| |
* Qayda üzrə, hər bir ailə
üzvü bayram süfrəsi başına əyləşməkdən
öncə üz-gözünü üzərlik
tüstüsünə verməli, yəəni üç
dəfə tüstünü özünə tərəf
yelpikləyərək başına duz çevirib
duzu ocaqa atmalıydı. Sonra otağa aftafa-ləyən
gətirilir, aqız, əllər yuyulub silinirdi,
Və nəhayət ailə mübarək «iltəhvil
süfrəsi» başına əyləşirdi.
Burada, bir qayda olaraq həddi-buluqa çatmış
cavanlar süfrənin küncü yanında oturmamaqa
çalışır, inanırdılar ki, bu gecə
öz doğma evlərinə qayıdan gözəgörünməz
«ata-baba ruhu» süfrəyə künc tərəfdən
yaxınlaşıb oradakı yeməklərdən
bir az dadır, Onların qarşısı kəsildikdə
isə onlar sən demə qəzəblənib evdəkiləri
qarğışlayırlar. Nəticədə, guya
cavan oğlan və ya qız düz yeddi il ailə
qurmaq niyyətindən məhrum olmalıydı.
* Ardınca hamı bayram süfrəsini öpüb
«bismillah» dedikdən sonra evin, ailənin odlu-alovlu,
coşqun ehtiraslı üzvləri, deyək ki «təbiətcə
isti olanlar» ilk öncə barmaqlarını süfrədəki
qatıqa batırıb onları yalayır, yaxud
bir qurtum qatıq içir, Soyuqqanlı, süst xasiyyətlilər
isə bir az süd içirlər, yaxud barmaqlarını
bal və ya şərbətə batırırlar
ki, ehtirasları təzadlansın. Bu məqamda evin
böyük oğlu məclisdəkilərin üzərinə
gülab səpirdi. Ən başlıcası isə
bu zaman «iltəhvil süfrəsi»nin
düz ortasına miss və ya gümüş bir
sinidə «yeddisin xonçası»nın
(onu HAVAÇƏRŞƏNBƏdə
tutulan «yeddiləvin xonçası» ilə səhv
salmayın) yerləşdirilməsidir.
Y e d d i s i n x o n ç a s ı
* Bu
mübarək bayram xonçasına ənənəyə
müvafiq dirçəliş, oyanma timsalı sayılan
«səməni göyü»
(bəzi yerlərdə ona «göyüş» və
«səbzə» də deyirlər) ətrafına adları
«sin», yəəni «s»
hərfilə (ərəb əlifbasında qrafik
yazılışına görə üç «s»
- sin, sad və se hərfləri var) başlanan yeddi
nemət, yeddi müqəddəs təam (yemək)
düzülürdü. Bunlar sarmısaq
(və ya soğan), sincid
(zeytun və ya iydə), sipənd
(üzərlik toxumu), sirkə,
sumağ və vaxtilə «sükkər»
adlanan şəkər, kəlləqənd və
s. olmuşdur. Xonça adındakı «yeddisin»
(vaxtilə «həftsin»)
sözünü bir çoxları zərdüştilərin
Hürmüzd tanrı və altı ölməz
müqəddəs – «spenta»nın sayı ilə
(bir başqaları yeddi peykər-planet, yaxud səmanın
yeddi qatı və s.) əlaqələndirirlər.
* Əslinə baxınlarsa, süfrədəki yeddi
müqəddəs təam Hürmüzd tanrı
və ayrı-ayrılıqda torpaq, od-alov, sular,
heyvan və bitgilər aləminə himayə edən
altı «spenta»nı təmsil edib, onların deyək
ki, rəmzi nişanı, atributlarıdırlar.
