Ey,
gözəl bayram, ey gözəl Novruz!
Ey, min-min uşaqın
qəlbini şad edən Novruz!
Acların qarnını tox eyləyən Novruz!
Dur, gedək o tamaşaya,
Bax gör nə gözəl bayramdı, Novruz!
M.C.Məmmədquluzadə, 1910
il.
Günsevər
əcdadımızın qədim görüşlərinə
görə, ilin yazgüntəni
günü martın 20-21,
ulu Günəş yer ətrafına 365
gün, 6 saat dövrə vurduqdan sonra öz yerinə
qayıdır. Başqa sözlə o, zodiaq qurşağının
su təbiətli on ikinci B
a l ı q l a r bürcündən aylılıb
od-alov xassəli Q o ç
bürcünə daxil olur. Səma Odunun zodiaqın
bu bürcünə keçməsi (o, habelə yer
kürəsinin cənub yarısından şimal
yarısına qədəm basırdı) cünsevər
babalarımızın əqidəsində ilk öncə
Saf İşıqın zülmətə qalib gəlməsi
və ulu Dədə Günəşin
«taxta qalxaraq dünya-aləm üzərində hakimiyyəti
ələ alması» demək idi.
* Eyni zamanda bu insan ömrünün 365
gününü «çeynəyib udmuş» köhnə
il ilə haqq-hesab çəkilməsi, həm də
təzə ilin (uzaq keçmişdə ilin yeddi aylıq
böyük bir dövrü «YAZ-YAY
fəslinin) başlanqıcı idi. Bu həmçinin
24 saatın iki bərabər hissəyə bölünərək
gecə ilə gündüzün tərazlaşması,
isti ilə soyuq arasında yaranmış «mülayimlik
dövrü» kimi qiymətləndirilirdi.
* NOVRUZ bayramı
(ulu babalarımız ayrı-ayrı çağlarda
bu bayrama - «Fərvərdin»,«Novbahar
// İlkbahar», «İlbaşında // İlyaz», «Qışbitdi»,
«Saz Novruz // Həzrət Novruz», «Xızır Novruzu
// Xızırgünü» və s.demişdir)
öz-özlüyündə qalib gəlmiş Dədə
Günəşin «Yer üzündə
yarım illik hökmranlıqının başlanması
günü», dörd yazqabağı ÇƏRŞƏNBƏ,iki
başlanqıc – S u
və O d, onların
törəməsi H a v a
və T o r p a q
ın pərəstişinə söykənib ulu
Təbiətin dirçəlişini alqışlayan,
insanlarda təbiət qüvvələrinə qayğı
və diqqətə güclü təkan verən
ən qədim bayramdır.
Bir adət olaraq
M ə r r i x
- Mars («mart» deyimi «mars» sözündəndir) planeti
və Nəməl - Q o ç
bürcünün nəzər yetirdiyi
bu bayram haqda ətraflı məəlumata biz, bir
qayda olaraq 2000 il əvvəl qələmə alınmış
yazılarda təsadüf edirik. Vaxtilə hökmdarların
həyatı, saray və burada baş verən hadisələr
tarixçilərdə hədsiz maraq oyatdıqına
görə, erkən çağlarda bayram
«Soltan Novruzu» adlanaraq, məhz saray mühiti
ilə əlaqələndirilmişdir. Ulu NOVRUZ
yalnız taxt-tac sahibləri – şahlara, soltanlara
məxsus bir bayram təki təqdim olunmuşdur
* Elə bu səbəbdən əski çağların
yazılarında kütləvi «Xalq
Novruzu» şənliklərinin təsvirinə
demək olar ki, əsla rast gəlinmir. Orta çağlarda
geniş ərazilərdə, yaxud bir dövlət
hüdudlarında rəsmi saray tədbiri tək
qeyd olunan bu bayram, yalnız XVİİ-XİX yüzillərin
qaynaqlarında dövlət tədbiri olmaqla bərabər,
el-oba, kənd-şəhər və nəhayət,
bir ailə çərçivəsindən kənara
çıxmayan bir bayram olduqu da bildirilir. «Soltan
Novruzu» və «Xalq
Novruzu» anlayışları elə həmin
çağlarda ortaya çıxmışdır.
