| |
Azərbaycanda
xalq və elmi təbabətinin inkişafının
qısa tarixi mə’lumatı
Azərbaycanda dərman
vəsaitərindən istifadə olunma tarixi çox
qədimdən başlanır. Dərman bitkilərindən
istifadə etmək, onların yenilərini aşkar
etmək uzun müddət fırıldaq əqidəlilərin
təsiri altında idi. Buna baxmayaraq, yeni dərman
vəsaitləri axtarılırdı.
Ərəblərin hökm sürdüyü vaxtlar
bütün ərəb xəlifətinin ərazisində,
o cümlədən də Azərbaycanda mədəniyyət,
elm, təbabət qəbul olunmuşdu.
Bu dövrdə Azərbaycanda xəstəxanaların,
əczaxanaların, tibb mədrəsəsinin açilmiş
əlamətdar hadisə oldu. O vaxtlar tapılmış
əlyazmalardan mə’lum olur ki, Azərbaycanda dərman
hazırlanmaqla məşğul olanlar çoxdan mövcüddür
və bu adamlar attar adlanır. Attarlar dərman bitkilərin
yığıb, qurudub saxlanması və müəyyən
vaxtdan sonra onun satışı ilə məşğul
olan insanlardır.
Attarların və həkimlərin saxlanılmış
əlyazmalarından mə’lum olur ki, Azərbaycanda
xalq təbabətində müxtəlif dərman
bitkilərindən, çiçəklərndən,
müxtəlif bitkilərin kökündən, toxumundan
geniş istifadə olunurdu.
Azərbaycan həkimi Ömər Osmanın (X əsrin
axrı) ürəyi xəstə olan insanlar üçün
pəhriz rejimi çox diqqətəlayiqdir. O, öz
xəstələrinə şirin pəhriz: bal, şərbət,
bəkməz, şirin çaxır tə’yin edərdi.
Böyrək xəstəliyində isə balqabaqdan,
balla yerkökündən istifadə edərdi.
XI və XII əsrlərdə Azərbaycanda elmin
və mədəniyyətin inkişafında böyük
əməkləri olan bir sıra alimlər, şairlər,
filosoflar və həkimlər zahir oldular. Bunların
içində görkəmli xəxsiyyət azərbaycan
şairi Nizami Gəncəvi də var idi. Hərtərəfli
biliyə malik olan Nizaminin “Xəmsə”-sində
dərmanlar barəsində yazılar görürük.
“İskəndərnamə”də isə Nizami yazır:
“Baş ağrısı üçün mütlək
ğızılgül suyu (gülab) vacibdir.”
Gülab ilk dəfə Şiraz şəhərində
müalicə usulu kimi şərğ xalqları
tərəfindən istifadə olunmuşdur.
Azərbaycanda və həmsərhəd şərq
ölkələrində təbabətin özünəməxsusluğu
var idi. Azərbaycanda xalq təbabətinin inkişafı
iki istiqamətdə gedirdi. Şəhərlərdə
və sərhədyanı rayonlarda özlərinkindən
əlavə qonşu ölkələrin dərmanlarından
da istifadə olunurdu. Bu şəhərlərdə
və rayonlarda tibb mütəxəssisləri yaşayırdılar.
Onlar ərəb resept kitabı “Karabaddini”dən
istifadə edirdilər. Attarlar isə dərman bitkilərin
və həkimlərin reseptinə əsasən hazırladıqları
dərmanları satmaqla məşğul olurdular.
El arasında Attarlara nüsxəbənd (nüsxə
- resept) də deyirdilər.
O vaxtlar ən çox istifadə olunan dərman bitkilərindən:
zəfaranı, anis almasını, xardalı, narı,
badamı, qara bibəri, darçını, zənçəfili,
kafuru, hili, narıncı və başqalarını
misal gətirmək olar.
Hətda lalədən opium hazırlamaq da mə’lum
idi.
Ancaq bununla şəhərlərdən uzaq, dağ
yerlərindən məşğul olurdular. Bu yerlərdə
həkimlərin olmadığına görə,
yalnız ətraf ərazilərdə bitən dərman
bitkilərindən istifadə olunurdu.
Ancaq ərəb elminin VIII əsrdə XII əsrə
qədər çiçəklənməsi, tərəqqisi
və xəlifətin ayrı-ayrı ölkələrə
parçalanması vəziyyəti dəyişdi.
Sonrakı əsrlər (XIII - XVIII) Azərbaycan və
bütün Zaqafqaziya Çinqizxanın, Cələləddinin,
Tamerlanın, Osmanlı Türklərinin, Farsların
və başqalarının basqınları nəticəsində
qanlı meydana çövrüldü.
Azərbaycanda həmin vaxt dərman ləvazimatları
yenə də həkimlərin və attarların
əlində idi və çətinlikləs inkişaf
edirdi. Tarixçi Rəşidəddin qeyd edərdi
ki, həmin dövrdə həkimlər və attarlar
əvvəlki qədar bilikli və savadlı deyildilər.
Buna baxmayaraq, Azərbaycan xalq təbabəti inkişaf
edirdi və bunun sayəsində millətçə
azərbaycanlı olan bir sıra görkəmli həkimlər
ön plana çıxdılar. Ərəb, fars və
azərbaycan dillərində təbabət haqqında
kitablar yazıldı. Bu baxımdan Məhəmməd
Bərgüşadın yazdığı “Tibbi Nambevi”
kitabı azərbaycan dilində yazılmış
ilk kitab idi.