Əski bir rəvayətə görə, guya NOVRUZ
səhəri Hürmüzd tanrıya təşrif
gətirmiş Zərdüşt peyğəmbər
tanrının altı müqəddəs «spenta»
ilə bir süfrə başında əyləşdiyini
və süfrədə hər müqəddəsin
qarşısında qoyulmuş rəmzi təamları
görür. Bəəziləri isə bunu, bir qayda
olaraq süfrə başında yeməkdən əvvəl
deyilən «bismillah» deyiminin ixtisarı, daha doğrusu
onun qısa rəmzi nişanı sayılan «sin»
kəlməsi ilə əlaqələndirirlər
* Mənşə etibarilə ən qədim əyyamlarla
bağlı olan bu sirli-sehrli xonçanın bütün
əlamətlərindən görünür ki,
burada düzülmüş təamlar ötən
çağlar üçün böyük önəm
kəsb etmişlər. Vaxtilə bu müqəddəs
xonça ətrafında icra olunan xüsusi mərasim
rəqsləri və ayin oxumaları buna əyani
sübutdur. Keçmişin əqidəsinə görə
bu yeməkləri süfrə və səməni
göyü ətrafına düzməklə,
sən demə mübarək süfrə başında
əyləşənlər qeyri-adi bir qüvvə,
tutalım, həzmi asanlaşdırma, qan təzyiqini
tənzimləmə, ömrü uzatma və s. müalicəvi
xüsusiyyətlərlə ilə aşılanırlar.
Bu təamlardan il boyu ovsun-cadu və bədxah qüvvələrə
qarşı güclü bir vasitə tək istifadə
etmişlər. Təsadüfi deyildir ki, rəmzi
və məcazi səciyyə daşıyan «yeddisin
xonçası»na toxunulmamış, o
12 gün ayrıca bir masa və ya kürsü üstündə
qaldıqdan sonra oradakı saralıb solmuş səməni
göyü axar sulara atılmış, xonçadakı
təamlar xüsusi bir qaba yığılıb,
əl-ayaq dəyməyən yerdə, tutya-təbərrük
təki möhkəm saxlamışlar.
* NOVRUZun «topu
atılandan» sonra mübarək «iltəhvil
süfrəsi»nin başına «müzəffər»
adı daşıyan bayramaşı –zəfəranlı
və ya boyanalı plov
(bəzi yerlərdə isə qaralı aş və
ya quru balıqla yeyilən südlüplov, şirinplov,
əriştəplov və s.) qazanı gətirilir,
qazanın ağzı açılır və ailə
sahibi hərənin payını boşqabına
çəkirdi. Sonra qazandakı aşın üstü,
bir adət olaraq hələ işlənməmiş
təzə taxta qaşıqla örtülürdü.
Deyirlər ki, bayram axşamı
əriştə ilə düyüdən
bişirilmiş «bəyləraşı
// əriştəplovu» (ona «əriştəli
aş» da deyirlər) yeyənlər təzə il
boyu bütün işləri düyünsüz
olub işlərin ipini əllərində saxlamaqla
hər işdə müvəffəq olurlar. Ümumiyyətlə,
vaxtilə bayramaşının yalnız təptəzə
qaşıq, yaxud ovuc-şapalaqla yemişlər.
Çox vaxt süfrəyə evdə olmayan ailə
üzvlərinin adına da bir boşqab aş çəkirmişlər.
El-oba qaydasınca, «iltəhvil
süfrəsi»ndəki şam-çıraq
axıra kimi yanmalıydı. Onları üfürmək
yasaq idi. Əmin idilər ki, onları üfürən
öz ömrünü qısaldır. Şam-çıraqı
söndürmək lazım gəldikdə, bunu hökmən
iki yaşıl yarpaq və ya çörək tikəsilə
edirdilər.
* Bayramaşı yeyildikdən sonra mübarək
süfrə yığılır, yenə aftafa-ləyən
gətirilir, əl-ağız yuyulub silindikdən
sonra paxlavalı-şəkərburalı «NOVRUZ
süfrəsi» açılırdı.amıya
darçın (inama görə, darçın plovdakı
düyünün insan bədəninə gətirdiyi
soyuqluq və rütubəti dəf edir) və ya
hil, zəncəfil, quluncan çayı (bu axşam
qəhvə içmək olmaz) gətirilirdi. Ev yiyəsi,
bir adət olaraq süfrə arxasında olmayıb
səfərə yollanmış ailə üzvləri
və ötən il ailədə dünyasın
dəyişmiş yaxın adamların adlarını
tez-tez çəkib onları yad edirdi. İnama görə,
guya bu vaxt ata-baba ruhu adları çəkilənə
qədər hey evin damında fırlanır, sonra
yenə «ölməzlik dünyası»na qayıdırdılar.
