qələm oynar qaşında,
yüz əlli beş yaşında, lap cavan öldü
KOSA. gəlməz kimsələr yasa».
Cavabında Xor : «Ay uyruğu-uyruqu…»
nəğməsini oxuyur, OYUNBAŞI:
«Arşın gətir, bez apar, çuval gətir,
qoz apar. Canın sağ olsun KOSA, başın sağ
olsun KOSA» deyir, sonra istehza ilə
tamaşaçılara: «Siz
KOSAya ağlayın, başa qara bağlayın»
deyir. Elə bu əsnada meydanda TƏKƏ
görünür. O, oğla tək ora-bura hoppanıb
mələyir. * Bu vaxt KOSA
diksinib xortlayır və yerindən dikələrək
həyəcanla: «Ölməmişəm
yalandı, kömək edin amandı, tutun mənim
əlimdən, ağrı getsin belimdən».
OYUNBAŞI hədsiz
təəccüb içində tamaşaçılara:
«KOSA ölüb, xortladı,
sırtıq üzün odladı».
Xor yenə: «Ay uyruğu-uyruğu…»
nəğməsini oxuyur. Aparıcı KOSAnın
əlindən tutub onu qaldırır. *
Oğlaqın mələməsindən xortlamış
KOSA özünü yaman itirir, dərhal çəkilib
dirəyə sarılmış canbazın qabağını
tutur ki, TƏKƏ
onu görməsin. Oğlaq əvvəl həqiqətən
onu görmür. Bu yerdə OYUNBAŞI oğlaqı
tamaşaçılara təqdim edir: «Bu
TƏKƏ axta TƏKƏ, boynunda noxta TƏKƏ,
tükləri bizbiz olar, qışda çıxar
taxta, TƏKƏ» və s. sözlərlə
TƏKƏnin
«təərifi»nə başlayır: «TƏKƏM,
TƏKƏM naz eylər, çobana avaz eylər, yığar
qoyun quzunu, bayramı pişvaz eylər. Bu TƏKƏnin
fəndi var, daş-kəsəkli kəndi var, hər
qapıda oynasa, bir nəlbəki qəndi var».
*
Xalq
arasında onu TƏKƏ deyə çağırsalar
belə, burada çəpiş, oğlaq təki nəzərdə
tutulur, onun «rolu»nu isə adətüzrə zirək
bir oğlan uşağı oynayır, O da KOSA təki,
yırtıq bir çuxanı tərsinə geyib,
belinç at və ya kəl quyruqu bağlayır,
sifətini hislə qaraldar yaxud üzünə dəridən
üzlük taxar, bəəzən isə üzərində
gözlər üçün deşik olub uclarına
zınqrov taxılmış qoşa keçi buynuzlu,
keçi saqqallı bir keçə papaq keçirirdi.
Elə bu səbəbdən xalq arasında ona «Təkəməsqərə»
(yəəni keçi təlxək) və «Keçəpapaq»
da demişlər. O, oyun zamanı əsla danışmaz,
yalnız arabir mələyib əlindəki qaşıqları
bir-birinə vurur.
* Təərifi eşidən
TƏKƏ
oxumanın ritminə uyğun əlindəki qaşıqları
bir-birinə vuraraq bir qədər yerində dingildəyib
rəqs edir. Bu vaxt OYUNBAŞI
hiylə ilə oğlaqdan: «KOSKOSAnı
gördünmü? KOSAya salam verdinmi? KOSA buradan ötəndə,
Qırmızı Gün gördünmü?»
deyə, soruşur. Bu sözləri eşidən
oğlaq ilanvurmuş təki dayanıb diqqətlə
ətrafa göz gəzdirir və qara dirək dibində
dirəyə sarınmış, yaxul çuval içində
tərpənən canbaz – QIZIL
GÜNün qabağını tutmuş
KOSAnı görür. Bu dəm yenə nağara
çalınır, oğlaq ucadan böyüyür
və çox əsəbi halda meydanda, gah geriyə
çəkilir, gah şaxə qalxıb KOSAnın
üzərinə şığımaq istəyir.
