Bayram adətləri
***
Bayramda bayramaxşamı edərlər.
***
Bayramı xoş üzlə qarşılayarlar
***
Bayrama hazırlıq görərlər.
***
Bayramda dost – tanışa qonaq gedərlər.
***
Bayramda bayram süfrəsi açarlar.
***
Bayramda qonşunun dalınca danışmazlar.
***
Bayramda səfərə çıxmazlar.
***
Bayramda alver eləməzlər.
***
Bayram günü elçi getməzlər.
***
Bayram günü baş qırxdırmazlar.
***
Qurban
bayramında qurban kəsərlər.
***
Orucluqda
oruc tutarlar.
***
Şum bayramında qazan asarlar.
***
Güləkən bayramında gül əkərlər
***
”Xıdır
Nəbi” bayramında ;
tər halva bişirərlər.
***
“Xıdır
Nəbi” bayramında ağ at minərlər.
***
“Xıdır
Nəbi” bayramında şam yandırıb
dağa gedərlər.
***
Axır
çərşənbədə
heyva çubuöundan gözmuncuğu düzəldərlər..
***
Axır
çərşənbədə
uşağa beşik düzəldərlər.
***
Axır
çərşənbədə gün çıxmamış
su üstündən atdanarlar.
***
Axır
çərşənbədətonqal
yandırarlar.
***
Axır
çərşənbədə
kəlin buynuzuna qırmızı bağlarlar
***
Axır
çərşənbədə qorxanların
başından su töküb qorxuluğu alarlar.
***
Axır çərşənbədə sağmal
malın buynuzuna qırmızı bağlarlar.
***
Axır çərşənbədə toy üçün
ayrılmış qoyunların boynuna qırmızı
bağlarlar.
***
Axır çərşənbədə çimərlər.
***
Axır çərşənbədə evdən
pul verməzlər.
***
Axır çərşənbədə qonşuya
ələk verməzlər.
***
Axır çərşənbə günü borc
un verməzlər.
***
Axır çərşənbə günü şam
yarımçıq söndürməzlər.
***
Axır çərşənbə günü ailə
üzvlərinin sayına görə şam yandırırlar.
***
Axır çərşənbə günü evdən
od, kibrit, neft verməzlər.
***
Axır çərşənbə günü evdən
ağartı verməzlər.
***
Axır çərşənbə günü zahı
üstünə getməzlər.
***
Axır çərşənbə günü evdən
çörək verməzlər.
***
Axır çərşənbə gecəsi tez
yatmazlar.
***
Axır çərşənbə gecəsi evdə
qazan asarlar.
***
Axır çərşənbə gecəsi vəfat
etmiş yaxın adamları yada salarlar.
***
Axır çərşənbə gecəsi vəfat
etmiş yaxın adamların adını çəkib
“filankəslərin adına qazan asdım” deyib
qazana ət, düyü və s. tökərlər.
***
Axır çərşənbə günü ertədən
lampa yandırarlar.
***
Novruza hazırlıq
görərlər.
***
Novruzda həyət
– bacanı təmizləyərlər.
***
Novruzda evləri
şirələyər, paltar – palazı təmiz
suya çəkərlər.
***
Novruza qədər
ağacların dibini bellərlər.
***
Novruza qədər
bağların xəzəlini yığıb yandırırlar.
***
Novruzaqədər
ağacların quru budaqlarını kəsib atarlar.
***
Novruza qədər
səməni göyərdərlər.
***
Novruzda səməni
bişirərlər.
***
Novruzda niyyət
eləyərlər.
***
Novruzda Novruz
süfrəsi açarlar.
***
Novruzda tonqal
yandırarlar..
***
Novruzda üzərrik
yandırıb tüstüsünü mal – qaraya,
oğul – uşağa, ev – eşiyə verərlər.
***
Novruzda təzə
paltar geyərlər.
***
Novruzda qız – gəlini dəzə donla sevindirərlər.
***
Novruzda at çapmağa tədarük görərlər.
***
Novruzda şənlik edərlər.
***
Novruzda Novruz xonçası bəzəyərlər.
***
Novruzda yumurta boyayarlar.
***
Novruzda qız – gəlinin, uşaqların üstündən
gözmenceğe düzəldərlər.
***
Novruzda qəmgin oturmazlar.
***
Novruzda Novruz süfrəsi hazırlayarlar.
***
Novruzda noğul, şəkər düzəldib
süfrəyə qoyarlar.
***
Novruzda səməni göyürtmük düşməyən
evə səməni apararlar.
***
Novruzda at çaparlar.
***
Novruzda damlarda çalğı düzəldərlər.
***
Novruzda qız seçməyə çıxarlar.
***
Novruzda qıza mətləb açarlar.
***
Novruzda təzə paltar geyinərlər.
***
Novruzda küsülü qalmazlar.
***
Novruzda qohum – qardaşa qonaq gedərlər
***
Novruzda nişanlı qıza Novruz payı apararlar
***
Novruzda söyüş söyməzlar.
***
Novruz axşamı qarğış etməzlər.
***
Novruz axşamını ata evində keçirərlər.
***
Novruz axşamı ata – ananın qəbrini ziyarət
edirlər.
***
Novruz axşamı evdə ailə üzvlərinin
sayına görə şam yandırarlar.
***
Novruzda qiybət qırmazlar.
***
Novruzda qohum – qardaşa, tanış – bilişə
mehribanlıq eləyərlər.
***
Novruz günü alver eləməzlər.
***
Novruz günü başqası barədə pis
söz danışmazlar.
***
Novruzda şirni paylayarlar.
***
Novruzda atı, iti vurmazlar.
***
Novruz günü işləməzlər.
***
Novruz günü dua yazdırmazlar.
***
Novruz günü evə nərgiz gətirməzlər.
***
Novruz günü təzə yarpız yığarlar.
***
Novruz günü ilanı vurmazlar.
***
Novruz günü Novruz gülü dərərlər.
***
Novruz günü qızlar qırmızı geyinər.
***
Novruz günü evin sahibi evdə olar.
***
Novruz günü dalaşmazlar.
***
Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.
***
Novruz axşamı qapıya atılan papağı
boş qaytarmazlar, ona Novruz xonçasından pay
qoyarlar.
***
Novruz günü xəstə yatanlara pay göndərərlər.
***
Novruz günü elin ağsaqqallarına Novruz şirniyyatı
göndərərlər.
***
Novruzqabağı qovurğa qovurarlar.
***
Novruzqabağı xonça tutarlar.
***
Novruzqabağı balıq bişirərlər.
***
Novruzqabağı tüfəngləri silib təmizləyərlər.
***
Novruzqabağı Novruz şənlikləri düzəldərlər.
***
Novruzda şənliklər keçirərlər.
***
Çəltik bayramında aş bişirərlər.
***
Çəltik bayramında elin ağsaqqallarına,
qocalara, xəstələrə çəltik payı
göndərərlər.


