| |
N O V R U Z
ədvar musiqidə
Babalarımızın
düşünüşünə görə.
Ulu Tanrı dünya-aləmi NOVRUZ
günü xəlq eyləmiş, məhz bu müğarək
gündə yer üzündə Həyat və İnsan
yaranmışdır. Bunlarla yanaşı, xalqımız
bir sıra peşə və sənətlərin
ibtidasını da ilin ilk günü ilə əlaqələndirmişdir.
Ötən zamanların yazılarından məəlum
olur ki, insanların gözlərindən yaş axıdan,
qəlblərində kədər və sevinc oyadan
gözəl MUSİQİ
sənəti də, sən demə NOVRUZ
günü ərsəyə gətirilmişdir.
* Xİİİ yüzilə
aid bir qaynaqda deyilir ki, guya yastı balaban çalğı
alətini xatırladıb, ördək kimi enli və
uzun dimdiyində yeddi dəlik olan k
ə k n u s adlı bir əcaib quş
ildə ikicə dəfə – bir hər şeyin
təzələnməsi dövrü, gül-çiçək
açılan çağı NOVRUZda,
bir də şərab mövsümü XƏZAN
// SONBƏHƏR bayramında hədsiz
dərəcədə nəəşələnir,
şadlanıb fərəhlənərək ehtizaza
gəlir və bahar yeli əsdikcə onun dimdiyindəki
dəliklərdən 70 cür səs çıxmağa
başlayır ki, səsin məlahəti və gözəlliyinə
görə, heç bir heyvan yaxud quş səsilə
müqayisə edilməli deyil. Belə hesab edilir
ki, «ərğənun» (orqan) çalğı aləti
və ümumilikdə MUSİQİ
sənəti, guya öz ibtidasını yazın
ilk günü həmin əcaib-qəraib quşun
çıxardıqı səslərdə tapmışdır.
Sonralar həm də m u s
i q a r adı ilə tanınan bu quşa
və onun təsvirinə, şərq musiqisini təmsil
edən bir «rəmz» kimi baxmışlar. *
Digər bir rəvayətə görə, guya bir
zamanlar yeddi alimin ağac və qamışdan hazırladıqı
7- 8 borulu «cıncıq» çalğı aləti,
hardasa çobantütəyi səsi çıxarmaqla,
musiqar quşun oxumasını yamsılamışdır.
Quşun «əvəzi» sayılan bu musiqi aləti
(Avropada ona «Panın fleytası» deyirlər) əski
el adətinə görə, NOVRUZ
şənliklərində mütləq səslənməliydi,
bayram onsuz təsəvvür olunmurdu. Həmin alət
və ümumiyyətlə, şərq aləmində
musiqilə məşğul olanlar bu quşun şərəfinə
«musiqar» adlanırdılar. *
Milli miniatür rəssamlıqında bəlli olan
saysız-hesabsız saray ziyafəti təsvirlərindən
hansının adi ziyafət, hansının məhz
NOVRUZ şənliyilə
əlaqədar olduqunu, rəsmdəki «musiqar çalan
musiqar» fiquru ilə müəyyən etmək olur.
* XVİİİ yüzilin
şərq musiqisinə dair bir təəlimat – «dəsturüləməl»də
deyilir, «hər şeyə
qadir Allah-təala dünyanı xəlq etdikdən
əvvəl planet-peykərləri yaratmış
və onlara dövran etmək, fırlanmaq əmri
vermişdir, Bu zaman səma cisimlərinin hərəkəti
və ulduzların «qaçışından» insan
qəlbinə fərəh gətirən müxtəlif
avazlar səslənmiş, bu səs və avazlardan
MUSİQİ sənəti ərsəyə gətirilmişdir»
Həmçinin deyirlər ki, guya
yunan filosofu Pifaqor həmin göy cisimlərinin musiqisini
eşitmək qabiliyyətinə malikmiş. *
Klassik muğamlarımızın mənşəyinə
gəldikdə, həmin «dəsturüləməl»də
hər muğam dəstgahının yeddi səma
cisminin (buraya Günəş və Ay da daxildir)
göy qübbəsindəki dövranından yaranmış
bir avaz, bir səs olduqundan danışılır.