* Bir sözlə, müzəffər Günəşin
dövrə vurub öz yerinə, daha dəqiq desək
bir il öncə hərəkətə başladıqı
Q o ç bürcünə
qayıtması, təzə ilin başlanması
anı – «iltəhvil saatı»
(ona bəəzən «təhvil-təslim
saatı» və «bahar
nöqtəsi» də deyirlər), hər
il təqribən altı saat irəliləyərək
sutkanın müxtəlif vaxtlarına təsadüf
edə bilər. Belə ki, bu «saat» bir il gündüz
günorta çağına düşdüyü
halda, növbəti il axşam vaxtına, yaxud gecə
yarısına, o biri il isə sübh səhər
çağına təsadüf edir və bu, bir qayda
olaraq hər dörd ildən bir təkrarlanır.
Odur, bayram gününün özü (bayram iki
il, bir-birinin ardınca - 20
mart, iki il isə– 21
mart günü qeyd olunur) və onun
qarşılanması sadələşdirilib, şərti
olaraq bir gün əvvəl, axşam çağı
və ya gecə başlar, sabahı isə əsl
bayram günü sayılırdı.
B a y r a m a
x ş a m ı ərəfə bayramı
* Dədə-baba
qaydasınca bayram axşamı hər evdə mütləq
baharlı-qaralı «bayramaşı»
- düyülü plov bişirməliydi. İnama
görə bu əziz gecə hər hansı bir
evdən aş iyi gəlməsəydi, bu nəinki
həmin evin, həm də bütün kəndin,
el-obanın fəlakəti, qüsuru sayılırdı.
Odur, hamı bayramaşı bişirsin deyə, imkanlılar,
qonum-qonşu, bir adət kimi kasıb-küsubun,
fəqir-füqəranın əlindən tutub onlara
bayramlıq ət, düyü,
yağ, yumurta və s. ərzaq göndərməliydilər
ki, bayram axşamı cəmi evlərin damları
üstündə «fırlanan» ata-baba ruhu doğma
evlərindən xörək iyi gəldiyini hiss edib
şad-xürrəm olaraq sevinsinlər. Həmçinin
bu axşam mərhumların məzarı üstündə
şam yandırıb halva-çörək, şirni-şərbət
paylamaqla ölənlərin ruhunu şad etməliydilər.
* Ötən çağların adət-ənənəsinə
görə bu NOVRUZ
gecəsi hər ev sahibi yaxud ailənin başıpapağlısı
(yəəni evin kişilərindən biri) eşiyə
çıxıb üç dəfə ev-eşik
başına dolandıqdan sonra qayıdıb ev qapısını
döymüşdür. Qapı arxasından eşidilən
«Kimsən, nəçisən,
nə gətirmisən?» sualına:
«Adım Xoşqədəmdi,
sizə özümlə təzə il, səadət
və əmin-amanlıq gətirmişəm, izin
verin gəlim» cavabından sonra qapı
açılır və içəri dəəvət
edilmiş «muştuluqçu»
- ev sahibi (vaxtilə ona «mübarəkbad»
və ya «müjdəçi»
də demişlər) əlindəki taxıl danələri,
qoz-fındıq və ya lobya ilə dolu bir xəlbirdən
Evin döşəməsinə, ocaq yerləşən
mətbəxə, necə deyərlər «toxum səpir»,
yerdə qalanları isə ailə üzvləri
və uşaqların üzərinə tökürdü,
İnsanlar ümidvar olmuşlar ki, bununla ev-eşiyə
bar-bərəkət və firavanlıq gətirilir.
Bir para yerlərin adətincə, müjdəçi
Xoşqədəm
bütün kənd əhli tərəfindən
seçilir, bəəzən isə hər ev sahibi
bundan ötrü xüsusi «muştuluqçu»
dəəvət edirdi. El - oba qaydasına görə
bu şəxs yüksək əxlaqa malik xeyirxah,
təvazölü və qədəmi yüngül
bir insan olmalıydı. Qaranlıqa şər-şeytan
yığışmasın deyə, NOVRUZ
bayramı axşamı evdə-eşikdə bir otağ
olsa belə zülmətdə qoymaq olmaz.
* İltəhvil saatına
müəyyən müddət qalmış, istər
saraylarda, istər ayrı-ayrı evlərdə hamı
bu önəmli anı təntənəli surətdə
qarşılamaqa hazırlaşan zaman ilk öncə
halal «iltəhvil süfrəsi»
(ona «bayram xanı»
da deyirlər) açırdılar. Bundan ötrü,
hamının yerdə, döşəmədə
oturduqu zamanlarda evin ortasına döşənmiş
qiymətli xalı üzərinə (sonralar isə
masa üstünə) nəfis naxışlı
iri qələmkar (qalıbbasma
üsulu ilə hazırlanan süfrə növü)
və ya tirmə
süfrə salınır, ətrafına ipək
döşəkçələr ataraq, evin, otağların
hər dörd bucaqında bir şam yandırırdılar.