* Bu bayram axşamı heç
kəs başqasının evinə
görüşə, ziyarətə getmir, səfərə
yollananlar, bir qayda kimi onu hökmən təxirə
salır və inanırdılar ki, kim «ərəfə
bayramı»nı öz evində, yer-yurdunda
keçirməzsə, yeddi il NOVRUZu
evindən-eşiyindən uzaqlarda, isti ocaqından,
ailəsindən ayrılıqda qarşılaya bilər.
Bununla belə, bu bayram axşamı oğlan evlərindən
nişanlı qızlara «novruzpayı»
aparılır, ilk bayram sovqatı isə ağsaqqal-ağbirçək
ata və analara, yeddi qapı qonşu, yeddi kasıb
ailəyə göndərilirdi. «Səməni göyərtmək»
düşməyən qohumların və evində
hüzürlü olub bayram keçirə bilməyən
yaslı-yaralı qonum-qonşunun qapısı döyülərək
onları «səməni xonçası»
verilirdi.
* Bu gecə kəndlərdə cavanlar dəstə
ilə evbəev gəzərək hər qapı,
darvaza aqzında qışın bitməsi, təzə
ilin başlanması münasibətilə «Novruzlama
// Novruzha» təbrikləri ifa edir, bir
para yerlərdə isə Yazqabağı ÇƏRŞƏNBƏlərdə
olduqu tək, cavanlar damları gəzib «nünnünü
oxumaq»la və belşalı sallatmaqla
«bayramlıq» yığırdılar.
Bu bayram axşamı
alışdırılmış tonqalların səhərə
kimi yanması müsbət əlamət tək qiymətləndirilirdi.
Tonqal evin damında yanırsa, onun sönməməsi
xoş niyyətin, pak arzunun təcəssümü
tək açıqlanırdı Ərəfə
bayramı şənlikləri gecəyarısına
qədər davam edirdi.
B a y r a m g ü n ü
* Ötən
çağlar NOVRUZ
bayramı tədbirlərinə cəmiyyətin
bütün təbəqələri qatılsalar
belə, saraylardakı rəsmi bayram tədbirləri,
bir ənənə olaraq daha geniş vüsət
alıb hədsiz təmtəraqla keçirilirdi. Bunun
səbəbi saray mühitində bayramın ulu Dədə
Günəşin «taxtaçıxma-tacqoyma»
mərasimi tək məənalandırılması
və burada əski çağların bu «sahə»də
qəbul edilmiş ənənəvi təşrifat
və qədim mərasimlərə dürüst
riayət edilməsindədir.
* Səma Odunun yer üzündəki həyatın
yaradıcısı və əfsanəvi «şahı»
olduquna inanan uzaq keçmişin günsevərləri
mövcud taxt-tac sahibinin İşıq Tanrıın
yerdəki əvəzi, kölgəsi saymış
və NOVRUZ gününü
Dədə Günəşin
cülusunu gerçək hökmdarın taxta çıxması
ilə eyniləşdirərək bütün bayram
tədbirlərini bilavasitə taxt-tac sahibinin iştirakı
ilə həyata keçirmişlər. Əbəs
yerə deyildir ki, Yaxın Şərq dövlətlərində
hər yeni hökmdarın rəsmi tacqoyma mərasimi,
bir ənənə kimi NOVRUZ
gününə qədər «yubadılıb» mübarək
bayram günü icra olunaraq ona hökmüranlıq
əlaməti – xüsusi üzük
və qılınc
verilmişdir. Elə bu cülus anından yeni sülalənin
yeni tarix hesabı və təqvimi işə düşmüşdür.