Başqa sözlə desək həmin təəlimata
görə hər klassik muğam ayrı-ayrılıqda
yeddi səma cisminə, tutalım, ÇAHARGAH
- Günəşə, SEGAH
- Zöhrə // Venera planetinə, NƏVA
muğamı isə Bəhram // Marsa və s. məxsus
olub, necə deyərlər onların «çaldıqları
avazları oxuyurlar». Elə həmin mülahizəyə
görə, martın 21 günü Günəş
zodiaqın Q o ç
bürcünə daxil olduqu zaman səmada hərəkətdə
olan digər 6 peykər göy qübbəsində
müəyyən bir qayda üzrə sıraya düzülərək
səsləndikdə, onların birgə avazından
sən demə özünəməxsus bir NOVRUZ
muğam dəstgahı səslənmişdir. *
Digər astroloji təsəvvürə görə,
NOVRUZ günü
hər yeddi peykər zodiaqın müəyyən
bir bürcünə daxil olduqda NOVRUZun
təəsirindən onları avazı dəyişir,
başqa sözlə desək, hamıya tanış
olan bu və ya digər klassik muğam NOVRUZ
günü yeni «novruz pərdəsi
// əcəm-fa notu»nda köklənir
və bu kökdə də ifa olunurdu. Belə ki,
ortaçağ qaynaqlarında təsadüf etdiyimiz
NOVRUZ-NƏVA, NOVRUZ–ÜŞŞAQ,
NOVRUZ–HÜSEYNİ, NOVRUZ–BUSƏLİK
və digər qeyri-adi muğam adlarının meydana
gəlməsini məhxz bununla izah etmək olar. *
Əski qaynaqlar təsdiq edirlər ki, kökü
çox qədim zamanlara gedib çıxan NOVRUZ
muğam dəstgahı XV yüzilə qədər
hələ saray ziyafətlərində və başqa
məclislərdə səslənirmiş. Nahaq yerə
deyildir ki, bu qədim muğamın adına Nizami
Gəncəvi və İmadəddin Nəsiminin əsərlərində
tez-tez təsadüf edilir. Nizami «Xosrov və Şirin»də
müğənni-mütrüb Nəkissanın NOVRUZ
muğamı üstə bir qəzəl oxumasından
xəbər verir. Nəsimi isə, «həsrət
yaşı hər ləhzə qılır bənzimizi
saz…» misrası ilə başlanan
qəzəlində bir sıra muğam və onların
şööbələrinin adları ilə yanaşı,
NOVRUZ muğamının adını
çəkir. Deyilənə görə, Xİİİ
yüzildə yaşamış görkəmli Azərbaycan
musiqarı Mövlana Səfiəddin Ürməvinin
ifa etdiyi muğamlardan birinin adı da NOVRUZ
olmuşdur. Bir zamanlar klassik muğamların psixoloji
təəsirinə ayrıca diqqət yetirmiş
Əbdürrəhman Cami isə (XV yüzil) həmin
NOVRUZ muğamının
(Cami onu «avaz» sayır) dinləyiciyə hədsiz
fərəh və şadlıq hissləri aşılanmasından
danışır. * Bilirik
ki, dahi Üzeyir bəy Hacıbəyli Yaxın Şərq
xalqlarına məxsus 12 əsas muğam və 6
avazdan (burada NOVRUZ
altı avazdan biridir) ibarət sistemi – «on iki sütunlu,
altı qülləli bir saraya» bənzədir. Onun
yazdıqına görə, XİV yüzilin sonlarında
baş vermiş içtimai-siyasi dəyişiklər
nəticəsində bu möhtəşəm «musiqi
sarayı» uçulub dağılmış və
əvəzində həmin tikilinin qırıntılarından
ayrı-ayrı xalqlar özləri üçün
kiçik-kiçik «muğam məəbədləri»
inşa etdirmişlər, Nəticədə, əvvəllər
tam müstəqil sayılan klassik muğam dəstgahları,
o cümlədən qədim
NOVRUZ muğamı,bu və ya digər
