| |
Naxış
tikmə
Ornamentin ən sadə
ünsürlərinə - düz və sınıq
xətlər, ziqzaqlar, dairələr, üçbucaqlar,
kiçik romblar, nöqtə ornamentinə erkən
bürünc (Azərbaycanda e.ə. III minilik)
dövrünə aid saxsi qablar üzərində
rast gəlmək olar. Bu, Azərbaycan xalqının
qədim naxış qoyma sənətinin analoqudur.
Azərbaycanda sənətkarlığın
inkişafı haqqında burada müxtəlif
dövrlərdə olmuş çoxsaylı tacirlər,
səyahətçilər və diplomatlar çoxlu
maraqlı faktları bildirirlər. İtaliya
səyahətçisi Marko Polo (XIII əsr) Şamahı
və Bərdənin ipək mə”mulatlarının
gözəlliyini vurğulamışdır.
İngilis səyahətçisi – tacir Antoniy
Cenkinson (XVI əsr) yay iqamətgahının
təbdəbəsini təsvir edərək
yazır: “Kral ipək və qızılla bəzədilmiş
zəngin bir çadırda oturmuşdu”, onun
paltarı mirvari və qiymətli daş-qaşla
bəzədilmişdi. XIX əsrin sonu – XX əsrin
əvvəllərində naxış tikmələr
üçün istifadə olunan parçalar yerli
istehsala aid qanovuz, darai və məxmər idi.
Onlar Şamaxı, Baskal, Gəncə, Şəki,
Şuşa və Azərbaycanın digər
şəhərlərində hazırlanırdı.
Naxış tikmək üçün ipək,
yun saplar və yerli istehsala aid möhürlü
nişancıqlardan (metal bövhəciklər)
istifadə olunurdu. Boyama zamanı bitkidən
alınan boyaq maddələrindən istifadə
edilirdi.
Naxış ornamenti. Naxış
qoyulmuş məmulatlar ornamental motivlərin
zənginliyi və rəngarəngliyi ilə
seçilirdi. Azərbaycan naxışlarının
ən çox sevilən motivləri qızıgül,
nərgiz, qərənfil, lalə, liliya (zanbaq)
və meyvə ağaclarının (nar, heyva,
alça) çiçəkləri, eləcə
də müxtəlif formalı sünbül
və yarpaqlar idi. Naxışların həndəsi
şəkilli bəzəkləri düz və
sınıq xətlər, ziqzaqlar, üçbucaqlar,
dördbucaqlılar, altı və səkkizgüşəli
gülşəkilli bəzəklər, kiçik
romblar, ulduzlar və rəməi günəş
təsvirlərindən ibarət idi. Naxışlarda
quş təsvir etməyi xoşlayırdılar:
bülbül, tovuz quşu, göyərçin,
tutuquşu, hop-hop, qarğa, qırqovul, dişi
bildirçin, kəkliyi və s. Çox tez-tez
quş cütlüklərinin təsvirinə
rast qəlinirdi - ən gədim və sevilən
ornament motivi idi. Quşları adətən
ya bir-biri sevən tərzdə, ya da dalaşmış
şəkildə (məhəbbət və
ayrılıq rəmzi) təsvir edirdilər.
Heyvanlar aləmindən isə naxış tikmələrdə
ən çox ceyranları, tisbağaları,
ilan-əjdahaları, atları, təsvir edirdilər.
Məişət əşyalarından isə
gülab üçün kiçik qrafinlər,
daraq qutular, kosmetika üçün şüşə
qablar, dolçalar və s. şəklində
bəzəklərə rast gəlinir.
Tikmələrin (naxışların)
növləri. Azərbaycanda məişətdə
məşhur və geniş yayılmış
tikmə növləri bunlar idi: “qızıl”
tikmə, sıx naxışlı tikmə,
tambur naxışlı, texnikada “quş gözü”,
parlaq bəzəklərlə tikmə, muncuqla,
möhürlənmiş piləklərlə,
“kökləmə” (“sırıma”), applikasiya,
spiralşəkili tikmə və file üzərində
iş. Tikmələrin geniş yayılmış
növlərindən biri – “quş gözü”
ağ və ya rəngli ipək sapla tikilir.