O, canbaza yaxınlaşmaq istədikdə, KOSA uzun
çomağı ilə keçinin qabağını
kəsir və sonra üzü tamaşaçılara:
«Keçinin əcəli
yetişəndə başını çobanın
çomağına sürtər»
- deyib, çomağın əyri ucunu TƏKƏnin
buynuz və ayaqlarına ilişdirmək istəyir.
Amma onun bu cəhdləri heç cür bbaş tutmur
və nəhayət o, çomağı hirslə
kənara atıb keçi ilə üz-üzə
durur və: «Keçi dərisin
soyarlar, üzünə saqqal qoyarlar»
- deyə, onun saqqalından tutmaq istəyir, onun yeriş-duruşunu,
səsini yamsılayır və sonra ağ ləbbadəsinin
uzun qolları ilə keçiyə buynuz göstərir,
nallı taxta başmaqlarını bərk-bərk
yerə vurmaqla, əynindəki dəmir-dümürü
silkələməklə, «xox», «fu» səsləri
çıxarmaqla TƏKƏni
hədələyib hürkütmək və hər
vasitə ilə onu canbazdan uzaqlaşdırmaq istəyir,
ardınca baş-başa verib, guya oğlaq ilə
kəllələşməyə hazırlaşır.
Bunlar isə keçini daha da hiddətləndirir.
O, QIZIL GÜNü
azad etmək üçün əlverişli məqam
axtarır və s. * Başqa
sözlə desək, bu yerdə nağaranın
müşayiətilə laloyunu tərzində «KOSA
ilə TƏKƏnin
savaşı» nümayiş etdirilir. Lakin bu məqamda
çomaq deyir KOSAnın dişinə və o hiylə
işlədib görünmədən itib yox olur.
Bu yerdə OYUNBAŞI
üzü tamaşaçılara: «KOSA
batdı palçıqa, ayağından nal çıxa,
uca dirək başından, bir Qırmızı
gün çıxa» deyir. Xor isə:
«KOSA getdi işinə,
çomaq dəydi dişinə, KOSAnı ötürdülər,
köçün gora sürdülər, TƏKƏ
gün çıxarmasa, gözlərin oymaq gərək»-
oxuyur. Ardınca «Gün
çıx, gün çıx,…»
nəğməsi təkrarlanır. *
TƏKƏ artıq
qalib gəlmiş tərəf kimi tamaşaçıların
şiddətli alqışı və Xorun təərifi
altında tez «qara dirəyə» yaxınlaşıb
canbazı dirəkdən açır və KOSAnın
atıb qaçdıqı çomağı isə
qaldırıb canbaz – QIZIL
GÜNə uzadır. O isə çomaqla
«qara yaylıqlı dirək» başına qalxır
və çomağı ləngər təki əlində
tutub cuşa gələrək, tamaşaçıların
alqışı və Xorun: «Birən-birən,
ikən-ikən, qəmzə başa qara tikan. Əvvəl
altı saymadıqım, doğurcıqım, nurlucıqım,
Gün çıx! Gün getdi su içməyə,
indi gələr, ay indi gələr, qırmızı
don biçməyə, indi gələr, ay indi gələr,
gün özünü yetirəcək, qarı yerdən
götürəcək» - oxumasının
müşayiətilə kəndir üzərilə
aramla qarşıdakı uca dirəyə tərəf,
yuxarıya qalxmaqa başlayır. *
Başqa
bir varianta görə, KOSA TƏKƏnı buynuzlayıb
həqiqətən öldürür, sonra canbaz
irəlidə TƏKƏ onun ardınca, hər ikisi
kəndirlə yuxarı qalxırlar. Canbazın zahiri
görünüşünə gəldikdə, vaxtilə
onun başını özünəməxsus biçimli
bir çələng bəzəmiş, qolları
və boynuna al-əlvan parça zolaqları və
yaylıqlar tikilmiş qırmızı libasına
parlaq ulduz təsvirləri sancılırdı. Sonralar
o başına araqçın keçirir, al qırmızı
ipək və ya atlas arxalıqın sinəsi və
kürəyini müxtəlif biçimli güzgü
qırıntıları, pardaxlanmış xırda
dəmir parçaları tikilirdi. Belə ki, onlar
oyun zamanı bərq vurub işıldayaraq «Günəş
təki nur saçıb» tamaşaçıların
gözlərini qamaşdırırdı.