çağdaş muğamın şööbə
səviyyəsinə endirilmiş və əksinə,
vaxtilə şööbə əhəmiyyətli
mubam hissələri müstəqil muğamlar təki
səslənməyə başlamışlar. Bu
yerdəyişmədə 12 əsas muğamdan yalnız
RAST və NƏVA
öz adlarını və bütövlüyünü
qoruyub saxlaya bilmiş, təkcə RAST
muğamı bizim günlər tamam dəstgah şəklində
ifa olunmaqdadır. * Klassik
muğamların mənşəini təbiət
hadisələrilə bağlayan digər nəzəriyyə
tərəfdarları muğamlar arasında təkcə
RAST dəstgahının
bilavasitə Novbaharla bağlı olduqunu, onun xəfif
bahar küləyinin əsməsindən törəndiyini
bildirirlər. Eyni zamanda məəlum olur ki, əfsanəvi
k ə k n u s – m u s i q a
r quşun NOVRUZ
günü əcaib dimdiyində səslənən
70 cür avaz elə RAST
muğamının özüdür. Unutmayaq ki,
bu gün RAST
dəstgahının şööbələri
sayılan və ancaq bu muğamda (qismən HÜMAYUNda)
cəmləşən NOVRUZ-RƏVƏNDƏ,
NOVRUZ-SABA, NOVRUZ-ƏRƏB və NOVRUZ-XARA
vaxtilə müstəqil muğam dəstgahı
tək tanınmışlar və kim bilir bəlkə
onlar qədim NOVRUZ
muğamının ayrı-ayrı «qırıntıları»dırlar.
* Hər halda bu gün qətiyyətlə
demək olar ki, həm RAST
muğamı, həm ondan törənib «fa» notuna
köklənmiş NOVRUZ-RAST
muğamı bütünlüklə ilin yaz fəsli,
mübarək NOVRUZ
bayramı ilə bağlıdır. Əbəs
yerə deyildir ki, vaxtilə bu muğamlar bayram günü
bir adət-ənənə kimi yaşıl məkanda,
yaşıl libaslı çalğıçılar
tərəfindən ifa olunmuşlar. *
XV yüzil muğamşünası əl-Hüseyni
öz musiqi risaləsində bildirir ki, keçmiş
zamanlarda klassik muğamların hər biri müvafiq
rəngə boyanmış bəzəkli pərdələr
fonunda, yaxud yeddi müxtəlif rəngli otaq və
ya salonlarda çalınmışlar. Belə ki, HÜSEYNİ
– səndəli rəngli, NƏVA
– qırmızı, ÇAHARGAH
– sarı, digər muğamlar isə başqa-başqa
rəngli məkanlarda ifa olunmuşlar. Burada qeyri-adi
bir şey yoxdur. Əgər RAST
muğamı - Ayın, SEGAH
isə Zöhrə//Venera planetinin avazlarıdırsa,
deməli onlar eyni zamanda həmin planetlərin «rəmzi
rəng» daşıyıcıları olmuşlar.
Keçmişin musiqisevərləri bu və ya digər
muğamı müəyyən planetin rəmzi rəngi
fonunda dinləməyi vacib bilmişlər *
Nizami Gəncəvinin «Həft peykər» poemasında,
dolayısı yolla da olsa, bu cəhət açıq-aşkar
yeddi günbəzin rəngində özünü
göstərir. Düzünə qalarsa, bu adət-ənənə
İslamdan çox-çox əvvəl hökm sürmüş
səma cizimlərinə sitayişlə bağlı
qədim «sabeizm-peykərsevərlik» dinindən iqtibas
olunmuşdur. Həmin etiqad tərəfdarları
səmadakı yeddi peykər şərəfinə
ayrı-ayrılıqda yeddi müəyyən biçimli,
müvafiq rəngli məəbədlər inşa
etmiş, orada müvafiq musiqinin müşayiətilə
ibadətlə məşğul olmuşlar. *
Bununla belə,hər çalğı aləti ötənlərdə
müəyyən bir planetlə əlaqələndirilmişdir.
