| |
Zinət
əşyaları
Azərbaycanın zərgər
ustalarının zərgərlik məmulatlarını
öz tə”yinatına görə 1 neçə
qrupa ayırmaq olar: kəmərlər, baş
üçün, sinə üçün, boyun
üçün, əl üçün, paltar,
silah və heyvanlarçün bəzək əşyaları.
Bundan başqa, ayrıca əşyaların
(suvenirlərin) hazırlanması da həmçinin
zərgərlərin işinə aiddir. Baş
üçün bəzəklərə, öz
növbəsində, alın, qulaq və hörüklər
üçün bəzəklər, o cümlədən
çut qabağı, təsək qabağı,
qabaqlıq, çutqü qabağı, çənəaltı,
qarmaq, sırğa, qıraqlıq (dinqə
baş geyiminin kənarlarına tikilirdi); döşə
taxılan bəzəklərə - ən bahalı
və çox həfis, iri ay-ulduz (imarət)
adlı zinət əşyası (şəhərlərdə
geniş yayılmışdı, müxtəlif
texniki üsullar tətbiq etməklə qızıldan
hazırlanırdı və qiymətli daşlarla
bəzədilirdi), sonra saç üçün
bəzək sancaqları və s.; boyun zinət
əşyalarına – müxtəlif dəyərdə
(məziyyətdə) boyunbağılar; əl
(qol) üçün zinət əşyalarına
– bilərziklər, müxtəlif üzüklər,
qaşlı üzüklər aiddir. Qolbaqlar,
digər növ zinət əşyaları kimi
geniş rəngarəngliyi ilə seçilirdi.
Kəmərlər də öz nəfis-ornamental
xüsusiyyətləriylə süçilirdi.
Bu sənət sahəsində lokal fərqlər
müvcud idi ki, bunu etnoqrafik dəlillər də
təsdiqləyir. Iki fakta müraciət edək.
Gəncə-Qazax zonasında zərgərlər
4 növdə kəmər hazırlayırdı.
Şəki-Zakatala zonasında müxtəlif
növ gümüş və digər kəmərlər
geniş yayılmışdı. Bundan başqa,
Azərbaycan zərgərləri hər yerdə
yayılmış digər kəmərlər
hazırlayırdı: taxta kəmər (3 hissəli),
təkbənd (birqarmaqlı), düzmə kəmər,
çanqar kəmər, girvənkə toqqa, suvadaq
toqqa, çilik toqqa, sallama toqqa və s. Qadın
kəmərləri 3 cərgə gümüş
sikkə dəyərində bəzədilirdi,
lakin elə kəmərlər var idi ki, aşağıdakı
sikkələrdən qısa və nazik qarmaqçıqların
köməyilə gümüş abbasılar
da asılırdı. Onlar sərbəst şəkildə
sallanaraq yeriyərkən və ya rəqs zamanı
cingildəyirdi. Ümumiyyətlə, Azərbaycanda
kəmərlər qarmaqlalın, çarpazların
köməyilə iri (ağır) toqqalarla
bağlanırdı. Kəmərlər cehizin
əsas ünsürlərindən biri kimi gəlinin
valideynləri tərəfindən verilən
mütləq hədiyyə idi. Mövcüd
adətlərə görə qızlar kəmər
taxmırdı, amma ərə gedən hər
bir qızın kəməri var idi, belə
ki, ərə getdikdən sonra onu taxmalı
idi. Kəmərlər təkçə əməli
(tətbiqi) baxımdan əhəmiyyətli
deyildi, həm də onun daşıyıcılarının
sosial mövqeyini əks etdirirdi. Bundan başqa,
onların dini-sehrli əhəmiyyəti var idi.
Qadın geyiminin bəzəkləri müxtəlif
sancaqlar, düymələr, həmçinin işləmə
(bəzək vurmaq) üçün nəzərdə
tutulmuş üst geyim və köynəklərin
yaxaları, ətəkləri, qolları, “dingə”
baş geyimindən ibarət idi. Kişilərdə
geyim üçün bəzəklər yalnız
vəznə və düymələrdən,
varlılar və feodal aristokratiyasında isə
baş geyimi (çalma və s.), paltar, kəmər
və ayaqqabı üçün bəzəklərdən
ibarət idi. Sifarişçinin tələbinə
görə zərgər qabaqcadan nəzərdə
tutulmuş lokal (yerli) ən”ənələr
çərçivəsində əşyanın
çoxsaylı detallarını dəyişdirə
və ya müxtəlif şəklə sala
bilər; həmçinin öz rəyinə
əsaslanaraq element (ünsür) və detalların
lazimi əhənglərini seçə bilər.