* Bir sözlə, canbaz - QIZIL
GÜN kəndirin üzərilə
yuxarı yeriməyə başlayır. TƏKƏ
isə meydanda kəndir altında əlindəki
qaşıqları taqqıldadaraq canbaza ürək-dirək
verir, aşaqıdan onun hərəkətlərini
izləyib onları tənzimləyir. Canbaz yuxarı
qalxdıqca nağara və Xorun qaşıqları
səslənirdi. Xor isə: «Gün
çıx, gün çıx, kəhər atı
min çıx. Günüm nurdan su içib, al qırmızı
don biçib. Gün qalxıb dağ başına,
budu gəldi ha, budu gəldi. Örtübdü ağ
başına, budu gəldi ha, budu gəldi»
və s. oxuüur, OYUNBAŞI
isə onun dalınca: «Bu
TƏKƏ, yarış TƏKƏ, boynu bir qarış
TƏKƏ, KOSAyla gəl küsmə sən, onunla
barış, TƏKƏ!» deyə,
onu öyüyür. * Nəhayət,
canbaz uca dirəyin başına çatır, onu
aşaqıda izləyən TƏKƏ
sevinərək atlanıb düşür, tamaşaçılar
isə cuşa gəlib QIZIL
GÜNü alqışlayırlar. Bu
vaxt dirək arxasında qalanmış böyük
bir tonqala od vurulurdu. Xor yenə qaşıqları
bir-birinə vuraraq, yaxud əl çala-çala: «Gün
çıxdı, KOSA qaçdı, aləmə işıq
saçdı, dağlar yamyaşıl oldu, çöllər
çiçəklə doldu, QIZIL GÜN sən hər
gün çıx, dağa, daşa sal işıq»,
sonra isə: «Gün çıxdı,
lalə çıxdı, qızıl piyalə çıxdı,
göydən duman çəkildi. qaranlıqlar əskildi»
və dübarə: «Doğdu
Günəş qırmızı, topladı oğlan
qızı, hərə bir iri çiçək, bir
obanın ulduzu…» və bu kimi sözlərdən
ibarət şən-şux nəğmələrlə
QIZIL GÜNü
alqışlayır. * Bu sözlərdən
ruhlanan canbaz yuxarıda, kəndir üstündə,
TƏKƏ
isə aşağıda, meydanda daha bir neçə
«kəndirbaz hoqqası» (trük) nümaüiş
etdirirdi. Sonra Xor: «Ay, həccələr,
hüccələr, gəldi əziz gecələr.
Uzanar gündüzlər, qısalar gecələr,
sallanar torbalar bacadan, uşaqlar pay istər qocadan…»
mərasim nəğməsini oxuyur. Ardınca OYUNBAŞI
tamaşaçılara müraciətlə: «Bayram
gəlir, qohum-qardaş sağ olsun, şadlıq
olsun, ləzzət olsun, dad olsun, hamı dursun ayağa,
TƏKƏnin payın versin, verənin oğlu olsun,
verməyənin qızı, sayası sizin olsun»
deyir, Xor isə təkrarən: «Ay
həccəloər, hüccələr…»,
NOVRUZ ərəfəsindəki
şənliklər zamanı isə: «NOVRUZ-
NOVRUZ bahara, gələk sizə nahara. Süfrənizdə
gül olsun, gül olsun, bülbül olsun, bal olsun,
həm yağ olsun, evdəkilər sağ olsun…»
sözlərlə başlayan bir «novruzlama»
oxuduqdan sonra adət-ənənə olaraq tamaşaçılardan
ifaçılar üçün pay toplanırdı.