M.Füzulinin «Yeddi cam» əsərindən aydın
olur ki, ney çalğı aləti – Günəşi,
dəf-qaval – Ayı, digər alətlər isə
başqa planetləri təmsil etmişlər. *
Əski çağların muğamşünasları
dönə-dönə israr edirlər ki, adət-ənənəyə
görə hər muğamın ifasından ötrü
NOVRUZ gününün
müəyyən vaxtı təəyin olunmuş,
başqa sözlə desək, ayrı-ayrı muğamlar
yalnız onlar üçün ayrılmış
vaxtlarda səslənməliydilər. Ortaçağ
musiqişünaslarının rəincə, NOVRUZ-RƏHAVİ
muğamı – dan yeri ağaran zaman, NOVRUZ-HÜSEYNİ
- günəş sıxan məqamda, NOVRUZ-
RAST isə günorta çağı
ifa olumalıydı. Beləliklə, bütün
bayram günü, gecə yarısına kimi 12 klassik
muğamın ifası nəzərdə tutulurdu.
* NOVRUZ həqiqətən
MUSİQİ
sənətinin bayramı sayılmışdır,
Vaxtilə bütün Yaxın Şərq dövlətlərinin
saraylarında bayramla bağlı təntənəli
ziyafət məclislərinə dəəvət
olunmuş şairlər, «sürud» mahnıları
oxuyan «sürudsəra» və «novruzxan» adı daşıyan
yüksək səviyyəli muğənni və
çalğıçıların ifası yüzlərlə
dinləyicinin diqqətini cəlb eyləmişdir.
Bu ziyafətlərində çıxış etmiş
musiqarlar Nəsimi, Füzuli və Xətai tək
şairlərin ulu Dədə Günəşi,
DÖRD MÜQƏDDƏS
VARLIQI, zodiaqın B
a l ı q l a r və Q
o ç bürclərini, ilin gözəl
bahar fəslini təsvir və tərənnym edən
müxtəlif qəsidə və mədhiyyələrə
bəstələnmiş TAR-NOVRUZ,
SƏBZ-BAHAR, NOVRUZ-TƏRTİB və
ğu kimi təsnif və mahnılar, NOVRUZ-RAST.
NOVRUZ-RƏVƏNDƏ, SOLTAN-NOVRUZ kimi
mürəkkəb muğamlar və sürud-himnlər
oxumuşlar. * Bunlara əlavə,
saraylardakı ziyafətlərdə musiqarlar arasında
özünəməxzsus müsabiqələr, yarışlar
keçirilmiş, qaliblər qiymətli xələtlərlə
mükafatlandırılmışlar. Məəlum
olur ki, Səfəvilər sarayı Həftbehiştdə
müğənni-novruzxanlardan Hafiz
lələ Təbrizi, Hafiz Cəlacal,
sazəndə Mirzəməhəmməd
Kamançeyi, Soltanməhəmməd Çəngi,
musiqişünaslar Pəripeykər,
Dürəbəy Kirami və digər
ustad musiqarlar öz yeni bəstə və təranələrilə
ziyafət iştirakçılarına hədsiz zövq
vermişlər. * Deyilənə
görə, Şah İsmayıl Xətai belə
bayram məclislərini çox sevir, kefi gələndə
özü bərbət çala-çala xoş avazla
oxuyarmış. Bircə onu demək kifayətdir
ki, Nadir şah Əfşarın 1736-cı ildə
uzaq Hindistanın Dehli şəhərində hədsiz
dəbdəbə ilə qeyd etdiyi möhtəşəm
NOVRUZ gecə
ziyafəti ortaçağ tarixçiləri tərəfindən
xüsusi olaraq vurqulanır. Sən demə bu şənlikdə
şahın «nəqqarəxana» adlanan saray orkestri
və 22 nəfərdən ibarət rəqqaslar
dəstəsi bilavasitə şah və qonaqlar qarşısında
çalıb oynamışlar. Çalğıçılar
santur, qanun, tənbur, kamança və bu kimi çalğı
alətlərində çalaraq, öz məharətlərini
məclisdəkilərə nümayiş etdirmişlər.