Azərbaycanlılarda xalq arasında zərgərlik
məmulatlarının belə böyük
rəngarəngliyini bununla izah etmək olar,
bu da onları hazırlayanların fərdi ustalığına
dəlalət edir.
Zinət əşyalarından danışarkən,
iki səciyyəvi məqamı nəzərə
almaq lazımdır: əvvəla, zinət aşyaları
nəsildən nəslə (irsən) keçib,
ikincisi, onların hər bir ailədə mövcudluğu,
materialdan (qızıl, gümüş və
s.) asılı olmayaraq, əhəmiyyətli
idi. Qızıl və bahalı zinət əşyaları
şəhər ailələri üçün
səciyyəvi idi, burada hər bir qadın
üçün sırğalar, üzüklər,
boyunbağılar, boyun üçün muncuqlu
bəzək əşyaları zəruri hesab
olunurdu.
Inqilabaqədərki Azərbaycanda bəzək
əşyalarının taxılmasında yaş
baxımından bölğü mövcud idi,
Azərbaycanda bəzək əşyalarını
qızlar 3-4 yaşından başlayaraq taxırdılar,
amma hesab edilirdi ki, onlar belə erkən yaşda
“pis gözdən” (“bədnəzər”dən)
qorunmaq funkdiyasını yerinə yetirir. Bu
bəzək əşyalarını – muncuqları
(“göz muncuğu”) geyimlərin çiyin hissələrinə,
tübətəykə ( araqçına) tikirdilər,
körpələrin boyunlarına və ya qoluna
taxırdılar. Daha bir vacib uşaq zinəti
sədəf düymələr idi. Erkən
yaşda qızların qulaqlarını deşirdilər
və qulağa nazik sap taxırdılar, bir
qədər sonra isə sapa bir və ya 2 muncuq
keçirirdilər. Uşaqları “cinlərdən”,
“pis gözdən” qorumağa can ataraq, müxtəlif
növ həmayillərdən (dağdağan
[karkas/daş ağac]}, heyva ağacından,
dəridən, parça qırıntıları
və s.) geniş istifadə edirdilər ki,
onlar həm də bəzək əşyası
rolunu oynayırdı. Həmçinin yaşca
daha böyük (14-15 yaşadək), eləcə
də nigaha artıq daxil ola biləcək qızlar
(16-17 yaşdan sonra) üçün də bəzək
əşyaları mövcud idi. Bu bövrdə
bəzək əşyalarının sayı
artır; bə”zi ailələr (sifariş və
ya almaqla) toya təzəgəlinçün əlavə
zinət əşyaları da əldə edirdilər.
Gəlinin zinət kompleksinə üzüklər,
sırğalar, döşçün zinət,
bilərziklər, boyunbağılar, bir neçə
cərgə muncuq, baş üçün bəzək
daxil idi.
Ilk uşağın anadan olmasından sonra gənc
qadın eyni zamanda bir neçə zinət taxa
bilməzdi, çünki hesab edilirdi ki, o, daha
sadə geyimdə olmalı və öz toy zinətlərindən
bir-iki sini taxmalıdır. Ərə getmiş,
2-3 və daha çox uşağı olan gənc
qadınların zinəti də 45-50 yaşında
olan qadınların zinət əşyalarından
fərqlənirdi. Adətən bu yaşda müxtəlif
zinətlərin taxılması minimuma endirilir
– yalnız sırğa, üzük qalır;
baş və döş üçün zinətlər
yox olur, saçlar xüsusi örtükdə
gizlədilir, başa çutqa sarğısı
taxırdılar. Beləcə, hər yaş
qrupuna aid qadınlar üçün müəyyən
zinət əşyaları qrupu müvafıq
idi (qızlar, qız-gəlinlər, cavanlar,
ana-qadınlar, yaşlı qadınlar).