Sonra həmin mübarək süfrəyə, qayda
üzrə Qurani-Kərimin bir nüsxəsi və
güzgü qoyub, önünə bir az buğda
səpirdilər.
* Süfrə və güzgünün hər iki
tərəfində, ortada yerləşdirilən
«səməni göyü»
nimçəsi ətrafına və hər qab-qaşıq
yanında ailə üzvlərinin (bəzi yerlərdə
isə yalnız uşaqların) sayına müvafiq
şamdan yaxud çıraq, bəəzi yerlərdə
isə yeddi rəngli şam
düzürdülər. Bundan ötrü
NOVRUZa bir neçə gün qalmış,
adətən təzə ay görünən gecə
(inama görə bu, şamların nurlu olmasına
təəsir göstərirdi) qadınlar mumdan şam
töküb hazırlayaraq onları bəzəməkdə
bir-birilə yarışırdılar, Burada əlvan
və ensiz kağız, parça zolaqları, qızıl
və güləbətin saplardan istifadə olunurdu.
Çıraqlar isə yağ və ya bal ilə doldurulub
yandırılırdı. Səfərə yollanıb
süfrə başında olmayan və köhnə
il ərzində dünyasın dəyişmiş
ailə üzvləri üçün də şamlar
qoyulurdu, bəəzən şamları şamdanlara
deyil, alma və portağallara sancırdılar.
* Bunlarla yanaşı, mübarək «iltəhvil
süfrəsi»nə suyunda həmişəyaşıl
zeytun yarpağı, yaxud içində xırda qızıl
balığlar üzən şəffaf şüşə
qab və ya ağ kasa (bu suya «təhvil
suyu» deyilir) qoyur, bir gülabpuş,
iri təndir çörəyi, qatıq, süd, təzə
pendir və boyanmış
yumurta (onlar soğan qabığı
atılmış suda qaynadıldıqda tünd
xınayı rəngə boyanırdılar) düzülürdü.
Bu süfrəni mumsuz, beçə balsız, bütöv
qızardılmış xoruzsuz, balıqsız təsəvvür
etmək mümkün deyil. Ulularımızın
fikrincə, bu süfrədə halal təam sayılan
bal və balığın olması evə, ailəyə
sevinclə dolu firavanlıq və bolluq gətirməliydi.
* Həmçinin deyirdilər ki, bayram axşamı
və NOVRUZ günləri
həmin süfrədə hökmən bal qatılmış
qoğal «ballıbadı»,«qırmabadam»,«səməni
halvası» da olmalıdır. Çox
vaxt bu süfrəyə YELÇƏRŞƏNBƏ
zamanı tutulub üzərinə yeddi «qax-qoz» - xurma,
qoz-fındıq, püstə, alma, armud, ərik
qaxı, tut qurusu və s. düzülmüş
bir «yeddiləvin xonçası»
da gətirilirdi. Bunlardan başqa mübarək süfrəyə
şirli bardaqlarda bal və sirkədən hazırlanmış
«iskəncəbin» və içinə reyhan toxumu salınmış
«ovşala» şərbəti də yerləşdirilirdi.
Bir vaxtlar yeməklərin süfrəyə düzülməsi
xüsusi oxumalarla müşayiət olunurdu. Misal
üçün, «Xonçaya
qoydum balığı, gülə tutdum ortalıqı,
üzündən aç çalmalıqı.Erkən
banladı xoruz, deyir gəlibdi Novruz»
və s.
* Ötən çağlar qəbul edilmiş qayda-qanuna
görə, bəəzən otağa heç kəs
daxil olmamış ocaq yaxud «iltəhvil
süfrəsi» başına diri ağ
xoruz yaxud aq təkə və ya buynuzlu ağ qoç
(bir para yerlərdə isə işlək öküz)
gətirib onu süfrə və ocaq ətrafına
gəzdirir, onun üzərinə taxıl, quru meyvə
və qoz-fındıq səpələdikdən
sonra onu elə burada yaxşıca yedirdib (bundan ötrü
qabağcadan tədarük görülürdü),
heyvana şəkər verirdilər. Əslində
heyvanların (bir mülahizəyə görə,
evə salınan heyvan ilin hansı heyvan üstə
təhvil olduqu heyvanı təmsil edirdi) mübarək
süfrə başına gətirilməsi ev-eşiyə,
ailəyə var-dövlət, bar-bərəkət
və səadət aşılaması inamına
söykənir. Xoruz
isə Günəş tanrının carçısı
sayılmış və guya o, hansısa bir mələyi
təmsil etdiyi üçün onun qədəm basdıqı
yerə heç cür əcinnə-şeytan gələ
bilməzmiş. Bəzi yerlərin adətinə
görə, vaxtilə NOVRUZ
günü səhər sübhdə, əvvəlinci
xoruzbanı ilə Günəşin «carçısı»nı
qurban kəsmişlər.
