20
yanvar – Ümumxalq kədər günü
1990-ci il yanvarın 20-də saat 00.20-də
Azərbaycan SSR-nin Ali Sovetinin razılığı
olmadan sayca 20 milyon çox olan, SSRİ-nin başqa
regionlarandan gəlmiş Sovet Qoşunları Bakı
şəhərinə soxuldular. Bununla da SSRİ-nin
və Azərbaycan SSR-nin konstitusiyaları tam kobudcasına
və vəhşiliklə pozulmuş oldu.
Nəticədə
170 nəfər həlak olanlar, 400-ə yaxın
yaralanlılar oldu. Bunların içində asudə
insanlar: gənclər, uşaqlar, qocalar və qadınlar
da var idi, hətda hərbi qulluqçular da.
Şəhərə ordunun girməsi cə fövqəladə
vəziyyətin elan edilməsi, SSRİ Ali Sovetinin
19 yanvar 1990-ci il tarixli qərarı və Qorbaçovun
qolu ilə olmuşdur. Bu akta SSR-i Ali Sovetinin razılığı
yalnız ordu girəndən 7 saat sonra elan edilmişdir.
Ordunun girməsilə Bakıda və bütün
Azərbaycanda adi camaata qarşı görünməmiş
cinayətlər başlandı. Helsinin və Vyana
razılıqlarına qol çəkmiş bir hökumətdə
insan hüquqları görünməmiş dərəcədə
pozuldu.
Bakının zəbt olunması DİN-nin, DTK-nin
və müntəzəm Sovet ordusunun hissələrilə
müdafiyə naziri Yazovun komandanlığı
altında həyata keçirildi. Heç bir xəbərdarlıq
edilmədən şəhərin mərkəzində,
kənarlarında milliyətindən, yaşından,
cinsindən asılı olmayaraq sülhpərvər
insanlara atəşlər açıldı. Belə
vəhşiliklər şəhərətrafı
qəsəbələrdə harada ki, əsasən
azərbaycanlılar yaşayır və heç
bir talan-tapmar (ordu bu adla girmişdi) ola bilməz,
edilirdi. Hətda qadağan olunmuş silahlardan,
güllələrdən də istifadə olunurdu.
Hamıya məlumdur ki, güllə milliyət
tanımır. Bu fəlakətli gecə əskərlər
yaralılara qarşı da mərhəməti
unudaraq, xəstəxanalarda işıqları söndürdülər,
“təcili yardım” maşınlarına atəş
açırdılar, ağır yaralılara yerindəcə
qətlə yetirirdilər. Hətda öz vəhşiliklərinin
izini itirmək üçün meyitləri yandırıb,
gizlədirdilər. Məhz buna görə də
respublikada yüzlərlə adamlar itmiş hesab
olunurlar.
Yanvarın 20-də bu vəhşiliklərə
Bakı Ali Hərbi məktəbinin milliyətcə
müxtəlif bir neçə yüz nəfər
kursantları etiraz əlaməti bildirdilər və
Salyan kazarmasında olan hərbi sürsat anbarının
bir hissəsini ələ aldılar. Bundan başqa
meyitlərin və yaralıların dənizlə
başqa yerə aparılmasını eşidən
50-ə yaxın mülki gəmilər və neft
tankerləri Bakı buxtasını dövrəyə
aldılar və onlar ara-sıra Sovet Ordusunun hərbi
gəmiləri tərəfindən atəşə
məruz qalırdılar.
Şəhər cəbhə xəttini xatırladırdı.
Iki miliyonluq şəhərin, harada ki, neft, qaz
idtehsal olunur üstündə raketlə silahlanmış
hərbi vertolyotlar fırlanırdı. Bütün
ərzaq anbarlarını ələ alaraq, dükanlara
aparmağı qadağan edirdilər. Dərmanların
çatışmamazdlığından (Moskva dərmanların
gətirilməsinə imkan vermirdi) yaralılar
ölürdü. 
1990-ci il yanvarın 22-də Sovet Hərbçilərinin
binaların daşında yerləşdirdiyi pulemyotların
ağızı altında, günahsız güllələnmiş
qurbanları 1,5 milyona yaxın xalq axırıncı
yola saldı. Bakı öz oğlan və qızlarını:
azərbaycanlıları, rusları, yəhudiləri
və başqa millətlərin nümayəndələrini
yola salırdı. Dağlıq parkda “Şəhidlər
xiyabanı” yerləşir. Burada Azərbaycanın
azadlığı uğrunda öz canlarını
qəhrəmancasına vermiş oğlan və
qızlarımızın qəbirləri yerləşir.
Şəhidlər Xiyabanına bütün azərbaycan
xalqı səcdə edir. Hər il yanvarın 20-də
azərbaycan xalqı kecmiş SSRİ başçılarının:
Qorbaçovun, Yazovun, Bakatinin, Primakovun, Kryuçkovun
və Vezirovun sayəsində qəhrəmancasına
şəhid olmuş vətəndaşlarımızın
xatirəsini yad edir.
Istintaq komissiyasının verdiyi məlumata görə
bu əməliyyatda 20 min hərbçilər, yüzlərlə
tanklar, yüzlərlə başqa zirehli hərbi
texnika, hərbi-nəqliyyat təyyarələri
və bir neçə növ (HHQ, DİN, DTR) hərbi
hissələrin hərbiçiləri iştirak
etmişlər.