* Elə bu zaman meydanda: «KOSAnın
payın verin, balın verin, yağın verin»
deyə, çömçəni irəli uzatmış
KOSA peyda olur və o da, ayrıca tamaşaçılardan
pay yığmaqa başlayır. Bu dəm «marş
havası» çalınır və bununla gülüşmə
və sevinc içində KOSAKOSA
mərasim tamaşası tamamə yetir.
* * *
Sonralar zaman göstərdi
ki, KOSAKOSA oyunundan
ötrü hər kənddə, obada bir kəndirbaz
saxlamaq, yaxud onu kənardan dəəvət edib,
bundan ötrü karxana quraşdırmaq qeyri-mümkündür.
Və təbiidir ki, get-gedə oyundakı kəndirbazdan
tam imtina olundu. İndi bu tamaşada «karxana»nı
ikitaylı nərdivan əvəz edir yaxud canbaz -
QIZIL GÜN
bir cüt hündür və qarmaqlı taxtaayaqa
qalxıb onun üstündə gəzirdi. *
Oyunun digər qədim variantında KOSA
çiyninə içində məəbəddən
oğurladıqı Günəş tanrısı
Dədə Günəşi
təmsil edən bir qızıl heykəli və
ya alnına güzgü parçası yapışdırılmış
bir zərli-zibalı kişi kuklası-müqəvvanı,
yaxud üzərinə qırmızı parça
çəkilmiş bir dairə və ya içinə
balaca bir uşaq salınmış çuval ilə
meydana daxil olub, guya çuvalı gizlətməkdən
ötrü yer axtarır, sonra ağacın dibində
uzanıb yatır. Çuvalın içindəki uşaq
tamaşaçıları öz məzəli hərəkətlərilə
güldürürdü. Ardınca, həmin çuvala
təsadüf edən TƏKƏ
hər şeyi başa düşüb buynuzu ilə
yatmış KOSAya bir zərbə vurub onu öldürür
və beləcə QIZIL GÜN-uşaq
çuvaldan xilas olunurdu. Sonrakı illər KOSA
artıq çuvalına bir diri pişik salırdı.
Bir qədər sonra isə bunları KOSAnın «arvadı»
GƏLİN əvəz edirdi ki, onu da KOSA
uzaq bir yerdə gizlətmək istəyirdi və
s. * Beləliklə, erkən
QIZIL GÜNün
izləri tamamilə itirilmişdir. Açıq-aşkar
görünür ki, ilk çağlar, tutalım,
«Günəşi istiqbal»
adı daşıyan bu əsatir mənşəli
mərasim tamaşası təkamül zamanı
üç hissəyə parçalanmışdır.
Biri, sonralar sırf məişət tərzli Kosaöldü
// Kosagəldi // Kosa-gəlin adı
ilə tanınan meydan tamaşası. İkincisi,
bayram günləri ərzaq-pul toplamaq məqsədilə
evləri gəzərək nümayiş etdirilən
Qoduqodu // Dodudodu
və Təkə oyunu.
Üçüncüsü isə Kəndirbaz
oyunu // İpdə oyun tək şöhrət
tapmış ayrıca bir oyun növü. *
Bir sözlə, əski mərasim oyunlarımızı
gələcək nəsillərə ötürmək
istəyiriksə, bu milli irsi kor-koranə deyil, yetkin
formada, tarixi məzmunu və mənşəyi aşkarlanıb
bərpa olunmuş şəkildə etməliyik
ki, onlar əbədi olaraq yaşamaq hüququna malik
olsunlar.
Notalar
|