Qadının həyatında bir neçə
dövr olurdu ki, o zaman zinət taxmirdi: dini mərasim
günlərində (yas); ölənə 40
gün hüzr saxlayarkən. Estetik təyinatdan
başqa, zinət əşyalarının taxılması
təntənə, sevinc rəmzi idi, göstərilən
bu dövrlərdə isə qadınlar elə
bil tinətlə bağlı bütün sevinclərdən
uzaq düşürdü. Qadınlar həmçinin
doğuşdan sonra ilk qırx gün ərzində
(“çillə/qırx” hərf qırx) zinət
taxmırdı. Bizim araşdırdığımız
etnoqrafik mənbələrdən aydın olur
ki, Azərbaycanda zərgərlik mə”mulatları
bir neçə funksiya yerinə yetirirdi:
1. Müstəqil, sərbəst
zinətlər, o cümlədən geyim dəstliylə
bağlı olmayan. Onlar müstəqil bədii-dekoratif,
ehtimal ki, ilkin olaraq, həm də dinisehrli funksiyalar
daşıyırdı (üzüklər, qolbaqlar,
qaşlı üzüklər). Onları həmişə
taxırdılar.
2. İkinci qrup zinətlər
utilitar (tətbiqi) funksiya daşıyırdı,
geyimin müəyyən dəstinə və
ya ayrı-ayrı ünsürlərinə uyğun
gəlirdi. Bu toqqalar, piləklər, alın
və gicgah üçün bəzək əşyaları,
saç (hörük) üçün bəzəklər,
eləcə də kəmər və çənəaltı
(qarmaq) [“dingə” baş geyimini saxlamaqçün]
idi.
3. Üçüncü qrup
bəzək əşyalarının qadın
kostyumunun müəyyən dəstiylə tarixi
əlaqəsi olmasa da, estetik funksiyanı yerinə
yetirirdi. Bu tip zinətlər kostyuma bədii
– dekorativ cəhətdən tamamlanmış
görkəm verirdi. Bura sırğaları,
döş üçün zinətləri, boyunbağı
və müxtəlif muncuqları aid etmək
olar.
4. Dördüncü qrup
bəzək əşyalarına tətbiqi rol
oynamaqla yanaşı, eyni zamanda üst geyimin
bəzədilməsi üçün istifadə
olunan zinətlər daxil idi. Bu məqsədlə
müxtəlif dəyərdə sikkələrdən
(gümüş və qızıl) “arpa”, muncuq
(biser), güləbatın naxış (tikmə),
“bafta”, “qara göz”dən istifadə olunur.
Varlı və yoxsul sakinlərin zinət əşyalarının
növləri arasında fərq yox idi, amma
varlı qadınların zinətləri bahalığı,
onlarda qiymətli daşların istifadə olunması
və onların hazırlanmasında daha mürəkkəb
texniki üsullardan istifadə onlunması ilə
seçilirdi. Zinət əşyalarının
təsnifatı zamanı aydın olur ki, eyni
tə”yinatlı əşyalar (məsələn,
kəmərlər və ya sırğalar və
b.) bir qayda olaraq çoxsaylı müxtəlifliyə
malikdir, belə ki, öz aralarında hazırlanma
texnikaları və materiallarına, eləcə
də bədii xüsusiyyətlərinə
və formasına görə fərqlənir.
Zərgərlik məmulatları estetik funksiya
yerinə yetirməklə yanaşı, həm
də şərti-mülki fərqləri, yerli
və etnik xüsusiyyətləri, yaş baxımdan
fərqləri əks etdirir, dini-sehr rolunu oynayırdı.
Zərgərlik mə”mulatları qadın kostyumu
dəstiylə birbaşa və üzvi əlaqədə
olub onu tamamlayır və vahid ahəng yaradır
ona milli kolorit, bədii tamamlanma və estetiklik
gətirirdi. Kostyumun elementlərindən birinin
dəyişdirilməsi və ya onun yoxluğu
(məsələn, əgər arxalıq qurdu-baharı
ilə əvəz olunurdusa və ya baş geyimi
dəyişdirilirdisə) zinət əşyalarının
kompleksində ayrı-ayrı ünsürlərdə
(növlərdə) dəyişikliyə səbəb
olurdu. Bahalı geyim dəstinə daha bahalı
zinət dəsti seçilirdi. Qeyd etmək lazımdır
ki, bu iki dəst (geyim və bəzək əşyaları)
XIX əsrin II yarısınadək nisbətən
davamlı olub dəyişikliklərə az
mə”ruz qalib. Amma kapitalist münasibətlərinin
inkişafı ilə və ticarət kapitalının
kəndə nüfuz etməsiylə, xüsusən
varlı kəndli ailərində və şəhərlilərdə
rus və avropa kostyumunun tə”siri müşahidə
olunur; buna müvafıq olaraq da bə”zi növ
zinət əşyaları da təkamülə
uğrayır (təkmilləşir).
|