İ l t ə h v i l s a a t ı
* Təzə ildə
naz-neemət evdən-eşikdən əskik olmasın
deyə, el-oba qaydasına görə bu bayram axşamında
evi süpürmək, evdən, süfrədən
kənara şey və yemək çıxarmaq yasaqdır.«İltəhvil
saatı» bütün ailə üzvləri
evdə olub mübarək süfrə başına
yığışmalıydı. Bunlardan başqa,
ulu babalarımızın əqidəsinə görə
«iltəhvil saatı»
hansı ovqat və hissiyyatla,hansı əməl başında,hansı
əşyaya nəzərlə qarşılanarsa,
həmin vəziyyət ilin sonuna qədər davam
edə bilər. Atalar «bayram
axşamı çal, oyna ki ömrün şadlıqlarda
keçsin» deyə, tövsiyə etmiş, «NOVRUZda
gülən il boyu gülər» demişlər.
Buna görə, «iltəhvil
saatı»na bir müddət qalmış
adət-ənənəyə müvafiq ev-eşik,
həyət-baca qiymətli xalça-palaz ilə döşənir,
ailənin, evin bütün var-dövləti, daş-qaşı
çıxarılıb xalça üzərinə
tökülür, hamı bir müddət onlara baxmaqla
dərdi-qəmi unudur, özünü şad-xürrəm
göstərməyə çalışırdı.
Bəəziləri elə buradaca xalça üzərində
böyrü üstə uzanıb üstlərinə
pul «yağdırırdılar». Digəriləri isə
pullarını bir əlindən o birisinə tökərək,
«bu ildə nə qədər qazanmışam, üzə
gələn ilin hər günündə o qədər
pul qazanım» deyirdi. Əski inama görə,
bu vaxt bütün paltarların yaxası, bel qurşaqları
və ev-eşikdə nə qədər qıfıl
və düyün varsa hökmən açılmalıydılar,
Bu da təzə ildə heç bir işin «düyünə
düşməməsi» arzusuna arxalanır.
* Bir sözlə, «iltəhvil
saatı»dan bir az öncə səliqə
ilə təp-təzə paltar geyib süfrə başına
yığışmış ailə üzvləri
gözlərində yerə-göyə sığmayan
sevinc, əllərində gümüş sikkə
(metal pul), bəəzi yerlərdə isə «məryəmböcəyi»
tutaraq, cavanlar üzlərini gözəl insan çöhrəsinə,
yeməklərlə aşıb daşan süfrəyə,
pak güzgüyə və nimçədəki səməni
göyünə dikdiyi halda, yaşlılar,
o cümlədən saraylarda masa arxasında öz
nazir-vəkili ilə əyləşmiş hökmdarlar
gözlərini Quranı-Kərimin açılmış
səhifəsindəki ayəyə baxaraq təzə
il, yeni gün NOVRUZu
qarşılamaq arzusunda olmuşlar.
* Budur, səbrsizliklə gözlənilən əlamətli
«iltəhvil saatı»
yaxınlaşır və necə deyərlər
NOVRUZun «topu atılırdı». Keçmiş
zamanların düşünüşünə görə,
sən demə Yer kürəsi nəhəng bir Öküzün
buynuzları arasında yerləşir. İlin sonunda
həmin Öküz yorulduqu üçün guya yer
kürəsini bir buynuzundan o birisinə atır. İnanmışlar
ki, bu an hökmən şimşək çaxıb
göy guruldamalı və hamı, bir qayda olaraq ucadan
hayqıraraq səmaya oxlar (vaxtilə onlar ildırımı,
şimşəyi təmsil etmişlər) atmalıydılar.
Göy guruldamadığda, təbiidir ki bu «vəziyyəti»
süni yolla - top-tüfəng, fişəng atıb
bununla göy gurultusu və şimşək təsəvvürü
yaratmaqla Günəşin Q
o ç bürcünə, Yer kürəsinin
isə o biri buynuza «keçməsi»ni təəmin etmişlər.