Odur, NOVRUZ təqvimin
və ilin başlanqıcı olmaqla bərabər
həm də taxt-tac sahibindən ötrü çox
önəmli olan xanədanlıq ildönümü,
sülalə bayramı sayılmışdır.
* Bayram tədbirlərini tarixi ardıcıllıqla
izlədikdə bəlli olur ki, uzaq çağların
günsevər tacidarlarına iqamətgah tikdirilən
zaman taxt-tac otağı- «bargah», planda elə yerləşdirilirdi
ki, mübarək NOVRUZ
və XƏZAN
bayramları günləri üfüqdə görünən
Dədə Günəşin
ilk şüası otağın divarı və
ya tavanında açılmış xüsusi pəncərədən
düz qızıl taxt-tac üstünə düşüb
onu alışdırıb nura qərq etsin. Bir zamanlar
bayrama beş gün qalmış (digər məxəzdə
isə – 25 gün əvvəl, SUÇƏRŞƏNBƏ
günü) hökmdar saraylarındakı heyətlərdə
quru kərpicdən müvəqqəti olaraq 7 yaxud
12 «bayram sütunu»
inşa edilmiş və hər sütunun başına
– arpa, buğda, qarabaşaq,
darı, düyü, küncüd, lobiyə, mərci,
noxud, paxla, çovdar və çətənə (kəndir
tumu) kimi dənli-paxlalı bitkilərin
toxumları– «hübubatı»
səpərək sulamışlar. Burada arpanın
cücərməsi xüsusi əhəmiyyət
kəsb etdiyinə görə tacidarın bilavasitə
onu sehr etməsi xoş bir əlamət sayılmışdır.
* Bayramın altıncı günü həmin cücərti
üzərindən yeddi xətt çəkib fala
baxmışlar. Əgər arpanın göyü
dik, hamar və uca göyəribsə, deməli təzə
ildə yer üzündə xeyir-bərəkətin
artacaqı, məhsulun gen-bol olacaqını gözləmək
lazımdır. Yox əgər arpa göyü əyri-üyrü,
nəhamvar və ölgün olub boy atmayıbsa,
deməli dünyada qəhətlik olacaqı, insanların
bu il əzab-əziyyət çekəcəyi gözlənilir.
Bayramdan 16 gün keçdikdə yaxın kəndlərin
əhalisi həmin müvəqqəti kərpic sütunlar
ətrafına toplaşaraq musiqi sədaları
altında sütundakı göyərtini biçib
sarayın döşəməsi üzərinə
səpələr, yaxud axar sulara atar, sütunları
isə sökməyib mübarək XƏZAN
// SONBƏHƏR bayramına qədər
saxlardılar. Sonrakı dövrlər eyni məqsədlə,
üzərində yeddi yuva olan xüsusi bir sinidə
və ya yeddi camda yeddi cür «hübubat» göyərdilirdi.
S o l t a n N o v r u z u
* Bayram
günü sübh tezdən oyanmış taxt-tac
sahibi (əyalətlərdə isə yerli hakimlər),
adi günlər geydiyi bər-bəzəkli şahanə
qırmızı libas əvəzinə «bəsri»
deyilən düm ağ-bəyaz bir xələt geyir,
başına «novruzi» adlı xüsusi biçimli
ağ papaq qoyub (bunu o, ildə yalnız iki dəfə
- NOVRUZ və
XƏZAN bayramları
günü edirdi) taxta qalxaraq rəsmi bayram qəbuluna
hazırlaşırdı. Elə bu məqamda onun
önünə 7 ağ kasa
və təzəcə kəsilmiş 7
ağ (gümüş) sikkə düzülmüş
bir sini qoyulurdu. Digər gümüş sinidə
isə şəkər və təmizlənmiş
hind qozu gətirilirdi. Dövlət başçısı
hind qozunun südündə isladılmış
xurmalardan bir-bir dadıb onları əzizlərinə
yedirdirdi. Sonra üzünü qarşısında
dayanmış saray əə əyalət hakimlərinə
tutub: «Həzarat, bu gün
mübarək NOVRUZ günüdü,
ulu Tanrının bizə bəxş etdiyi bütün
naz-neemətə şükür eyləyək,
rəiyyət ilə ədalətlə rəftar
edək, Tanrı təzə ilinizi uğurlu eyləsin!»