Dahi, mütəfəkkir Fizulinin XVI-cı əsrdə
azərbaycan xalqının fəlsəfi, elmi və
təbabətdən yazdığı kitablar böyük
bir hadisə idi.
Fizulinin yazıları böyük elmi sualları
əhatə edirdi. Təbiiyyat və tibb elmləri
Fizulini dərindən maraqlandırırdılar.
Onun “Təbiətlə söhbət”, “Sağlamlıq
və xəstəlik” yazılarını qeyd etmək
olar. Fizuli “Təbiətlə söhbət” kitabında
öz doğma yurdunun təbiətinin gözəlliyindən
yazır.
Həkim Məhəmməd Yusif Şirvanin XVIII–ci
əsrdə yazdığı “Tibbinamə” kitabı
çox böyük maraqa səbəb olmuşdur.
O, həmçinin “Şərq dərmanlarının
lüğəti” kitabını azərbaycan dilində
yazmışdır. “Əhatə mühitin müalicənin
gedişində rolu” və “Zəhərləri kənar
etmə üsulları və zəhərlənmədən
müalicə məlumatları” kitabları da ona
məxsusdur.
1829-cu ildə Məhəmməd Əli Pişəvarinın
fars dilində yazdığı “Məcmaül-Cəvəmi”
kitabda da tibbadən və dərmanlardan bəhs edən
vacib kitablardandır.
Səid Məhəmməd Hüseyn xanın 1830-cu
ildə yazdığı “Böyük Karabəddin”
kitabı bütün İslam Şərqində
məşhurdur. Bir çox xəstəliklərin
müalicəsi üçün cürbəcür
dərmanlar göstərilir.
Ancaq o dövrdə kimya, biokimya, biologiya elmlərinin
aşağı səviyyədə olduğuna görə
bir çox xəstəliklərlə mübarizədə
çətinlik çəkilirdi.
Bu baxımdan Azərbaycanda dərmanların, ümumiyyətlə
tibb elminin inkişafında Rusiyanın böyük
təsiri olmüşdur.
XIX–cu əsrin əvvələrində Zağafqaziya
xalqlarının Rusiya ilə yaxınlaşması
tibb elminin inkişafına böyük təkan verdi.
Azərbaycan xalq təbabətində dərman maddələrinin
mükəmməl öyrənilməsilə Tartu
universitetinin professoru Q.Dragendorfun rəhbərliyilə
azərbaycanlı, Bakı şəhər sakini
Əbdul Axundov məşqul olamağa başladı.
1892-ci ildə Əbdul Axundov öz dissertasiyasında
(alimlik dərəcəsi olan vaxt) Abu-Mansur Muvaffaka-ben-Əli-em-Xirovun
kitablarını azərbaycan dilinə tərcümə
etmişdir. Bu kitablar IX-cu əsrdə fars dilində
yazılmış ilk kitablar idi. Əbdul Axundov dərman
bitkilərinin botaniki adlarını təyin etdi
və bunları izahlaşdırdı. Bu izahlar,
araşmalar tibb elminin inkişafına böyük
təsirini göstərdi.
Bu önəmdə rus alimi E.Şteberin əməyi
Qafqazda böyük olmuşdur (“Qafqazın və
Orta Asiyanın əczaçılıq haqqında
lüğət materialları”, Yekaterinoslav, 1902-ci
il).
Respublikada dərman bitkilərindən səmərəli
istifadəsi yalnız Azərbaycanda Sovet hakimiyyəti
qurulandan sonra mümkün olmuşdur.
Azərbaycanda dərman bitkiləri ehtiyatlarının
xüsusiyyətlərinin öyrənilməsinə
Azərbaycanda B.L.Komarov adına botanika institutu təşkil
olandan sonra başlanmışdır. Azərbaycanda
bitki aləminin tərkib hissəsinin, onların
yayılmasının xalq təsərrüfatı
üçün yararlı növlərin dəqiqləşdirilməsində,
bunlara aid çox müxüm əsərlərin
yaranmasında azərbaycan botanikləri tərəfindən
böyük işlər görülmüşdür.
Azərbaycanda əczaçılıq elminin hərtərəfli
inkişafında 1937-ci ildə Bakıda yaranmış
əczaçılıq institutunun əməyi böyük
olmuşdur. Həmin institut 1941-ci ildə Bakıda
yaranmış N.Nərimanov adına tibb institutunun
tərkibinə əczaçılıq fakultəsi
kimi daxil olmuşdur.
Azərbaycanda təbiətin dərman ehtiyatlarının
öyrənməsində böyük tədqiqat
işləri görmüşdür. Mədəni
və vəhşi dərman bitkilərinin kimyəvi
tərkibinin, əczaçılıq xüsusiyyətlərinin
öyrənilməsində böyük işlər
görülmüşdür. Bütün respublika
ərazisinin landşaftında aparılmış
müayinələr nəticəsində Azərbaycanda
çoxlu miqdarda xalq və elmi təbabətda istifadə
olunan dərman bitkiləri aşkar edilmişdir.
Azərbaycanda mövcüd olan dərman bitkilərinin
76 növünün yabanı halda bitməsi aid edilmişdir.
Azərbaycanda müxtəlif rayonlarda aparılmış
sorğu-sual nəticəsində İ.A.Dəmirov
xalq təbabətində istifadə olunan 800 növ
dərman bitkiləri qeyd almışdır.
|