* Orta çağlarda «Günəşin cülusu»,
gecə-gündüzün tərazlıq anı və
«iltəhvil saatı»
iqamətgahlarda (əyalət şəhərlərdə
isə dövlətxanalarda) tacidar önündə
çalışan münəccimin vaxtaşırı
üstürlab alətilə müşahidə aparması
və bəəzi hesablamalar yolu ilə dürüst
müəyyən olunması idi ki, buna da
«təhvil saxlamaq» adəti (vaxtilə
hər kəs evinə münəccim çağırıb
bunu edə bilərdi) deyilirdi. Ardınca, bütün
şəhərlərdə hakimlərin yaşadıqları
binaların damında böyük tonqallar alışdırılır,
təbil və şeypur səslənir, toplardan yaylım
atəşi açılır və atçapma ilə
əhaliyə ilin təhvil olunduqu bəyan edilirdi,
Camaat, bir qayda olaraq hökmdarın və ya şəhər
hakiminin iqamətgahı qarşısına cəmləşib
burada çalıb oynayaraq şənlənirdi. Hər
yerdə hədsiz-hesabsız çıraq, məəşəl
və tonqallar yandırılır, səmaya fişənglər
atılır, çıraqbanlıq düzəldirdilər.
* Ayrı-ayrı evlərdə isə «iltəhvil
saatı», adət üzrə su üzərindəki
zeytun yarpaqının diksinməsi, güzgü üzərində
yumurtanın hərlənməsi və xırda balıqların
donub xeyli hərəkətsiz vəziyyətdə
qalması, bəəzən isə əksinə, onların
çapalaması, yaxud sudan bayıra atılması
ilə müəyyən edilirdi. Hər ailə başçısı
burada xüsusi «təhvil-təslim duası» oxuyur (babalarımız:
«kişi NOVRUZda
od-ocaqına dua verməli» demişdir)
və bu zaman ailənin ən kiçiyi süfrə
və səməni göyü
ətrafına düzülmüş bütün
şamları yandırır, ev sahibi isə «səməni,
ay səməni, saxla məni, ildə göyərdərəm
səni» deyə-deyə, süfrədəki
səməni göyündən azca qayçılayıb
qayçını yaşca özündən kiçiyə
ötürürdü. O da bu hərəkəti təkrarlayırdı.
* Bütün ailə üzvləri, böyükdən
kiçiyə qədər, bir-bir səməni
göyündən qayçıladıqdan
sonra evin, ailənin başçısı, bir adət
kimi hər ailə üzvünə üç qızıl,
gümüş və miss pul, üç parça nabat
yaxud üç qaşıq bal verirdi. Ən başlıcası
isə o, evdəkilərin hər birinə təzə
paltar «bayram donluqu»
bəxş etməliydi. Bayram donluqu hökmən qırmızı,
bəəzən isə yaşıl rəngdə
olmalıydı, Çünki qırmızı rəng
həyatda təzəlik, canlanma deməkdi, Həm
də bu rəng od-alov, Günəş və insan
qanının rəngi olduqu üçün bu rəng
bədnəzərdən, şər qüvvələrdən
hifzedici rəng sayılmışdır.Bayramın
himayədarı M ə r r
i x - Mars planetinin rəmzi rəngi də
qırmızı olmuşdur.
* Bundan sonra hamı bir-birinə yaxınlaşır,
kiçiklər yaşlıların əlindən
öpür, yaxud iki əlilə yaşlıların
əlini ovucuna alıb bərk-bərk sıxır
və «NOVRUZ
bayramın mübarək, üzünə gün
doğsun, günün günündən işıqlı
olsun, inşallah» və ya«neçə-neçə
belə Novbahara çatasan, üzündən nur əskik
olmasın, keyfin kök, damaqın çağ olsun»
- deyə, bayram münasibətilə bir-birini təbrik
edir, yaşlılar uşaqları alnından öpüb
başlarına sığal çəkirdilər.
Sonra bayram süfrəsi başında oturanlar hamı
xor ilə: «Bahar gəldi,
NOVRUZ gəldi, xoş gəldi,
xəstə könül onu görcək dirçəldi.
Sizin bu tazə bayramınız mübarək, iliz,
ayız, həftəz, günüz mübarək»
və digər sözlərdən ibarət bir «Novruznamə
// Novruzlama» ifa edirdilər.