və bu kimi xoş sözlər deyir və hamı
xüsusi bir dua oxuyaraq tacidara uzun ömür, hədsiz
hakimiyyət illəri və şan-şöhrət
arzular, ardınca «Novruziyyə»
qəsidəsi ifa olunardu. Hamıya tanış olan
bu qəsidə avazla, musiqinin müşayiətilə
oxunurdu.
* «Novruziyyə»
bitdikdən sonra hamıya təzə süd paylanır
və saray əhli hərə öz yerini tuturdu
Bu zaman ov-şikar naziri «mirşikar»ın qəfəsdə
gətirdiyi düm ağ şahin quşunu (vaxtilə
«mürği-Novruz»
adı daşımış bu quşu sonralar ağ
qaqayı əvəz etmişdir) açıq səmaya
buraxırdılar. Maraqlıdır ki, bir vaxtlar NOVRUZ
günü yalnız taxt-tac sahibi və saray əhlinə
məxsus olan bu qayda-qanun sonralar adi rəiyyət
üçün də vacib sayılırdı. Belə
ki, əcdadımız arasında ulu NOVRUZun
ilk günü sübh çağı ağzını
açıb təzə pendir, yaxud beçə balı
və ya şəkər (inama görə, şəkər
qamışı, sən demə ilk dəfə mübarək
NOVRUZ günü
kəşf olunmuşdur) dadmaq adət-ənənəsi
uzun müddət təqdirəlayiq görülmüşdür.
İnanmışlar ki, bunu edən hər kəs
üzə gələn təzə ildə bütün
azar-bezardan, bədbəxtlikdən uzaq olur.
* Bayram günü dövlət başçısının,
sonralar isə bütün əhalinin ağ libas,
ağ papağ geyib «qar kimi ağ, süd kimi saf»
şəkər (bir vaxtlar ağ rəngə «şəkəri»
də demişlər), pendir, qatıq, süd və
bu kimi ağ-bəyaz təamların yeyilib-içilməsi,
həmçinin səmaya ağ bir quşun ğuraxılması,
əski etiqada görə bilavasitə ağ-bəyaz
(sən demə bütün həyat ağ maddə
«gövhər»dən
törənmişdir) rəngin güclü sehr və
ovsunla aşılanıb bütün bədxah ruhlara
qarşı qorucu vasitə olması ilə bağlıdır.
Ağ rəng hər zaman saf İşığın,
Səma Odunun timsalı sayılmışdır.
Günsevər babalarımızın NOVRUZ
günü ağ rənglə sıx təmasda
olması, sən demə Dədə
Günəşin işıqı və
hərarətini cismani halda mənimsəmək,
onun ilahi qüvvəsinə qovuşmaq, həm də
yaman qüvvələrdən hifz olunub sağlamlıqla
təmin olunmaq məqsədi ilə əlaqəlidir.
* Bunlarla yanaşı bəlli olur ki, bayramın
səhəri hökmdara təqdim olunan digər gümüş
sini və ya məcməyinin ortasında yeddi meyvə
ağacı – alma, heyva, nar,
innab, lumu, üzüm və zeytundan
kəsilmiş iki-üç bəndəmli çubuqlar
düzüb, onların ətrafına isə yeddi
hübubatın hərəsindən bir dənə
yerləşdirilirdi. Qəbulun sonunda onları bargahın
döşəməsinə səpələnirdilər.
Altı aydan sonrakı XƏZAN
// SONBƏHƏR bayramında həmin
gümüş siniyə artıq hər yeddi meyvə
ağacının barından bir nümunə, yeddi
hübubatın unundan bişirilmiş yeddi kökə
düzülürdü.