* Bilirik ki, hal-hazırda həmin
qədim çalğı alətlərinin bərpasına
cidd-cəhd göstərilir. Əslinə qalarsa,
bu təqdirəlayiq bir haldır. Lakin, bir zamanlar
elə həmin alətlərdə səslənən
musiqi əsərlərinin bərpası barədə
düşünən, demək olar ki, yoxdur. İstər
bəstəkarlar ,
istər musiqişünaslar heç də əski
musiqimizin bərpası ilə məşğul olmaq
fikrində deyillər, Onların rəincə, min
ilə yaxın tarixə malik klassik muğamlarımızın
500 il bundan öncə necə səslənməsini
bu gün müəyyən etmək qeyri-mümkündür.
Belə ki, həmin ədvar (klassik) musiqi bizim günlərə
gəlib çatmamış, onların adları yalnız
əski yazılarda «yaşamaqdadırlar». Başqa
sözlə, onlar etiraf edirlər ki, bu «ölü
musiqi»nin ilkin səslənməsini qaytarmaq müşkül
işdir və buna heç bir ehtiyac da yoxdur. Nəticə
etibarilə, qədim çalğı alətləri
ansamblı mövcud olduqu halda, onun ifa etdiyi musiqi
əsərləri heç də qədim musiqi deyil,
son yüzillərin musiqisidir. Bununla heç cür
razılaşmaq olmaz. Ədvar musiqimiz, o cümlədən
NOVRUZla əlaqəli
musiqimiz rekonstruksiya, bərpa olunmalıdır.
Əslinə baxılarsa, bu sahədə görüləsi
işlər kifayət qədərdir. Uzaqlara getməyib
düşünək, tutalım bu gün qədim
SAQİYİ-NOVRUZ
mərasim oxumasının mətni və ilk notları
əlimizdədir, d eməli bu əsərin haradasa
bütöv «halı»nı bərpa etmək üçün
artıq imkan var. Əgər RAST
dəstgahı bütünlüklə
qorunub bizim zamana gəlib çatıbsa, demək
onun «fa» notunda köklənməsi sayılan NOVRUZ-RASTın
avazını qaytarmaq çətin deyil. Yaxud, NOVRUZ-ƏCƏM,
NOVRUZ-ƏRƏB və digər qədim
muğamlar indinin özündə RAST
və HÜMAYUN
muğamlarının şööbələri
tək «yaşayırlarsa», yaxud NOVRUZ-ƏRƏB
muğamı nə vaxtsa qonşu xalqın bəstəkarı
tərəfindən nota alınıbsa, söz yox
ki, bu notları üzə çıxarmaqla və
çağdaş RAST
şööbələrinin köməyilə
həmin muğamları, qismən də olsa, necə
deyərlər «diriltmək», rekonsruksiya edib ilginc
halını qaytarmaq olar. Bundan ötrü güclü
istək, hədsiz həvəs, MİLLİ
MUSİQİ SƏNƏTİMİZƏ
böyük məhəbbət və çalışmalar
gərəkdir. Əgər bu sahədə giddi işlər
aparılarsa və heç olmasa tarixi həqiqətin
30-40 faizi bərpa olunarsa, bunu çox önəmli
və qiymətəgəlməz nailiyyət saymaq
olar. Hər halda buna ümid bəsləmək lazımdır.
|