Ölüm və dəfn mərəsimi
Ölüm yatağında
olan kişi və ya qadın, qoca və ya cavan olmasında
asılı olmayaraq can verən zamann üzü
qibləyə tərəf uzadılmalıdır.
Can verən adamın yanında tək qadın qalmalıdır.
Onun yanında həddindən artıq bərkdən
ağlamaq və ya ucadan danışmaq olmaz. Öləni
otaqda tək qoymaq olmaz.
İnsan vəfat edəndən sonra onun gözlərini,
ağzını yumur, çənəsini bağlayır,
əllərini və ayaqlarını düz uzadırlar
ki, meyit eybəcər vəziyyətə düşməsin.
Sonra onun üzünü ağ parça ilə örtürlər.
Əgər ölüm gecə baş veribsə,
onun yanına şam yandırıb qoyurlar. Əgər
hamilə qadın ölərsə, onda onun sol böyrünü
yarıb uşağı çıxarır və
təzədən tikirlər.
Adətən - ənənəyə görə
insan öləndən sonra meyit dərhal yuyulmalı
və pak olmalıdır. Sonra həyatda od qalanır
və kişilər bu odun ətrafında dövrələmə
əyləşirlər. Dövrədə əyləşənlərin
sayı tək olmalıdır. Dövrədə
əyləşən zaman əgər küçədən
yad bir adam keçərsə, yaxud dövrəyə
gələrsə onda fatihə oxunur.
Lakin qeyd etmək lazımdır ki, son zamanlar meyiti
ölən kimi yox, evdən çıxarıb aparana
yaxın yuyub pak edirlər ki, bu da adət ənənəyə
ziddir. Çünki insan öləndən sonra bu
dünyadan gedir “axirət” dünyasına. “Axirət”
dünyası isü əbədə və ən
təmiz dünyadır. Deməli, fatihə oxunanda
təmiz meyitə oxunmalıdır.
Ölən insanı paltarsız kəfənə
bükürlər. Kəfən ağ kətandan
və ya çitdən hazırlanır, üç
hissədən ibarətdir 1: bədənin aşağı
hissəsini bükmək üçün parça
kəsiyi, 2: köynək, 3: Mərhumu başdan
- ayağadək bürüyən parça. Kəfən
mütləq taxta iynəyinən tikilməlidir.
Vəfat etmiş arvad üçün əri, vəfat
etmiş kişi üçün isə arvadı;
yaxud da onun qohumları və ya övladları kəfən
hazırlamalıdırlar.
Meyit həmin gün aparılmalıdır, daha doğrusu
adam ölən günü dəfn edilməlidir.
Buna heç də həmişə əməl olunmur.
Meyiti bəzən iki – üç gün saxlayır
və gözləyirlər ki, bütün qohum -
əqrabası yığılsın, sonra dəfn
olunsun. Lakin bu düzgün deyildir. 
Meyiti evdən çıxararkən
birbaşa qaldırıb aparmaq olmaz. Mafəni üç
dəfə yerə qoyub götürürlər.
Meyiti apararkən nə dönüb geri baxmaq olmaz,
nə də ki, ətrafa. Yaxud da yarı yoldan dönüb
geri qayıtmaq olmaz. Yalnız düz qabağa baxmalı
və səssiz – səmirsiz gedilməlidir. Qadın
xaylağı meyiti aparanda qəbirstanlığa
getməməlidir. Ancaq sonradan ölənin qəbrini
yad etməyə gedə bilərlər.
Qəbirstanlığa çatanda meyiti bir – başa
qəbrə endirmillər. Qəbirstanlığa
çatanda meyiti bir yerə qoymaq üçün qəbrdən
bir metr kənarda yer düzəldilir. Cənazə
olan mafə ora qoyulur və mərhumun başı
üstündə cənazə namazı qılınır.
Əgər ölən kişidirsə, mərhumun
başı üstündə dua oxuyan cənazəyə
yaxın, yox, əgər ölən qadındırsa
ondan bir qədər aralı durur. Dua oxunmamış,
cənazə namazı qılınmamış meyiti
basdırmaq düzgün hesab olunmur.
Əgər altı çatmış uşaq ölmüşsı,
namaz qılmaq məcburidir. Lakin altı yaşına
çatmamış uşaq üçün namaz qılmamaq
da olar.
Ölən öz əcəli ilə deyil, qəsd
edib özünü öldürmüşdürsə,
ona da ölü namazı düşmür. Ölü
namazın qılmazdan əvvəl molla sağ əlini
mərhumun sağ çiyninə, sol əlini sol çiyninə
qoyub meyiti bər – bərk silkələyir və
onun qulağına üç dəfə bu sözləri
təkrar edir. “Eşit, bil və agah ol, ya filankəs
(adını çəkir)”. Sonra dua oxumağa başlayır.
Qadın qəbri kişi qəbrindən bir qədər
dərin olur.
Adət - ənənyə görə azərbaycanlıları
tabutda dəfn etməzlər, lakin bəzi hallarda
bədəni parçalanmış və ya çürünməkdə
olan meyiti tapılmış) adamları tabutda basdırmaq
olar. Amma bütün hallarda müsəlman kəfənə
tutulur, paltarsız və kənar əşyalar olmadan
üzü qibləyə basdırılır.
Meyiti qəbrə endirməmişdən qabaq, cənazə
olan mafəni üç dəfə yerə qoyub götürürlər.
Yalnız bundan sonra onu məzara endirirlər. Əgər
ölən kişidirsə, mafəni üçüncü
dəfə yerə qoyanda mərhumun başı
qibləyə tərəf olmalıdır. Kişini
qəbrə onun enli tərəfindən endirirlər.
Qadını isə üzü qibləyə tərəf
qoyur və dərhal qəbrə endirirlər. Doörudur,
indi buna əməl olunmur, lakin əslində cənazə
qəbrə endirilərkən onu yerləşdirmək
üçün qəbrə enən adam başıaçıq
və ayaqqabısız olmalıdır. Həmin
adam qəbirdən mərhumun ayaq tərəfindən
çıxmalıdır. O, hamıdan qabaq qəbirə
bir ovuc torpaq atıb deyir. “Biz hamımız Allaha
məxsusuq və onun yanına qayıdırıq”.
Qəbrə torpaq atanda yalnız tək sayda atılır.
Qəbirin üstünə yığılan torpaq
səviyyəsindən dörd – beş barmaq hündürlükdə
olmalıdır. Qəbrin üstü torpaqla örtüldükdən
sonra, qəbrin üstünə su töküb yeddi
dəfə ovucla torpaq atıb dua oxuyurlar.
Bütün bunlardan sonra ölən adamın yaxın
qohum - əqrabası sıra ilə cərgəyə
düzülür və bütün qəbirstanlıqda
olan adamlar onlara başsağlığı verirlər.
Başsağlığı verərkən bu cümlələri
deyirlər: “Allah öləninizə rəhmət
eləsin. Geridə qalanları gözə görünməz
qəzadan – bəladan saxlasın. Allah onların
canını sağ eləsin”. Qayıdım evə
gəlirlər. Həmin gecə quran oxuyur və
fatihə verirlər. Sonra yemək yeyir, çay içir,
öləni yad edir, ev yiyəsinə ürək
dirək verir və dağılışırlar.