Əski çağlarda ulu babalarımız bu əqidədə
olmuşlar ki, qızıl, gümüş və
digər qiymətli metal və onlardan hazırlanmış
silahlar ilk dəfə məhz ilin başında,
yəəni NOVRUZ
günü əldə edilmişlər. Odur qarşılıqlı
hədiyyələrlə qeyd olunan bayram günü,
xüsusilə tacidarın səhər qəbulunda
əyan və yerli hakimlər taxt-tac sahibinə saysız-hesabsız
zinət əşyaları, müxtəlif zərgər
məəmulatı, ləəl-cavahirat, ədviyyat,
cürbəcür silah və zərli ağ parçalar
bağışlayır, oxatan əskərlərin
«kamandar» deyilən
mürəbbisi (yəəni müəllimi) isə
rəsmi olaraq hökmdara bir
kaman, beş ox, bəəzən isə
bərli-bəzəkli bir qılınc təqdim
etməliydi. Tacidar isə ona verilən payların
bir qismini elə buradaca qəbula gəlmiş mübarəkbadlara
paylayırdı. Sarayın eşikağasıbaşısı,
adət-ənənəyə görə tacidardan
Günəşin rəmzi timsalı sayılan bir
portağal və s. hədiyyə alırdı. Xİ
yüzildə Əbureyhan
Biruni-Xarəzmi yazmışdır:
«Allah-təala bəzək-düzək
üçün öz bəndələrinə NOVRUZda
– yaqut, XƏZANda - topaz daşlarını məsləhət
görür. Ləəl-cavaşirat arasında almazdan
başqa bütün daşları kəsən yaqut,
Günəşdən doğulub onun bir parçası
olduqu üçün par-par parıldayaraq şüa
verir, heç vaxt ərimir, yanmır və ona görə
də bu daş ləəl-cavahiratın şahı
sayılır»
* İnsanlar bir zamanlar inanmışlar ki, mirvari,
müşk-ənbər və ona bənzər ətriyyat
da NOVRUZ günü
aşkarlanmışlar. Vİİİ yüzildə
saraylarda keçirilən bayram ziyafətlərində
taxt-tac sahibi, başqa hədiyyələrlə yanaşı,
şəxsən saraya yaxın əyanlara ənbərdən
hazırlanmış qızılgül – «gülənbər»
və digər fiqurlar paylamışdır. XVİİ
yüzilin yazılarına görə isə bayram
günü sarayda yaşayan xanımlar hökmdardan,
bir qayda olaraq yaraşıqlı piyalə, cam və
tərəzi gözlərində qızıl suyuna
çəkilib üzəri incə naxış və
rəsmlərlə işlənmiş «yumurta»
almışlar. Ötənlərdə saraylarda bir-birinə
bu növ «yumurta» bəxş etmək bir adət-ənənəyə
çevrilmişdi.
* İstər NOVRUZ,
istər digər Günəş bayramlarında
hamının bir-birinə qızıl suyuna çəkilmiş,
yaxud boyanmış yumurta bağışlamaq adəti,
orta çağların düşünüşündə
sən demə yumurta müqəddəs DÖRD
VARLIQIn bir-birinə qovuşması nəticəsində
canlıların yaranması və ümumiyyətlə
bir para şeylərin ibtidası, rəmzi təcəssümü
ilə bağlıdır. Belə ki, burada yumurtanın
soyuq və rütubətli ağı S
u varlıqını, istilik verən
sarısı Odu,
quru qabığı T o r
p a ğ ı, incə pərdəsi
isə müqəddəs H
a v a varlıqını təmsil etmişlər.
Odur, sonralar bayram ərəfəsində və bayram
günü bütün evlərdəki yumurtalar
Dədə Günəşin,
yazın rənginə müvafiq qırmızı
və yaşıl rəngə boyanmışlar.
Onların bir qismi ailə üzvlərinə, digərisi
– bayramı təbrik etməyə gəlmiş mübarəkbadlara,
bir qismi isə yeniyetmə uşaqların «toxumcəngi»
yumurta döyüşü üçün ayrılırdı.
|