“Kökləmə” tikməsinə araqçının,
şabkulların (gecə papağı), namaz
xalçalarının, eləcə də yun
geyimin bəzədilməsi zamanı təsədüf
olunur. Onu adi və su tikişiylə tikirdilər,
astarla üz arasına nazik yun və ya pambıq
qat qoyulurdular. Mirvari və muncuqla tikmələr
böyük maraq oyadır ki, onlarla ta qədimdən
kostyum ünsürlərini, məişət
əşyalarını və s. bəzəyirdilər.
Parlaq bəzəklərlə tikmə - bəzəklərin
parça üzərində rəngli ipək
saplarla çəkilmiş rəsmin cizgiləri
üzərində tikilməsidir. Applikasiya və
spiral tikmənin nisbətən cavan üsullarıdır.
Nadir hallarda təsadüf olunan file üzərində
iş və mereyka (şəbəkəli haşiyə
naxışı) daha sonra yayılıb və
tətbiq dairəsi geniş deyil. Əl işinin
bu növü daha çox salfet, dəsmal və
üz üçün örtüklərin bəzədilməsi
üçün səciyyəvidir. Və bu gün
Azərbaycanın bir çox şəhərlərində
tikmə sahəsində qədim məktəblər
qorunub saxlanır, Azərbaycan ustalarının
əl işləri beynəlxalq sərgi və
muzeylərin ekspozisiyasını bəzəyirlər.
Qızılı tikmə. Bütün
növ tikmələrin daha qədimi – qızılı
tikmədir. Əsas kimi çox möhkəm
parçalardan istifadə olunurdu. Ən yaxşı
material birrəng qırmızı, zoğalı,
bənövşəyi və yaşıl rəngli
məxmər idi. Həmçinin müxtəlif
tonlarda olan nazik mahud, parça, tirmə, atlas
və tumac dəridə tikilirdi. Qızılı
tikmə üçün qızılı zə
ya gümüşü saplardan istifadə olunurdu.
Belə növ tikmə bir terminlə adlanırdı:
- güləbatın. Çox zaman qızılı
tikməylə üst qadın geyimini, baş
geyimlərini, ev məişət əşyalarını,
at üçün bəzəkləri və
daha xırda mə”mularları bəzəyirdilər.
Hətta belə bir adət vardı ki, gəlinin
cehizinə qızılı tikməylə tikilmiş
müxtəlif məişət təyinatlı
əşyalar daxil edilirdi.
Tambur tikişlə tikmə. Rəngli
ipək saplarla tikilən naxışlar arasında
daha çox yayılanı tambur tikiliş tikmə
idi. Tambur tikmələrinin istehsal mərkəzi
XIX əsrdə Şəki şəhəri
idi. Tambur tikmələri üçün əsas
rolu nazik yerli və ya xaricdən gətirilən
qırmızı, qara və tünd – göy
rəngli məxmər və mahmud parça oynayırdı.
Mürəkkəb bə qəribə (qəşənq)
naxış tünd fonda parlaq ipək saplarla
tikilirdi. Bir çox kişilər bu tətbiqi
sənət sahəsində qeyri-adi ustalıq
göstərmişdilər. Gərgahda dartılmış
parça üzərində sənətkar əvvəlcə
rəsmin cizgi xətlərini tikir, sonra bütün
içini doldururdu. Tambur t. üçün iynə
“qarmaç” adlanırdı. Tambur t. ilə qadın
geyimləri, böyük yastıq üzləri,
mutaqlar, hamam xalçaları, örtüklər
bəzədilirdi.
Sıx naxışlı tikmə.
Digər geniş yayılmış tikmə
texnikası sıx tikmə idi. Bu tikmə üçün
adətən ipək və yundan olan parlaq olmayan,
pastel (rəngli karandaş) tonlarında, çox
zaman qızılı tonlarla zəngin rəngli
saplardan istifadə olunurdu. Sıx naxışlı
tikmənin 2 növü vardı: ikitərəfli
və birtərəfli sıx naxış. Sıx
tikməylə geyimləri, divar üçün
bəzəkləri, üz üçün örtükləri,
pərdələri və s. bəzəyirdilər.
|